» » Yeni nəşr - “Türkologiyamızın Afad Qurbanovu”

Yeni nəşr - “Türkologiyamızın Afad Qurbanovu”

Yeni nəşr - “Türkologiyamızın Afad Qurbanovu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdinin "Türkologiyamızın Afad Qurbanovu” kitabı çap olunub.

Kitab mərhum akademik Afad Qurbanovun anadan olmasının 90 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, kitabda A.Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm təşkilatçısı kimi səciyyələndirilir, onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla işıqlandırılır. Əhatəli təsvir və faktlarla zəngin olan kitabda müəllif A.Qurbanovun bədii portretini özünəməxsus cizgilərlə təsvir edir, alimin Azərbaycan nitq mədəniyyəti problemləri, Azərbaycan dilinin onomologiyası, Azərbaycan şəxs adları ensiklopediyası və ümumi dilçilik sahəsindəki xidmətlərini təhlil süzgəcindən keçirir.

Nəşrin "Afad Qurbanova həsr edilmiş şeirlər ədəbi tənqid müstəvisində” hissəsində isə "Çiçəklənən onomastika”, "Afad adlı bir məktub qalacaq”, "Xüsusi adların söz dünyası var” şeirləri yer alıb.

Kitabın redaktoru professor Fikrət Xalıqov, rəyçiləri isə filologiya elmləri doktorları Məhərrəm Hüseynov və Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktorları Vaqif İsrafilov və İlham Abbasovdur.

Yeni nəşr - “Türkologiyamızın Afad Qurbanovu”


Mənbə:https://azertag.az/xeber/Yeni_nesr___Turkologiyamizin_Afad_Qurbanovu-1153958

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz