» » "Ana və Uşaq" oxucuları, bu gün Prezident Seçkiləri Günüdür

"Ana və Uşaq" oxucuları, bu gün Prezident Seçkiləri Günüdür

Müəllif: Dəyanət от 11-04-2018, 00:05
 

"Ana və Uşaq" oxucuları, bu gün   Prezident Seçkiləri Günüdür

 

Bu gün Prezident seçkiləri Günüdür. Bu torpaqda yaşayan hər bir həmvətənimiz üçün çox məsul bir gündür. Biz illərlə arzuladığımız azad, müstəqil Azərbaycan naminə siyasi iradəmizi nümayiş etdirəcəyik. Vətəni yadlara kimlər satacaq, bunu buraxaq hər kəsin öz mövqeyinə və düşüncə tərzinə, onlar azdır, amma 30 ilə yaxın qanlı çarpışmalarda həyatlarını qurban vermiş qəhrəmanlarımızın ideallarına hər birimiz cavabdehik, dövlətimiz üçün , dövlətçiliyimiz üçün hər birimiz məsuliyyət daşıyırıq. İnternet və televiziyada hər gün dünyanın qaynar nöqtələrində gedən müharibələri, oynadığı məhəllələrdə, qapısının ağzında, beşikdə ağır artilleriya bombardmanları ilə məhv edilən uşaqları, sağ qalanların da aclığa, səfalətə sürüklənməsini izləmişik, görmüşük. 
Amma biz evə çatmamışdan nənələri tərəfindən öyrədilib telefonla bizdən alma, apelsin, dondurma, şokolad istəyən oğullarımızın, nəvələrimizin istəklərini yerinə yetiriməyə tələsirik. Böyük adamın alma, apelsin, mandarin yeməsi heç diqqəti cəlb etmir.Amma bu balacaları apelsin yeməsini bir az kənardan izləyin.. Onlar hələ heç nə anlaya bilməzlər. Onların əmin-amanlıqdan, qayğı və nəvazişdən başqa, heç nəyə ehtiyacları yox. Bax, biz bu günlər üçün səs verəcəyik. Hər bir kəs böyük sevinclə, dövlətçiliyimizə sədaqət nümayiş etdirərək seçkilərdə iştirak etməlidir.
Azərbaycan 26 ildə çox ciddi məsələlri həll edib. Bu müddətdə şirəsi çəkilib, infrastrukturu dağıdılmış məmləkətimizin 20 faizi işğala məruz qalıb, bir milyondan artıq vətəndaşı illərdir qaçqın-köçkün həyatı yaşamağa məhkum edilib və bizi müstəqil ölkə, dövlət kimi görmək istəməyənlər düşünüblər ki, Azərbaycan ayaq üstə dura bilməyəcək. Amma Azərbaycan dağıdılmış infrastukturu bərpa edib, inkişaf etdirib, dünyanın ən müasir texnologiyalarını ölkəmizə gətirib yerində yeni, müasir Azərbaycan ucaldıb. Ordu quruculuğunu inkişaf etdirib.Dünyanın ən inkişaf etmiş ölkələri ilə əməkdaş, tərəfdaş olmağa arzu edilən bir ölkəyə çevrilib.Bunlar göydən düşməyib. Bunlar düzgün, ağıllı, səbirli addımların sayəsində mümkün olub.Ölkə Prezidenti çox böyük uzaqgörənliklə Azərbaycanın qəti, prinsipal mövqeyini ifadə edib, bir tərəfdən də dünyaya öz humanist, tolerant niyyətlərini nümayiş etdirib. 
Sirr deyil ki, inkişafımızı, uğurlarımızı istəməyənlər, bunu əngəlləməyə maraqlı olan qüvvələr var.Onlar çox istərdilər ki, seçki baş tutmasın, hansısa bir iğtişaş olsun, qan tökülsün və s..
Bu, ancaq bizi yolumuzdan ayırıb, geriyə döndərmək niyyətidir.Belə məsul anlarda xalqımız birlik nümayiş etdirməlidir, dövlətçiliyimizə, üçrəngli bayrağımıza sədaqət nümayiş etdirməlidir.
Qoy xarıci nümayəndələr küçədə, seçki məmntəqələrində məmnun, vahid Azərbaycan xalqını görsün.
Bizim auditoriyamız daha çox qadınlara hesablanıb, ANALARA...
"Ana və Uşaq" jurnalı əmindir ki, bizm qadınlar - analar seçkilərimizn uğurunu hamıdan çox istəyirlər.
Elədirsə, hər birinizi seçkilərdə fəal iştirak etməyə dəvət edirik…
 

"Ana və Uşaq" oxucuları, bu gün   Prezident Seçkiləri Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz