» » Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

 

  Milli Bayramımız bu dəfə də həmişəkindən  könül xoşluğu ilə qarşıladıq. Artıq əziz bayramımız  ildən-ilə bütün çalarları ilə yeni  vüsət alır. Elə Milli Ordumuzun  özü də ildən-ilə daha qüdrətli olur, əsgərlərimizin döyüş hazırlıqları ilə yanaşı,  mənəvi-iradi  keyfiyyətləri də  yüksəlir.Bu gün  Milli Ordumuzda  bütün paremetrlərdə ordu quruculuğu gedir, artıq o,  20-25 bundan əvvəlki Ordu deyil,  regionun ən qüdrətli və peşəkar ordusu nüfuzunu qazanıb.Ordumuz  aprel döyüşlərində malik olduğu döyüş hazırlığını sübut etdi.

Azərbaycan hökuməti sülh niyyətlərində dönməz olduğunu  nümayiş etdirməklə, Vətənimizin müdafiə qüdrətini də daim  artırır.  Beynəlxalq  hüququn  gücü ilə ölkəmizin ərazi bütövlüyü  qan tökmədən, kəndlər şəhərlər viran qoyulmadan  təmin edilməzsə,    Ali Baş Komandan dövlətimizin,  xalqımızın iradəsini ortaya qoyacaqdır.

Sülh şəraitində  yaşamaq, bayram keçirmək necə xoşbəxtlikdir.Bunun məsuliyyəti , zəmanəti Milli Ordumuzun çiyinlərindədir.  Haqq mübarizəmizdə bu ordunun şərəfli oğullarını həyatlarını qurban veriblər. Bu əziz bayram günlərində onların hər birinin xatirəsi  bizmlədir. Nə ki üstün dəyərlərimiz var, onların keşiyində  bu oğullarımız dayanır.   Bu ildə Novruz xeyir-dualarımızn birncisi əsgərlərimizlə bağlı oldu. Onların hər birini   təbrik edirik.   Müharibəyə tezliklə son qoyulsun. Bütün əsgərlərimiz sağ-salamat, elinə-obasına, ailəsinə dönsün.

Allah hər birinə xeyirli toy qismət etsin.

Əziz Zabitlər və  Əsgərlər, Novruz bayramınız mübarək! 

 

 
Şahin Musaoğlu - İgid əsgər möhkəm dayan!

Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan!

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!

Salam Vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verərək qana,
İgid əsgər, möhkəm dayan!

Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan!

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

 

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Əsgərlərimizə Novruz təbriki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz