Əsgərlərimizə Novruz təbriki
Milli Bayramımız bu dəfə də həmişəkindən könül xoşluğu ilə qarşıladıq. Artıq əziz bayramımız ildən-ilə bütün çalarları ilə yeni vüsət alır. Elə Milli Ordumuzun özü də ildən-ilə daha qüdrətli olur, əsgərlərimizin döyüş hazırlıqları ilə yanaşı, mənəvi-iradi keyfiyyətləri də yüksəlir.Bu gün Milli Ordumuzda bütün paremetrlərdə ordu quruculuğu gedir, artıq o, 20-25 bundan əvvəlki Ordu deyil, regionun ən qüdrətli və peşəkar ordusu nüfuzunu qazanıb.Ordumuz aprel döyüşlərində malik olduğu döyüş hazırlığını sübut etdi.
Azərbaycan hökuməti sülh niyyətlərində dönməz olduğunu nümayiş etdirməklə, Vətənimizin müdafiə qüdrətini də daim artırır. Beynəlxalq hüququn gücü ilə ölkəmizin ərazi bütövlüyü qan tökmədən, kəndlər şəhərlər viran qoyulmadan təmin edilməzsə, Ali Baş Komandan dövlətimizin, xalqımızın iradəsini ortaya qoyacaqdır.
Sülh şəraitində yaşamaq, bayram keçirmək necə xoşbəxtlikdir.Bunun məsuliyyəti , zəmanəti Milli Ordumuzun çiyinlərindədir. Haqq mübarizəmizdə bu ordunun şərəfli oğullarını həyatlarını qurban veriblər. Bu əziz bayram günlərində onların hər birinin xatirəsi bizmlədir. Nə ki üstün dəyərlərimiz var, onların keşiyində bu oğullarımız dayanır. Bu ildə Novruz xeyir-dualarımızn birncisi əsgərlərimizlə bağlı oldu. Onların hər birini təbrik edirik. Müharibəyə tezliklə son qoyulsun. Bütün əsgərlərimiz sağ-salamat, elinə-obasına, ailəsinə dönsün.
Allah hər birinə xeyirli toy qismət etsin.
Əziz Zabitlər və Əsgərlər, Novruz bayramınız mübarək!
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan!
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
Salam Vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verərək qana,
İgid əsgər, möhkəm dayan!
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
Oxşar postlar:
- Oxunub: 1 355
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar