» » "Hər kitabxana bir həbsxananı bağlayır"

"Hər kitabxana bir həbsxananı bağlayır"

 
 
 

"Hər kitabxana bir həbsxananı bağlayır"

Ağıl cövhərdir diqqətlə baxsan,
Oxu, kitab olsun amalın sənin,
Oğul, hələ kalsan, biliyə qatlan,
Biliksiz ac qalar kamalın sənin.

Tofiq Fikrət

Yaradılmış bütün canlı varlıqların ən şərəflisi insandır. Çünki bütün bioloji qanunauyğunluqlarla yanaşı, insan ali şüura malikdir və bu xüsusiyyəti ilə o daim bəşəriləşməyə doğru meyil etmişdir. "Anasından ayrı düşən bir quzu” axşam örüşdən qayıdanda digər qoyun-quzulara qarışıb ağzı hara düşsə, ora gedər, gecəni özgə ağılında keçirər. Amma hər bir çocuq dərs bitdimi, öz dogma evinə qaçar. Ata-analar da beləcə iş gününün sonunda evə tələsər, evə çatdımı yorğunluqlarını alar-almaz, evin, ailənin bu ard-arda sıralanan qayğılarını davam etdirərlər.
Səhəri gün həyat yenə də eyni ahənglə başlayar: məktəbə gedən məktəbə gedər, bağçayaşlı uşaq varsa, valideynlər onu bağçaya aparar, sonra da öz iş yerlərinə tələsərlər. Valideynlərin, cəmiyyətin bu qayğısında uşaq böyüyüb məktəbə gedər, sonra ali təhsil və ya peşə təhsili seçər, püxtələşə-püxtələşə
karyera yoluna qədəm qoyar, özünü təqdim edər, nəhayət, zaman-zaman öyrəndiklərini vətəninə, mənsub olduğu xalqa sərf edər.
Beləliklə, İnsan təhsil və tərbiyə vasitəsilə sosial dəyərlərin, mənəvi keyfiyyətlərin daşıyıcısına çevrilər.

Kitab bəşəriyyətin ən dəyərli kəşflərindən biri
Viktor Huqo
Kitablar cilidlənmiş insanlardır.
A.Makarenko
Hər kitabxana bir həbsxananı bağlayır.
L. Annaeus Seneca

"Hər kitabxana bir həbsxananı bağlayır"

Tərbiyə konkret məfhum deyil, konkret əşya deyil, marketlərdə, bazarlarda satılmır. Tərbiyə elmi dillə desək, şəxsiyyətin ictimai və mədəni həyatda, istehsalda fəal iştirakına nail olmaq üçün onun və məqsədyönlü şəkildə formalaşdırılması prosesidir.
İnsan ömrü boyu kamillləşmə prosesi keçirir: uşaqlıqdan ta qəbrə kimi. Ailədən başlayan bu proses sonra məktəbəqədər tərbiyə müəssisələrində, orta və ali məktəblərdə sadədən aliyə doğru inkişaf etdirilir. Evdə valideynlər, məktəbdə müəllimlər və əlbəttə ki, "ömrümüzün yollarına nur çiləyən kitablar” bizim şəxsiyyət kimi yetişməyimizdə böyük rol oynayırlar.
Övladlarının, nəvələrinin gələcəyi üçün məsuliyyət hiss edən ailələrdə uşaqların sağlam, savadlı və kamil bir şəxsiyyət kimi yetişməsi üçün hələ kiçik yaşlarından düçünülmüş addımlar atılmağa başlayır. Belə addımlardan biri də uşaqları kitabla tanış etmək, onlara maraqlı hekayələr oxumaq, nağıllar söyləməkdir. Bu məqsədlə, əsasən, ana və nənələr yatmazdan əvvəl körpələrinə kitab oxuyur və yaxud ailə bir masa ətrafında əyləşir, növbə ilə maraqlı bir ədəbiyyat oxunur. Bunun üçün böyüklər övladlarına onların gündəlik həyatı ilə bağlı olan məsələlərə, ilkin davranmaq qaydalarına və sair zəruri həyat bilgilərinə aid məlumatların olduğu əsərlərə üstünlük verirlər. Belə oxu zamanı bir tərəfdən uşaqlar maraqlı əhvalat eşidirsə, digər tərəfdən onların dinləmə qabiliyyəti inkişaf edir, özləri də oxuyursa, nitq qabiliyyəti inkişaf edir. Uşaq passiv dinləyicidən fəal düşünənə çevrilir.
Ailədə kitab mütailəsi vərdişlərinə aşılamaq 2-3 yaşlarından şəkilli kitablarla başlanır və məktəb yaşına qədər belə davam edir. Balacalar yazmaq, oxumaq bacarandan sonra isə özləri belə kitabları oxumağa başlayırlar. Daha sonra onların yaşı, dünyagörüşü artdıqca maraq dairələri və zövqləri də dəyişir. İndi artıq uşaqlar valideynləri və müəllimlər tərəfindən onların mənəvi tərbiyəsini və intellektual görüşlərini artıran, həmçinin dərs proqramlarını tamamlayan nisbətən daha iri həcmli bədii ədəbiyyat oxumağa həvəsləndirilir.

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

Hansı liman sənə qollarını böyük bir kitabxanadan daha geniş aça bilər? "
İtalo Kalvino, italiyalı yazıçı
Böyük bir kitabxanadan başqa nə sənə sığınacaq ola bilər?
İtalo Kalvino, italiyalı yazıçı

Ədəbiyyat ən böyük həyat dərsliyidir. Bu həyatı, insanlığı dərindən öyrənmək üçün mütləq oxumaq lazımdır, hər gün yeni nə isə bir şey öyrənmək lazımdır.
Bədii ədəbiyyat nə qədər çox oxunulursa, oxuyan şəxsin məlumat bazası genişlənir, söz ehtiyatı zənginləşir.Bədii ədəbiyyat oxuyan insanlar dünyanı və insanları fərqli dünyagörüşləriylə qiymətləndirə bilirlər. Danışarkən ya da yazarkən çox çətinlik çəkməzlər
Mütailə etməyi sevən adamlar intellektual səviyyə baxımından zəngin olduqları kimi, mənəvi cəhətdən də çox zəngin olurlar. Mənəvi cəhətdən zəngin olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək dəyərləndirilir. Belə adamların söhbətindən heç doymaq olmur. Belə adamlar insanlarla çox asanca ülfət qurmağı bacarırlar. Amma ömründə bir kitab üzü açmayan kiminsə və yaxud 10-15 kitab oxumuş kiminsə 50-100 kitab oxumuş şəxslə ünsiyyəti, həmsöhbət olmağı heç vaxt alınmayacaq, səmimi olmayacaq.
Kitab bir kompas kimi insanlara yol göstərir, bələdçilik edir: birincini ikincidən, pisi yaxşıdan, əyrini düzdən, ağı qaradan fərqləndirə bilməyi öyrədir.

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

Qədim Roma şairi Ovidius hələ o dövrlərdə yazmışdır : "Gənclərini kitabla böyütməyən xalqların sonu acıdır”. Üstündən əsrlər keçəndən sonra Zeydan adlı ərəb siyasətçisi Ovidiusun fikirlərini tamamlayan daha bir tezis irəli sürmüşdür:” Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır .”
Bu mənada ümumtəhsil məktəblərinin , kitabxanalarımızın üzərinə böyük vəzifələr düşür.
Bu gün yetişməkdə olan nəslin mənəvi-əxlaqi tərbiyəsinin formalaşması məktəblərimizin, təhsilimizin basilica vəzifəsidir. Məktəbdə bütün fənlərin təlimi prosesində şagird şəxsiyyətinin formalaşdırılması, onun gələcək həyata hazırlanması həyata keçirilir. Ümumiyyətlə tərbiyə prosesində humanitar fənlərin, xüsusən ədəbiyyat fənninin təsir imkanları daha çoxdur: istər tədris zamanı, istərsə də əlavə ədəbiyyatın oxunması yolu ilə. Bu da öz növbəsində məktəb kitabxanalarının, eləcə də rayon, qəsəbə və şəhərlərimizdəki kütləvi kitabxanaların işini təkmilləşdirməyi, kitabxanalarla məktəblərin, şagird və yeniyetmələrin əlaqələrini canlandırmağı tələb edir.
Tələbəlik həyatımdan bu yana kitabxanalar hər zaman üz tutduğum, yararlandığım elm-mədəniyyət mərkəzləri olub. Bakının mərkəzində yerləşən əksər kitabxanalarda olmuşam və bu gün də ehtiyac olduqca, bu əlaqə davam edir. Onlardan biri də F. b. Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Kitabxana 1965-ci ildə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. İki il sonra isə kitabxanaya görkəmli Azərbaycan maarifçisi, ədəbiyyatşünası və publisisti, pedaqoqu və metodisti, həmçinin Azərbaycan ədəbi dilinin saflığı uğrunda böyük xidmətləri olmuş Firidun bəy Köçərlinin adı verilmişdir.
Kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı var. Bakının müxtəlif rayonlarında (Yasamal, Binəqədi və Yeni Günəşli) kitabxananın eyni zamanda 3 filialı fəaliyyət göstərir.
"Hər kitabxana bir həbsxananı bağlayır"

Kitab fondu – 262000
Qızıl fond - 1378
Dövrü mətbuat fondu – 71280
Qəzet və jurnal məqalələri fondu- 120350
Elektron resurslar- 3331
Elektron kitablar- 13500
Elektron kataloqu- 262000
Elektron kartoteka -99990
Virtual oxucu-22000

Şöbələr

Oxuculara xidmət şöbəsi
Elmi metodika şöbəsi
Komplektləşdirmə şöbəsi
Kütləvi işlər şöbəsi
Kitabsaxlayıcı şöbə

Məlumat biblioqrafiya şöbəsi
İncəsənət şöbəsi
Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi
Avtomatlaşdırma şöbəsi

Kitabxana 50 ildən artıqdır ki, Bakı şəhərinin uşaqlarına  əsl canıyananlıqla xidmət göstərir.
Kitabxananın yüksək zövqlə bəzədilmiş və hər cürə mebel və avadanlıqlarla təmin olumuş otaqlarında bura üz tutan hər kateqoriyadan olan oxucuların müxtəlif xidmət formalarından rahat , həm də ən yüksək səviyyədə istifadə edəcəyi sözsüzddür.
Bu elm və mədəniyyət mərkəsinin divarı, daşı, şüşəsi də səmimiyyət paylayır.Bura hər gün izdihamlı olur.Oxucular və tez-tez keçirilən mədəni -kütləvi tədbirlər o qədər peşəkarlıqla təşkil edilir ki, balacalar belə tədbirlərin heç birini buraxmaq istəmirlər.

Nağıl otağında təşkil olunan nağıl saatlarında Azərbaycan, eləcə də dünya xalqlarının nağılları audiovizual avadanlıqlar vasitəsilə təqdim olunur. Uşaq yazıçıları ilə görüşlər, kitab sərgiləri, müxtəlif bayram şənlikləri, tədbirlər keçirilir.
Kitabxana sözün əsl mənasında uşaqlarımızın böyük həyata hazırlanmasına peşəkarlıqla xidmət göstərir.
Kitabxanada 100-ə yaxın qadın əməkdaşı var, əksəriyyəti də cavanlar. Elə bil ki, onların hamısını bir-bir seçib bura dəvət ediblər. Əslində, hər yerdə belə olmalıdır. Hər insan, vətəndaş getdiyi yerdən, istifadə etdiyi xidmətdən, üz tutduğu xidmət adamından yüksək səmimiyyət və peşəkarlıq görməlidir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası arzuladığımız belə ünvandır. Məhz bu kriteruiyalara gərədir ki, kitabxananın əməkdaşlarından
Şəhla Qəmbərova, Zahirə Dadaşova, Rəfiqə Musazadə və Nazilə Tahirova "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb; Sevil Əhmədova, Ruhiyyə Məmmədli, Vəfa Ağamirzəyeva və Leyla Qafarova "Tərəqqi” medalı ilə təltif ediliblər.
Əlbəttə ki, ən böyük təltif də 2013–cü ildən kitabxanaya rəhbərlik edən Şəhla xanım Qəmbərovanın payına düşür ki, o da bu kitabxananın xidmətlərindən ən yüksək səviyyədə istifadə edib razılıq edən minlərin minnətdarlığır.
Sabah Beynəlxalq Qadınlar Gününü qeyd edəcəyik, Sizin bayramınızdır. "Ana və Uşaq” elektron jurnalı və onun oxucuları adından Sizə cansağlığı, üzun ömür, ailə səadəti, şərəfli peşənizdə tükənməz enerji arzulayırıq.

Bayramınız mübarək!


"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

 

"Hər kitabxana bir həbsxananı bağlayır"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz