» » Milli Qəhrəmanların doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

Milli Qəhrəmanların doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 

 Uşaqlıq  çağımızda  müharibəli kinolara çox bağlı idik. Nəyimizə  lazımdı  ailə-məişət mövzusunda filmlər. Heç hələ ağlımızın kəsən vaxtı  da deyildi  məhəbbət.  Amma qəhrəmanlıq , cəsarət   səpkiləyən filmləri   hər zaman arzulayırdıq.  Kino gətirən əmi də bizim marağımızı, arzumuzu  bilirdi: həmişə qəhrəmanlıq mövzusunda film gətirməyə  çalışırdı. Qəribədir,  hələ  "özümüzünkü”  ilə   düşmənin nə demək olduğunu   bilməyən biz  balacalar öz  məhdud təsəvvürlərimizlə, fəhmlərimizlə  qəhrəmanları seçə bilirdik. Filmi izlədikcə haldan-hala düşürdük. Qəhrəmanımız  düşmənə qan uddurduqca sevinir,  bir az çətinə düşən kimi,  yaralanan  kimi ölüb-atılırdıq.

 Beləliklə,  vətənə, onun qəhrəman oğullarına  sevgi və ehtiram bəsləməyi biz   uşaq yaşlarımızdan öyrənməyə başlamışdıq, bunu  bizə məktəb və  müəllimlər öyrətmişdi, kitablar öyrətmişdi .

Özü də o vaxtlar hələ dinc dövrlər idi,   indiki kimi  torpaqlarının 20 faizi işğal altında deyildi, əsirlikdə  kömək gözləyən həmvətənlərimiz  yox idi.  Böyük Vətən müharibəsindən 25  ildən artıq  vaxt keçmişdi,  möhkəm sülh təminatı vardı. Uşaqlar  ən  xoşbəxt və təhlükəsiz   günlərini  yaşayırdı.   Buna baxmayaraq, ədəbiyyatın, sənətin, ümumilikdə ideologiyamızın  müharibə ilə , vətənimizin düşmənləri ilə mübarizəsi davam edirdi.

  İdeologiyamız, məktəblərimiz, mətbuatımız, televiziyamız    vətənpərvlik yönümündə  diqqətəşayan  işlər  görürdü.  İndi də  müəyyən  işlər görülür, amma  gəlin ədalətli danışaq, o illərdəki kimi yox.   Bəlkə də, bu yazıdan sonra  sağdan-soldan  üstümə hücum çəkəcəklər, məni borclu çıxaracaqlar, nəsnə axtaracaqlar ki,  dediyimə, yazdığıma peşiman  olum,  hələ bununla bitəcəksə, min  şükür.

  Mən ədalətsizəmsə, doğru demirəmsə, siz ədalətli olun.  Bu gün fevralın 24-dür və bu gün  dünyamıda mühüm ictimai-siyasi hadisələr baş veib.  Məşhur şəxsiyyətlərimiz dünyaya göz açıb,  həyata vida ediblər.

24 fevralda  iki Milli  Qəhrəmanımızın -  İnqilab İsmayılovun və Əfqan Hüseynovun doğum günü,  bir qəhrəmanımızın – Eldar Məmmədovun isə Xatirə günü idi. İnqilab İsmayılovun  adına Xətai rayonunda  küçə var və bu küçə  bizim  yaşayış ərazimizə çox yaxındır.  Daha önəmli  bir  məlumat da budur ki,  İnqilab İsmayılov Xocalı sakinidir və  cəmi bir gün sonra    biz Xocalı faciəsini də  hüznlə yad edəcəyik. Bəşəriyyət  tarixində  XX əsrin   ən dəhşətli  faciəsini   əks etdirən  Xocalı  soyqırımına aid  tarixi  yaddaş abidəsi də    Xətai rayonunun ərazisindədir  və   hər il   də respublika  miqyasında   yad edilən  Xocalı  soyqırımının  ən   ehtiramlısı   məhz bu abidə  önündə  tamamlanır .  

Xətai rayonunun təşkilatları, məktəb və bağçaları  hər il   bu ümumxalq  faciəsinə öncədən    hazırlaşırlar.

Bu kütləvilik  xalqın öz Şəhidlərinə  bir ehtiram borcu olmaqla bərabər, həm də   gənc  nəslin   şərəfli   tariximizə  qədirşünaslıq duyğuları ruhunda    tərbiyə edilməsində  böyük   əhəmiyyətə malikdir.

Amma  kaş təkcə  Xocalı soyqırımı günündə olmaya  bu.  Azərbaycanın əksər  bölgəsində, şəhər və qəsəbəsində  şəhidlərimizin  şərəfinə  ucaldılan abidə, park və bulaqlar var, Xatirə lövhələri var. Çox laqeyd yanaşır insanlar. Bulaqların əksəriyyəti quruyub. Bir balaca  ərazi baxımsızlıq ucbatından yararsız bir  haldadır. Amma belə yerlər  hər zaman gül-çiçəyin içində olmalıdır. Ətrafdakı bağça və məktəblər  belə abidələri tənha qoymamalıdırlar. Təəssüf ki, belədir. 

6-cı gün olsa da,  mən heç olmasa  bu gün  İnqilab İsmayılov küçəsində  şəhidin berelyefi önündə insanların cəm olacağını gözləyirdim. 

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 Heyhat... Gözlədiklərimin tam  əksi oldu.  Xatirə lövhəsinin ətrafında  kimsə yox idi, Heç olmasa,  şəhidin yaxınları  belə yox idi. Mən xatirə lövhəsi  qoyulan əraziyə yaxınlaşanda   bir yaraşıqlı gənc də eyni vaxtda  Xatirə lövhəsinə yaxılaşıb qərənfil düzməyə başladı.  Əvvəlcə  düşündüm  ki, qəhrəmanın  qohumlarındandır. Qısa söbətimiz oldu. Bildirdi ki, yaxınlıqdakı çiçək mağazasında işləyirəm  və  hər  həftə   qəhrəmanımızın Xatirə lövhəsi önünə ehtiramla  qərərnfil düzürəm.  Təşəkkür etdim.  Təskinlik tapdım ki, heç olmasa uğrunda canından keçdiyi  insanlar arasında  qəhrəmanımızı tək-tək də olsa, yad edən, ehtiramını,  bax, beləcə  ifadə edən  gəncimiz var. Halbuki, ən azından  qəhrəmanın adını daşıyan  küçədə yerləşən məktəb və bağçaların birgə təşkilatçılığı ilə  bu anım gününü şəhidimizin  xatirəsinə layiq şəkildə  qeyd etmək olardı. Ərazıdə 3 bağça və bir məktəb var,  1 gün öncə  qəhrəmanın  Xatirə löhəsi vurulan binanın önündə,   hasara alınmış ərazidə  təmizlik, abadlıq işləri aparmaq, ağac və gül kolları əkmək  olardı. 24 fevral doğum günündə isə məktəb və bağça uşaqları  qəhrəmanlarımıza həsr edilmiş şeirlər səsləndirərdilər, ürək sözlərini söyləyərdilər.  Bu, Şəhidlərimizə böyük ehtiram  nümunəsi olardı və   bu mənzərəni seyr edən insanlarda Milli ordumuza inam hisslərinə yeni məzmun gətirərdi. Xalq görməli və hiss etməlidir ki,    bütün əsgərlərimiz  xalqın əzizidir. Vətən uğrunda canını qurban verə  oğullar heç vaxt  unudulmur, həmişə bizimlədir.

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 Məktəb və bağçaların 6-cı gün işləmədiyini bilsəm də, yenə   istəyirdim ki,  gedib bir maraqlanım: heç olmasa, məktəbin foyesində qəhrəmanların   şərəfinə bir  guşə yaratmaq, stend asmaq olardı: ümumi yox, ha. Qəhrəmanın adını daşıyan küçədə yerləşən  bağça və məktəblərdə  onun doğum və xatirə günü  hökmən xatırlanmalı idi. 

265 nömrəli tam orta məktəbin qapıları bağlı idi, heç mühafizəçi  belə, gözə dəymirdi. 242 saylı  bağçanın da qapıları bağlı idi.  222 saylı  bağçanın həyətində isə bir dəstə uşağın  içəri girdiyini görüb, həyətə daxil oldum və uşaqları səslədim. Uşaqlar bildirdilər ki, bağça bu gün işləmir, biz hər 6-cı, bazar günləri  burada rəqs dərnəyinə gəlirik.  Kim aparır bu dərnəyi soruşanda  uşaqlar  gedib  "müəllim"lərini çağırdılar. Özü şagirdə oxşayan bu qızdan  kim olduğunu soruşdum: "uşaqlara rəqs etməyi öyrədirəm",- dedi.   

 Bu qədər  məsuləyyətli yerdə bağça əməkdaşlarından kimsənin olmaması, həftənin 6-cı və bazar günləri  burada rəqs dərnəyinin  necə  fəaliyyət göstərməsi yazımızın mövzusundan kənar   bir ayrı mövzudur. Şəhərin ayrı-ayrı  sahələrində tərbiyə müəssisələrinin otaqlarından dərnək və repetitorluq üçün istifadə edilməsi  barədə söhbətlər dolaşmaqdadır. Amma bizi maraqlandıran, sadəcə, məktəb və bağça olan ərazilərdəki şəhid adı ilə bağlı  xatirə yerlərinə laqeyd  münasibətdir. 

 Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir 

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir 

   Əvvəllər  hər rayonun  ayrıca təhsil şöbəsi vardı,  təhsil şöbələri  Nazırliyə birləşdirləndən sonra   bu cür tədbirlər, mənəvi  tərbiyə məsələləri  bir az diqqətdən kənarda qaldı. Sanki  sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri yoxdur, aparılmır. Əgər olsa idi,  bu cür  vacib məsələləri  müxtəlif formalarda,  həm də daha məzmunlu, daha  yaddaqalan formada təşkil etmək olardı: təkcə anım və yubiley günlərində deyil,  hər zaman.

 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

P.S: 25 fevral... 26 il bundan öncə bu gün axşam saatlarında  Milli Qəhrəman İnqilab İsmayılovun şəhərinə 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə  qəsb başlayacaqdı. Səhər açılanda  bilinəcəkdi ki,çəhər yerlə-yeksan edilmiş, ümumilikdə   613 nəfər həlak olmuşdur, onlardan: 63 nəfər i uşaq, 106 nəfəri də qadındır. Maddi zərərlərlər isə milyonlarla ölçülür.

 Bütün bunlardan sonra  bizim qan tariximizə laqeydliyimiz, unutqanlığımız  bağışlanmazdır.

   Bəli, dünən də, bu gün də   Milli  Qəhrəman, Xocalı sakini İnqilab İsmayılov adını daşıdığı  küçəin sakinləri tərəfindən unudulmuşdu. 

günün ikinci yarısında  yolum bu abidənin  yanından düşdü. Dünən qoyulmuş  6 qərənfil yerində idi. Amma abidəyə   Xətai rayonunun hansısa məktəb və ya bağçasının baş çəkdiyi  hiss olunmurdu.  Gərək  xalq görə idi ki,  əmin-amanlıqda yaşayan insanlar bugünçü günlər üçün öz qəhrəmanlarına  minnətdardır.


 

Milli Qəhrəmanların  doğum günləri adlarına, hünərlərinə layiq qeyd edilməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz