» » Təşəkkür

Təşəkkür

Təşəkkür

"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə yaradılan xidmət mərkəzidir.
Strukturuna "ASAN xidmət" mərkəzlərinin də daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən yaradılmışdır.
Artıq 5 ildən artıqdır ki, "ASAN xidmət" Azərbaycan vətəndaşlarına 30-a yaxın sahə üzrə ən yüksək səviyyədə xidmət göstərir.
2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 idarəetmə standartı üzrə Beynəlxalq sertifikat əldə edib.
İndiyə kimi 2 müxtəlif "ASAN xidmət" mərkəzində olmuşam. Bu gün oğlumla 3-cü dəfə Heydər Əliyev prospektindəki 5 saylı Bakı "ASAN xidmət" mərkəzində oldum.İlk dəfə getdiyimdə də ən yüksək şəkjildə qayğı görmüşdüm. Özümə inanmırdım ki, Azərbaycanda belə nümunəvi xidmət təşkil etmək ola bilər. Deyirdim kaş yarı yolda qalmaya, daha şaxələnə, daha çox xidmət sahələrini əhatə edə.
Bu gün yəqinlik hasil etdim ki, "ASAN xidmət" Ölkə başçısının social-iqtisadi kursuna çox sədaqətlə xidmət edir, həm də özü də sosial layihələr həyata keçirir.
Yaraşıqlı və nümunəvi iş şəraiti, səliqə-sahman, xidmət əməkdaşlarının səmimiyyəti, xidmətin özünün vətəndaşların ürəyincə olması, bir sözlə, hər şey "ASAN xidmət"i təşkil edənlərə və onu idarə edənlərə təşəkkür etməyə əsas verir.
Sizə uğurlar arzulayırıq.

Təşəkkür

Təşəkkür

Təşəkkür

Təşəkkür

Təşəkkür

Təşəkkür

Təşəkkür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz