» » Dərslik və pedaqoji kadrların seçilməsi ilə bağlı iki mülahizə

Dərslik və pedaqoji kadrların seçilməsi ilə bağlı iki mülahizə

 

Dərslik və pedaqoji  kadrların seçilməsi ilə bağlı  iki mülahizə

Bu gün kitab mağazalarında çoxlu sayda və adda dərs vəsaitləri, test topluları, iş dəftəri, çalışmalar və s. vardır.
Kitab istehsalı ən yaxşı , asan, sadə qazanc vasitəsinə çevrilib. Hamı kitab yazır, vəsait, test topluları buraxr. Bu dağınıqlığa son qoyulmalıdır. Dərslik vəsaitlərinin hazırlamnması ilə ancaq Təhsil Nazirliyi məşğul olmalıdır. Məktəblərdə Tədris Nazirliyinin rəsmi tövsiyəsi olmadan heç bir tədris vəsaitindən istifadə olunmamalıdır. Burada müəllimlər, məktəb özü də maraqlıdır. Müəllim özünü fəaliyyətə daha az qoşur, valideynlərə, uşaqlara deyir ki, belə ev çalışmaları, test kitabları var, onu alıb evdə işləyin.
Belə vəsaitlərdə çoxlu sayda səhvlər olur . Kimlərdir bu vəsait terminini dərslik sahəsinə yamaq edən?
Fizikada, kimyada və s. fənlər üzrə mövzularda təcrübə aparmaq üçün istifadə ediləın nələrsə vəsait ola bilər, amma dərsliyə nə vəsait? Keçmiş TQDK, digər vəsait çap edən qurumlar yazırlar ki, guya bu vəsaitləri qəbul imtahanlarına müstəqil hazırlaşanlara kömək məqsədi ilə hazırlayırlar. Olmazmı ki, elə dərsliklər özü mükəmməl dərc edilsin və hamı da imtahanlara orta məktəb dərslikləri əsasında hazırlaşsın.
 

Dərslik və pedaqoji  kadrların seçilməsi ilə bağlı  iki mülahizə

Məktəb, müəllim şagirdi bilikləndirir, sırf bu işlə məşğuldur, digər təşkilat , şəxs necə kitab buraxa bilər? Mən, sadəcə, təklifimi bildirirəm. Elə bilirəm ki, orta təhsillə ali təhsilin ayrılması hər iki sahənin daha çevik, rahat işləməsini təmin edər. Arzu edərdim ki, əvvəllərdə olduğu kimi, Maarif Nazirliyi yaradılsın və ümumtəhsil məktəblərinin problemləri ilə yalnız bu Nazirlik məşğul olsun. Bir təklifim də bu mövzuya aid olmasa da, təhsillə bağlı olduğu üçün burada ifadə edim: bu da rəhbər pedaqoji kadrların seçilməsi məsələsidir. Tədris müəssisələrinin rəhbərləri ancaq məktəblərin özündən səsvermə yolu ilə seçilsin . İndiyə qədər olan seçim hamıya aydındır, özünü doğrultmadı. Nizami rayonundan gətirib Xətai rayonundakı məktəbə direktor təyin edirlər.Bu, həmin məktəblərdəki müəllimlərə etimadsızlıqdır. İkinci bir hal isə alimlərin elmi-tədqiqat institutlarından və ya universitetlərdən ümumtəhsil məktəblərinə direktor gətirilməsidir. Əgər hansısa bir məktəbdə tədqiqatçı müəllim varsa və həmin müəllim bu məktəbdə işləyə-işləyə dissertasiya müdafiə edibsə, buna , əksinə, yaxşı baxıram. Amma , tutaq ki, Texniki Universitetində fizika elmlər namizədi və ya doktoru ümumtəhsil məktəbinə direktor gətirilirsə, bu, anlaşılan deyil.
1980-ci illərdə ali məktəb müəlliminə orta məktəbdə direktor işləmək təklif olunsa idi, bu, arzuolunan deyildi, "ponijeniya” hesab edilərdi. İndi hansı ali məktəb müəlliminə orta məktəbdə direktorluq təklif edilsə, yəqin ki, imtina etməz. Yəni, mən bu sahə üzrə təhsil aldığımdan, o vaxtlar gələcək karyeramız üçün planlar qurduğumuzdan bizim ətrafımızda olanların qənaəti belə idi. Ümumtəhsil məktəbləri elə bir sistemdir ki, bu vahid orqanizmdə hər kəs öz yerində olmalıdır, hər şey öz yerində olmalıdır. Bu orqanizmin bir neçə və ya bircə hissəsində sapınma varsa, orada həqiqi uğur ola bilməz.
 

Dərslik və pedaqoji  kadrların seçilməsi ilə bağlı  iki mülahizə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz