» » Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbi 60 illik yubileyini qeyd etdi

Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbi 60 illik yubileyini qeyd etdi

İnsansız nəğmələr məhv olub gedər,

 İtən nəğmələri axtar, gəz, ara...

Minnətdar oluram bu günə qədər,

Nəğməmi qoruyub yaşadanlara... 

 Nəğmə, musiqi,  eləcə də  digər sənət növlərimaddi sərvətlərimizdən biridir: neftimiz, pambığımız, ipəyimiz, taxılımız, narımız kimi. Maddi nemətlərimiz    onu  əkib becərən , toplayan zəhmət  adamlarının əməyi sayəsində var olursa,  sənət nümunələrimiz  də  yaradıcı insanların  gərgin   yaradıcılıq  axtarışları nəticəsində meydana gəlir.

Maddi nemələr yaşamağımız üçün qida, geyim, qorunmaq vasitədirsə,  musiqimiz də mənəvi həyatımız üçün  eyni özəlliyi daşıyır. Bəlkə də  sənətimiz, musiqimiz, ümumilikdə onların yaratdığı  duyğular  digər bütün həyati ünsürlərdən ən qüdrətlisidir. İnsanın yaşamaq eşqi olmasa,  yemək də istəməz, su da.

 Bir vaxt əcdadlarımız  bir vaxt odu necə qoruyub saxlamışlarsa, musiqimizi, muğam və mahnılarımızı  bu şəkildə  qoruyub  gələcək nəsillərə ötürməlidirlər.

Bu missiyanın cavabdehliyində bütün insanlar  məsuliyyətlidir, amma əsas   vəzifə yaradıcı adamların, musiqiçilərin üzərinə düşür.

Bizim çox qüdrətli   rəssamlarımız, bəstəkarlarımız var. Bu gün   onlar  nəinki  ölkəmizdə, eləcə dünyada məşhurdurlar . Qara Qarayevin, Müslüm Maqomayevin, Fikrət Əmirovun,  Arif Məlikovun, Rəşid Behbudovun,  Zeynəb Xanlarovanın, Tahir Salahovun, Toğrul Nərimanbəyovun əsərləri dünyanın hər yerində rəğbətlə qarşılanır.

   Sənət və musiqi  bir də etibarlı sülh üçün, dünyanın bütün insanlarının  dostluğu, eyni arzularla yaşaması üçün ortaq dildir. Bu dili  hamıya öyrətmək və sevdirmək lazımdır.

Görkəmli ispan yazıçı Servantes "musiqinin olduğu yerdə  pislik yaxınlaşa bilməz”,- deyəndə çox haqlı idi .

Məşhur ingilis yazıçısı Şekspir də  eyni əsrdə yaşadığı Servanteslə  eyni əqidədə idi ki,

o insan ki, içində musiqi duyğusu yoxdur, ürəyi səslərlə riqqətə gəlməz, hissləri gecə kimi qaranlıqdır .

Məşhur rus bəstəkarı  Rubinşteyn yazmışdır ki,  musiqi dilini  öyrənilməsi digər dillərin  mənimsədilməsinə  bənzər, buna  yalnız uşaqlıqdan başlayaraq  öyrənənlər ona sahib ola bilərlər.

  Bu mənada böyüməkdə olan nəslə   məktəb yaşlarından sənət ideyaları aşılanmaq, musiqimizi, mahnı və muğamlarımızı öyrətmək çöx şərəfli və məsuliyyətli vəzifədir.                           

Dostumuz, həmçinin "Ana və Uşaq” onlayn jurnalının da rəğbətlisi Rövşən müəllimin də bu amala xidmət etdiyini bilirdim.  Bilirdim ki, Rövşən müəllim  təkçə Göyçayda  deyil, ətraf rayonlarda   el şənliklərinin, bayram və tədbirlərin  təşkilatçılarının biridir.

Onu da bilirdim ki, Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktorudur və uzun illərdir ki, mehriban, işgüzar bir kollektivə rəhbərlik edərək  gələcəyimiz  kimi ümid bəslədiyimiz  uşaqlara  musiqi – insanlığın ilk notlarını öyrədirlər.

Bəlkə də bir vaxt bunların arasında peşəkar musiqiçilər, sənət xadimləri  yetişəcək.

Hörmətli Rövşən müəllim, dostum və qardaşım yubileyiniz münasibəti ilə şəxsən Sizi və gözəl kollektivinizi, şagirdlərinizi öz adımdan,  jurnalımızın oxucuları adından səmimi arzularla təbrik edirəm.

Hər zaman uğurlarınızı eşidək.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz