» » Qusarda üçəm körpə dünyaya gəlmişdir

Qusarda üçəm körpə dünyaya gəlmişdir


Qusarda üçəm körpə  dünyaya gəlmişdir

"Dirsə xan oğlu Buğac xan boyu"nu yada salın: "...Xanlar xanı Bayındır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq
edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, qoyundan ğoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdә qara otaq qurdurmuşdu. "Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçә döşәyin, önünə qara qoyun әtinin qovurmasından gәtirin. Yeyir-yesin, yemirsә-dursun getsin" demişdi".
Bayındır xan ikəm, üçəm uşağı olanlar haqqında bir söz deməmişdir.
İndi Oğuz elinin Əmrulla Əmrəliyev adlı bir ər oğlunun üçəm şvladı dünyaya gəlib: iki qız, bir oğlan ... Hansı otağa gəlincə, bu anlarda Sizin yeriniz otaqlarda yox bu xəbəri eşidib-bilən bütün azərbaycanlıların ürəyindədir.
İikəm, üçəm uşaqları olanları ürəklərə köçürün...
Toyun görəsiniz, gəlin köçürəsiniz, ay Əmrulla. Gözünüz aydın...
Hamımız üçün, elə dünyanın özü üçün də ən kövrək andır. Körpə pəhrədir: həyatın, insanlığın davamına Allah-Təalanın bir zəmanətidir. Akademik Vaqif Abbasov bir kitabında yazır ki, dünyaya gələn hər körpə Allahın insanlardan hələ əlini üzmədiyinə bir işarədir.
Çox doğru.Allah günümüzü, ömrümüzü belə anlara nəsib etsin.
"Ana və Uşaq" saytının oxucuları adından körpələrimizi təbrik edirik.Onun valideynlərini, nənə-babalarını təbrik edirik.
Bu xəbəri "Qafqazinfo"dan eşidincə, çox sevindim. Tezliklə müharibə bitsin.Qaçqın-köçkün həmvətənlərimiz öz el-obalarına qayıtsınlar.
Eşitdiyimiz xəbərlər isə bu cür xəbərlər olsun...

Qusarda üçəm körpə  dünyaya gəlmişdir

Qusarda üçəm körpə  dünyaya gəlmişdir

Qusarda üçəm körpə  dünyaya gəlmişdir


Qusarda üçəm körpə  dünyaya gəlmişdir

Qusarda üçəm körpə  dünyaya gəlmişdir

Qusarda üçəm körpə  dünyaya gəlmişdir

Qeyd: 4 şəkil Qafqazinfoya məxsusdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz