» » Həyatına qəhrəmanlıq , sevgisinə böyük sədaqət nəsib olan xoşbəxtlər

Həyatına qəhrəmanlıq , sevgisinə böyük sədaqət nəsib olan xoşbəxtlər


Həyatına  qəhrəmanlıq , sevgisinə böyük  sədaqət nəsib olan  xoşbəxtlər

Əliheydər Əliqulu oğlu İbrahimovun da, onun sədaqətli və qeyrətli yoldaşı, can sirdaşı, başının papağı, evinin, ömrünün, dünyasının Günəşi Asya xanımınadına ilk dəfə idi ki, rast gəldim. Jurnalımızda hər gün "Tarixdə bu gün” rubrikası ilə hər günün məşhur hadisələrinin, böyük şəxsiyyətlərin, qəhrəmanların, tarixi simaların anadan olduğu və vəfat etdiyi tarixlə bağlı müəyyən məlumatlar veririk. Dekabrın 24-nə olan xronikamızda Əliheydər İbrahimovun da adına rast gəldim. Qvardiya mayoru olub, hünərli döyüş yolu keçib. Böyük Vətən müharibəsində iştirak etmiş həmvətənlərimiz bu gün barmaqla sayılacaq qədər azdır. Jurnalımız adından onlara cansağlığı arzulayıram. Dünyasını dəyişmişlərə isə Allah rəhmət etsin.
Əliqulu İbrahimov haqqında jurnalımızda yazmağa bizi vadar edən onun döyüş yolu yox, vəfalı ömür-gün yoldaşı Asya xanımın sədaqəti, qeyrəti, cəfakeşliyi oldu.
Dünən şəhərə getmişdim.Mənə yaxın hörmətli bir şəxsə də baş çəkdim.Çay süfrəsi arxasında bir balaca dərdləşdik.Dedi ki, jurnalınızı izləyirəm.Bəzi yazılar var ki, amma bu tip yazıların verilməsini istəməzdim.Soruşdum hansılar, hörmətli dostumuz da dedi: Aygün Bəylər haqqında yazdığınız, Bakıda gecə saat 2-yə işləmiş hamamda qadının döyülməsi, Bakıda gecəsi 1000 manata görüşən fahişələr haqqında yazdığınız və s bu kimi yazılar. Mən də cavab verdim ki, mən heç vaxt belə yazı yazmamışam, sadəcə, yazılanlara münasinət bildirmişəm. Aşınmağa məruz qalmış mənəviyyatımız haqqında kimsə narahat olmasın, bu laqeydliyin doğuracağı bəlaları bəs kim çəkəcək?
Çəhərdən qayıdandan sonra faseyə daxil olan kimi bir digər hörmətli ziyalımızın səhifəsində rast gəldim: "Məmməd Araz yazırdı: İki dəmir yolu,bir ömür yolu... sonrakı misraları bilənlər varsa yazsın”.
Mən də götürüb yazdım:
İki ömür yolu, bir dəmir yolu,
Bizimçün dayanıb, bu dayanacaq.
Nə səni mənimtək duyanın olub
Nə məni sənintək duyan olacaq...

Allah Gözəl şairimizə qəni-qəni rəhmət etsin, hər misrası bir ülviyyətdir. Bpyük eşq, etimadlı eşq arzuları var bu misralarda. İlk misranın mabədini soruşan gözəl ziyalımızın uzaqdan-uzağa,sadəcə təxminlərlə, bildiyim ailə həyatında da bu qarşılıqlı etimadın fərqindəyik,arzu edirik elə belə də davam etsin..

Və Əliqulu İbrahimov, onun vəfalı Xanımı haqqında yazını hazırlayanda bu misralar bir qədər də məni məhvərimdən tərpətdi. Belə qadınlarımızı tanımırıq, bilmirik, dilə gətirmirik, fəqət, dəyərsizlərin dəyərsizlər tərəfindən dəyərləndirilməsi üçün ipucları veririk belə yazılarla. Onların bu xalqın adına, Azərbaycan qadınlığının adına yaraşmayan həyat yolu qınaqla qarşılanmalıdır.
Əliqulu İbrahimovun vəfalı Xanımı Asya xanım kimi qadınlarımız isə, onlar var, kənarda qalmamalıdır, qaranlıqda qalmamalıdır.Biz önları önə çıxarmalıyıq,öblar müasir gənliyimizə nümunə olmalıdır.
Əliqulu İbrahimov, onun vəfalı Xanımı haqqında daha ətraflı məlumat Vikepediyadan sizə təqdim edəcəyimiz yazıda öz əksini tapıb.
Buyurun, oxuyun.
"Ana və Uşaq”

Əliheydər Əliqulu oğlu İbrahimov Bu gün Böyük Vətən müharibəsinin -, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, qvardiya mayoru Əliheydər Əliqulu oğlu İbrahimovun doğum günüdür.
Əliheydər İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq onun qəlbində düşmənə qarşı qəzəb və intiqam almaq hissi var idi. O, dəfələrlə bu sözləri təkrar edirmiş: "Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alıb qanımı yerdə qoymazlar". Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı. Vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis edirlər.
Qəhrəman həmyerlimiz bu ağrılı həyatına 9 il dözür. 1953-cü ilin 6 noyabrında ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.
1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu. Son anlarınadək onun qayğısına qalmış həyat yoldaşı Asya xanıma isə 1958-ci ilin 12 fevralında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fərman verilmişdir: "Sovet Ordusunun döyüşçüsü, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, qvardiya mayoru Əliheydər İbrahimova qulluq edərkən göstərdiyi fədakarlıq, diqqət və qayğı üçün Asya Səracəddin qızı Hüseynzadə yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilsin".

Həyatına  qəhrəmanlıq , sevgisinə böyük  sədaqət nəsib olan  xoşbəxtlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz