» » Bir səfərin yaratdığı iki təəssürat: oğlumda və məndə

Bir səfərin yaratdığı iki təəssürat: oğlumda və məndə


Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Böyük oğlum Dəyanət 5-6 ay öncə Almaniyaya kursa gedəcəyini desə də, fərqində olmamışdım. Demişdim 5-6 aya kimi, çox sular axıb durulacaq: elə iş çıxacaq ki, öz-özünə təxirə düşəcək və s . Başım bu təxminlərə o qədər qarışdı  və  bir də gördüm ki,  həmin  qeyri-müəyyən müddət gəlib yetişib : oğlum artıq sənədlərini hazırlayır. Söhbətdən belə aydın olurdu ki, səfər heç olmasa, 1 ay çəkəcək: bunun (16 oktyabr-10 noyabr) 26 günü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti(GiZ) tərəfindən təşkil edilmiş kurslara, qalan bir neçə  günü isə istirahətə həsr olunacaq.

Başladım narahatçılıq keçirməyə. Mane olmaq ciddiyyətim olmasa da, bu ayrılıq da ürəyimdən deyildi. Qohum-qardaş, evdəkilər elə hey deyirdilər ki, qoy getsin, gözləri açılsın, xarici texnologiyalara, Avropa dəyərlərinə maraq formalaşsın və sair, və ilaxır. Guya belə şeyləri mən düşünə bilmirəm?!

Səfər günü yaxınlaşdıqca,mənim də darıxmağım fəallaşırdı. Allah qəriblikdə olan həmvətənlərimizin hamısını qorusun. Yaşımızın bu vədəsinə kimi, nələr eşitməmişik, nələr görməmişik ki.

Çox sevdiyim Cabir Novruzun "Qərbi Berlin" poeması bütünlüklə ruhumdə səsləndi. Elə bilirdim Mikayıl Mirzə yenə tribunadan hayqırır:

(ixtisarla)

Rentgenlərin zülmətində

saxlanıldım,

təbiblərin diqqətində

yoxlanıldım,

Dönə-dönə

Qan həkimi baxdı mənə,

Can həkimi baxdı mənə....


...Almaniyaya getməyimin

səbəbləri yoxlanıldı...

…Bəli, böyük bir səfərə,

mən, bax, belə hazırlaşdım.

..Coşa-coşa, yana-yana,

dona-dona,

Alovlanıb tüfəng-tüfəng,

mina-mina

Təyyarədən-təyyarəyə

minə-minə,

Buludların karvanına qatışaraq gəldim bura.

Neçə-neçə öz-özümlə

vuruşaraq,

atışaraq gəldim bura...


….Qərbi Berlin səfərimi eşidəndə

hay saldılar bizim kəndə.

Tir-tir əsdi anam mənim,

Hey yalvarıb kömək gəzdi

anam mənim:

...Əziz balam, getmə ora!

Atasızlıq gətiribdir

Minlərlə yetimə ora!

Gedən gedib qayıtmayıb,

getmə ora,

Əmin gedib,

Dayın gedib,

Atan gedib, qayıtmayıb,

getmə ora!..


Sən gəlincə min bir kərə,

öləcəyəm, getmə ora.

Sən gəlincə o dünyanı gedib görüb gələcəyəm,

getmə ora!

Babam dedi, nənəm dedi:

- Getmə ora!

Qonşudakı belibükük

Sənəm dedi:

-Getmə ora!

 

Dil tökdülər, yalvardılar

Həsən baba, Nəsir əmi:

-Girmaniyaya gedirsənmi?

Ora mənim Orucumun ,

Səfərimin məzarıdır...

Ora mənim Hüseynimin,

Əkbərimin məzarıdır....

Bir qərinə oğul gözləyən

Ağabacı pıçıldadı:

-Göz-qulaqda ol,

bala, sən,

Bəlkə orda Qulamıma rast gələsən...

De ki, belə olmaz,balam,

De ki, belə olmaz, atam...

Neçə ildir intizaram,

Neçə ildir narahatam...

 

Müharibə deyilsə də,  bu uşaqlar böyüdükcə mənim də  nigarançılıqlarım böyüyür, narahatçılıqlarım  artır. Hər dəfə  səfərə çıxanda  səfər bitib  onlar evə dönən günə kimi, mən tikan üstündə oturmuş kimi oluram.Ona görə ki, "dünyada üfüqlər sakit deyil”. Dini qarşıdurmalar  var, diskriminasiya, ksenofobiya təzahürləri  günbəgün artmaqdadır. İSİD nə böyük toplumdur ki, ən böyük güclər əlində aciz qalıblar?

Bir neçə ay öncə əhalisinin 83 faizi buddistlərdən ibarət olan Myanma İttifaqı Respublikasının   Arakan bölgəsində hokumət qüvvələri tərəfindən 3 minə yaxın dinc əhalinin   qətlə yetirilməsini   televiziyadan seyr etdik...

Narahatçılıq ən əsas bu sarıdan oldu. Allaha dua etməkdən usanmadıq, göz önünüə gətirə bilirsinizsə, tez-tez də yazırdım: "Hər kəsin gözlədiyi gəlsin”, "Allahım, sən xeyirxah niyyətlə addım atan, cəfərə çıxan, səfərdən qayıdan hər kəsin yolunu uğurlu et ”. Həm də bu duaları təkcə oğlumun səfərdə olduğu müddət üçün demirdim, ondan sonra da hər bir səfər üçün, həmvətənimiz üçün arzulayırdım və arzulayacağam da. Bu, bir İnsanlıq Himnidir. Bu Himni bilən hər kəs heç vaxt onu dilindən, ürəyindən əskik etməməlidir:


Tələsin insanlar, şadlıq görməyə,

Qəm qüssə görməyə gecikin bir az.

Tələsin insanlar deyib gülməyə,

Göz yaşı tökməkdən bezikin bir az.

 

Siz hərdən çıxarın xatirinizdən

Həyatda pislik var,qəm var, kədər var,

Siz hərdən çıxarın xatirinizdən

Həyatda dəhşətli faciələr var.

 

Xəyallar qoynunda uyuyun təmiz,

Ömür edin, yaşayın fikrinizdə nur,

Siz elə zənn edin planetimiz

Xeyirxahlıq üstə fırlanır,durur

 

Tələsin, tələsin tələsir zaman,

Düzəlməz işə də düzəldi deyin,

Hərdən qocaya da gəncsən cavansan,

Hərdən kifirə də gözəldir deyin.

 

Səs salın səmaya, suya, torpağa

Bu yola çağırın nəsilləri də,

Tələsin,adamlar əldən tutmağa,

Fəqət, ev yixmaqda qalın geridə.

 

Nə olar, bu dünya uçmayacaq ki,

Dərdli ürəklərin sevinci olun,

Siz günah yumaqda birinci, ilkin,

Günah işləməkdə mininci olun

 

Tələsin yaxşılıq daşımağa siz,

Onun yollarını tutub kəsməyin,

Tələsin ömr edib,yaşamağa siz,

Ölməyə, ölməyə çox tələsməyin...


Dəyanət Bakıdan oktyabrın 16-da səhərə yaxın uçmuşdu və artıq gündüz saat 11-12 də Berlindən, 2 saat sonra Drezdendən bizimlə danışdı.

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə


Yenə dilimdə Cabir Novruzun misraları:


… Maneəsiz gəlib çıxdım,

Atalarım meşə-meşə,

səngər-səngər,

ağac-ağac,

qarış-qarış gələn yerə.

Üç saata gəlib çıxdım

Atalarım düz dörd ilə

gələn yerə...


Hamımız bir qədər xatircəm olduq ki, salamatçılıqdır. Bakıdan çıxanda səfər şantasını özüm şəxsən diqqətimdə saxlamışdım. Milli suvenirlərimiz, bayrağımız, Azərbaycan haqqında kitablar: mən də özümdə olan Bakının tarixi yerləri və xalçalarımız haqqında iki nəfs tərtibatlı kitabı əlavə etdim. Qoy gənclərimiz Vətənimizdən kənarda olanda ancaq Vətənimizi tərənnüm etmək barədə düşünsünlər, xalqımız haqqında bildikləri informasiyaları paylaşsınlar, müxtəlif xalqların nümayəndələrində Azərbaycanın dost olmaq ideyasını yaratsınlar və s.

 

Doğrusu, ilk həftə səhərlər dinc açılsa da, yaxşı təəssüratlar bir-birini əvəz etsə də, nigarançılıqlarım da, bu dinc aşılan sabahları və təəssüratları müşayiət etməkdə hələ də davam edirdi.

Fikirləşirdim ki, 1941-1945-ci illərdə C.Novruzun, eləcə də hərb mövzusunda yazılan bütün əsərlərdə SSRİ xalqlarının birləşmiş qoşunları Almaniyanı beşiyində boğdular, qırmızı, oraq –çəkicli bayrağımızı Rexystağın ən yüksək qülləsində dalğalandırdılar.

Rostova, Bakıya qədər gəlib çatan və o dövr üçün ən müasir silahlarla silahlanmış bir ölkənin ordusunu, əsgər və zabitlərini kitablarda, filmlərdə elə acizanə görkəmə salırdılar ki, guya sovet ordusu  hitlerçiləri "sərçə kimi ” biçirmişlər, guya alman zabitlərinin hamısı şeyidbaz imiş, alkaş imiş və s.  Onları bu qədər aşağıladıqları üçün  onlar xa  fürsət gözləyir , harda imkan düşsə, tarixi intiqamlarını alacaqlar. Məğlubiyyət bir yana, onları  tirajlanan vasitələrdə  belə təqdim etmək,   nə olsun ki, almandırlar, qürurlarına toxunmaya bilməz. Onlar dünya səviyyəsində tarixi səviyyədə qisaslarını almağı düşünməsələr də, məkan etibarlı olarsa, fürsət düşən kimi, onları məğlub edən birləşmiş sovet xalqlarının nümayəndələrindən qisaslarını alacaqlar.

Oğlum hər gün qoşulduqları tədbir, insanlarla ünsiyyətləri, ətraf aləmi qorxusuz-filansız gəzib-dolanmaları barədə süjet və ya fotalar göndərdikcə, hələ oğlumdan da çox-çox öncə içimdə olan güman və şübhələr neytrallaşmağa başladı.

Öğlumun səfər proqramını demək olar ki, hər gün müzakirə edirdik. Çox vaxt burdan nizamlayırdım da ki, can bala, bu addımı belə edin və s.

Maraqlı bir anı da deyim, bu, Drezden ilə bağlı idi. Drezden dünyanın ən yaşıl şəhəri (ərazisinin 63%-i yaşıllıqdır) olduğu kimi, həm də muzeylər şəhəridir.

Drezden qəsri beş muzeyə ev sahibliyi edir: "Tarixi və müasir yaşıl otaq”, "Numizmatika kabineti”,” Estamp”, "Rəsm və foto kolleksiyası”, "Türk zalı ilə cəbhəxana”.

 

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Həmçinin qəsrdə 260,000 cild nadir sənət tarixi kitablarının qorunduğu sənət kitabxanası "Kunstbibliothek” fəaliyyət göstərir.

"Dədə Qorqud” dastanının 2 orijinal nüsxəsi məlumdur. Bunlardan biri onu ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Dits tərəfindən 1815-ci ildə İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin  Kral kitabxanasına bağışlanmışdır. Bu nüsxə bir müqəddimə, on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar "boy” adlanır) ibarətdir. Digər nüsxə isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış nüsxədir ki, bu da bir müqəddimə və altı boydan ibarətdir.

 

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Mənə qismət olmayan qürur oğluma qismət ollmuşdu . Dəyanət Drezden Kral kitabxanasında saxlanılan bu qürur abidəsinə qədirşünaslıq duyğusu yaxın getmiş, balaca ürəyində apara bildiyi vətən hərarətini qürbətdə əsirlikdə qalan bu monumental ailə və əxlaq Məcəllimizə ifadə edə bilmişdi.

Hökmən gətirəcəyik bu mənəvi irsimizi də qəriblikdən. Azərbaycandan gedən nümayəndə heyətinin bu kitabxanaya baş çəkməsi oraya gedə bilən-bilməyən hər bir həmvətənimizin bu haqqa əhdi kimi qəbul edilməlidir.

Daha ətraflı bax: https://www.facebook.com/dayanat.ahmadov/posts/10157631588756959


Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə


Drezdenlə bağlı daha unudulmaz xatirə. Maksim Qorki adına Uşaq və Gənclər Filmləri Kinostudiyasında " Baharın 17 anı” adı ilə lentə alınmış məşhur 12 seriiyalı sovet filmi.

7-ci seriyada professor Verner Pleyşnerin (Yevgeni Yevstiqneyev) addımladığı "Blumenstraße " küçəsi 3 nömrəli binanın qarşısından keçmək də adamda unudulmaz duyğular yaradır.

 Bir  unudulmaz təəssürat da budur ki,  oğlum   bir ay  müddətində dünyanın  ən inkişaf etmiş 5 ölkəsində oldu  və yenə  Vətənə döndü.   Gəzdiyi, olduğu ölkələrdə  yaxşı nə görübsə,  Vətəndə də olsun deyə incəliklərinə bir az da nüfuz edib.

Səfər təəssüratları,  qənaətləri    ürəyimcədir, arzularımcadır. 


Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə 

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Bir  səfərin    yaratdığı  iki təəssürat: oğlumda və məndə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 57
  • Məqalələri: 870
^
Bu da 16 hamının gözlədiyi 16 nəfər. 17-ci isə balaca Akifduir. Deyir ki, daha atamı heç yana getməyə qoymayacağam.
Hamının gözlədiyi gəlsin.


  • Нравится
  • 0