» » İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

 

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Jurnalımızın 4 noyabr 2017-ci il tarixli sayında " Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur" sərlövhəli məqalə dərc edilmişdir. Yazıda 4-cü sinif üzrə riyaziyyatdan bir məsələ ətrafında vətəndaşların haqlı iradları və onun nümunəvi həlli ilə bağlı öyrəndiyim və topladığım münasibətlər yer almışdır.

Mövzu mənim üçün maraqlı və əhəmiyyətli mövzudur, ən vacibi isə cəmiyyət üçün aktual mövzudur. Məktəblə, təhsillə bağlı kiminlə həmsöhbət olursan, daha çox dərsliklə bağlı iradlar, giley-güzar eşidirsən. Bu gün dövlətimiz bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də böyük vəsait ayırır, məktəblərin tədris-texniki bazası möhkəmləndirilir.  Ölkəmizdə indiyə kimi 3 mindən artıq orta məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırılmışdır. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu kompüter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlqları ilə təchiz edilmişdir. Bu gün Azərbaycanda 20 şagirdə bir kompyuter düşür, halbuki, 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşürdü.

Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. İstedadlı şagirdlərin aşkarlanması və inkişaf etdirilməsi ilə bağlı "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul olunub

Təhsil sahəsində çoxlu sayda Dövlət Proqramları və layihələr qəbul edilib və s. Bunlar təhsil siyasətinin Azərbaycan dövlətinin prioriteti olduğuna sübut edir.

Amma  təhsilimizlə bağlı çoxlu problemlər də  vardır.  Yazımızın mövzusu dərsliklərlə bağlı  olduğu üçün   əvvəlki və eləcə də bu yazımızda ancaq dərsliklərimizdən bəhs etdik.   Dərsliklərimizlə bağlı problemlər, iradlar bitib-tükənmək bilmir.

Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinə verdiyi məlumatlara əsasən, 2016-2017-ci tədris ilində ölkəmizin ümumtəhsil məktəbləri üçün ümumilikdə 261 adda 6623135 ədəd dərslik və müəllim üçün metodik vəsait,  2017/2018-ci tədris ilində isə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bu, Təhsil Nazirliyi xətti ilə buraxılan dərsliklərin statistikasıdır.  Bununla belə,   Dövlət İmtahan Mərkəzi, ölkəmizdə fəaliyyət göstərən hazırlıq kursları, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən hazırlanan  vəsait və test çalışmalarını da  bu statistikaya əlavə etsək,  kəmiyyət baxımından  dərslik problemimizin olmadığı qənaətinə gəlmək olar. Əvvəlki yazımızda   biz  dərsliklərimizlə bağlı fikirlərimizi bildirmişik.  Bu yazımızda isə    tamam başqa bir məsələyə münasibətimizi  ifadə edəcəyik.

 Dərsliklərimizlə bağlı yazını qələmə almağa başlamazdan öncə, mövzu ətrafında bir neçə müəllim, şagird, eləcə də valideynlərlə söhbət etməyi qarşıma məqsəd qoymuşdum. İlk getdiyim məktəb Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəb olmuşdu. Qapının qarşısında dayanmış gənc bir qıza yaxınlışdım, kimlik kartından "Sağlam təhsil" layihəsi əməkdaşlarından olduğu görünürdü. Müraciət edən kimi, bir az aralıdakı qadın müəllimənin direktor müavini olduğunu bildirdi və ona yanaşmağı təklif etdi. Xanıma özümü təqdim etdim və niyyətimi bildirdim. Buyurdu ki, direktordan icazə alın, birlikdə aydınlaşdıraq. Direktor Fuad Babayev birmənalı olaraq inkar etdi. Jurnalistlərlə hər hansı söhbət Baş Təhsil İdarəsi və ya Nazirliyin ilə razılaşdırıldıqdan sonra mümkün ola biləcəyini bildirdi.  

Mən direktora belə bir göstərişin doğru olmadığna və ölkəmizdə fəaliyyət normalarının qanunla müəyyən edildiyini , bu qanunların isə Millii Məclisdə qəbul olduğunu bildirdikdə Fuad Babayev də məni Bakı Şəhəri Üzrə Baş Təhsil İdarəsinin 4.04 2017-ci il tarixli 13 nömrəli əmri ilə tanış etdi.

Həmin əmrdə yazılmışdı:

                                     Əmr edirəm:


1. Bakı Şəhəri Üzrə Təhsil idarəsinin və idarənin tərkibindəki təhsil müəssisələrinin kütləvi informasiya vasitələri ilə əlaqələri və ictimaiyyətə məlumatların verilməsi yalnız idarənin ictimaiyyətlə əlaqələr sektoru tərəfindən tənzimlənsin...


İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Düşünürəm ki, bu əmr doğru hesab edilə bilməz və Azərbaycanda mövcud olan qanunvericiliyə görə, jurnalistin məlumat almaq, ideya axtarmaq və fikirlərini paylaşmaq hüququnu kimsə məhdudlaşdıra bilməz. Direktorun təqdim etdiyi bu əmr nümunəsi tabe olduğu, icra etdiyi əmrdən daha nöqsanlı idi.

Mən bacardığım qədər müəyyən məlumatlar əldə edib yazı hazırladım. Təbii ki, dərsliklərlə bağlı yazdığım yazıya bir də qayıdacağam. Amma bu hadisədən istifadə edərək bugünkü jurnalistikamızla, jurnalistlərim informasiya əldə etmək, ideya axtarmaq sahəsində razrlaşdıqları maneələrlə bağlı fikirlərimi də sizinlə bölüşəcəyəm.

Qəzetçiliyin tarixi XVI əsrin ortalarından başlasa da, Azərbaycanda bu fəaliyyət sahəsini daha iki əsr də artıq gözləmək lazım gəlmişdi, ta 1875-ci il iyun ayıının 22-də H.b.Zərdabinin naşirliyi ilə "Əkinçi" nəşrə başlayana kimi.

H.b.Zərdabi böyük maarifçi, təbiətşünas alim, fədakar müəllim, nəhayət, milli mətbuatın banisi kimi fəaliyyətini xalqımızın elmi inkişafına və mədəni yüksəlişinə həsr edən şəxsiyyətlərdən biri olmuşdur. O, dövrünün ilk maarifçiləri, həm də müasirləri olmuş M.F. Axundov, S.Ə. Şirvani kimi, şəxsi səadəti deyil, xalq səadətini əsl səadət hesab etmişdir. Bu görkəmli şəxsiyyətlər bir-birlərindən ayrılıqda çalışsalar da, ideal qardaşları idilər və etik görüşlərində eyni mövqedə dayanırdılar ki, hər kəs xalqın mənafeyinə xidmət etməlidir. Digər bütün əxlaqi vəzifələr isə bu keyfiyyətin üzərində qurulmalıdır. Bunun üçün insanlar maairiflənməli, elmə, biliklərə yiyələnməlidirlər. M.F. Axundov bu məqsədlə qüvvə və vəsaitini on ildən artıq yeni əlifbanın tətbiqinə sərf etmişdir. M.FAxundov yazırdı:"...mənim həmvətənlərim xeyri şərdən ayırmaq qabiliyyətində deyildirlərsə də, tərəqqi və yüksək ad nəşəsindən məhrumdurlarsa da,...bundan sonra da bu yolda nə qədər zəhmət və məxaric lazım olsa, səmimi qəlbdən qəbul edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işığa çıxarım və bunun mənəvi ləzzətini dadım."

H.b.Zərdabi ehtiyac içərisində yaşayıb ana dilində qəzet nəşr edəndə də , Seyid Əzim pulsuz məktəb açanda da şəxsi mənafelərini deyil, xalqın səadətini düşünmüş, bütün şüurlu həyatlarını həmvətətənlərini qaranlıqdan

işıqlı dünyaya çıxarılmasına həsr etmişlər. Həsən bəy o zaman tələbə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütün yayı Azərbaycanın kənd və şəhərlərini dolaşırmış, güc-bəla 1600 manata qədər pul toplayaraq bu vəsaitin faizi ilə ildə 1-2 nəfər tələbənin təhsil haqqını ödəyirmiş. Bu niyyət və əməllər böyük vətəndaşlıq nümunəsi idi, milli təəssübkeşlik nümunəsi idi.

Belə bir dövrdə cəhalətin, savadsızlığın, nadanlığın, dini fanatizmin tüğyan elədiyi mühütdə xalqın maariflənməsi üçün məktəb, təhsüil nə qədər vacib idisə, milli mətbuat da bunların genişləndirilib yayılması , qorunması üçün ondan da vacib idi.

 

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Bəyənmədiyimiz sovet dövründə V.İ.Lenin də vaxtilə ümumrusiya kommunist(bolşevik) partiyasının yaradılmasına ümumrusiya siyasi qəzetinin yaradılmasından başlamağı təklif etmişdi. Leninin fikrincə, "qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır. " O dövr üçün də, daha sonra sovet dövründə də mətbuat bu vəzifələrin hamısının öhdəsindən uğurla gəldi. Qəzetin xəbərçilik missiyası, operativliyi, əhatə dairəsinin geniş olması ona bu vəzifələri yerinə yetirməyə imkan verdi.

Həsən bəy Zərdabi də bunu çox gözəl anlayırdı və o, əvvəldə qeyd etdiyimiz kimi, 1875-ci ildə milli mətbuat yaratmaq arzusunu "Əkinçi" ilə reallaşdıra bilmişdi. Qəzet iki ildən bir neçə ay çox fəaliyyət göstərə bilmişdi və cəmi 56 dəfə çap edilmişdi. Bu müddətdə "Daxiliyyə", " Əkin və ziraət xəbərləri ", "Elm xəbərləri" və " Tazə xəbərlər " başlıqları altında insanlar üçün çox faydalı yazılar dərc etmiş, müxtəlif məlumatlar və xəbərlər çatdırmışdı.

Qəzetin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli, həm də doğma dildə danışmaq sahəsində göstərdiyi xidmət özü bir milli iftixar hissi doğurmamaya bilməz. O illər Rusiya-Türkiyə müharibəsi gedirdi və "türk-tatar” dilində qəzetin mövcudluğu heç də arzu edilən deyildi. Ona görə də "Əkinçi”nin nəşri 1877-ci il sentyabrın 29-da rəsmən dayandırılmışdı.

Amma bu qısa müddət üçün "Əkinçi " çox böyük maarifçilik xidmətləri göstərdi, belə demək mümkünsə , qəzet milli mətbuatımızın "əsl əkinçisi" oldu, şumladığı tarlada "Tərcüman","Ziya”, "Ziyayi-Qafqaz”, "Kəşkül”, "Kaspi", "Həyat", "İrşad", "Şərqi- Rus", "Molla Nəsrəddin", "Füyuzat" kimi mətbu orqanlar yetişdi.

"Əkinçi" nəşr edildiyi illərdə Bakıda olmuş bir fransız jurnalisti bu qəzetin, mətbəəsini, çap şəraitini görüb heyrətlənibmiş: "Doğrusu, siz əsl qəhrəmansınız!

Bizim Fransada belə bir yoxsul qəzet üçün sizin kimi işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox sevirsiniz! ".

Bəli, H.b.Zərdabi də, Səid Ünsizadə və Cəlal Ünsizadə qardaşları da , Məhəmməd ağa Şahtaxtlı da, Əli bəy Hüsenzadə də, Әһmәd bәy Ağayev də(Ağaoğlu), Ö.Faiq Nemanzadə də, C.Məmmədquluzadə də, əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı da öz xalqını çox sevmişlər. Onlar milli dirçəliş tariximizdə böyük xidmətləri omuş işıqlı fikir sahibləri idilər. Mən bunları hələ çox-çox sonralar biləcəkdim.

 

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Amma ona qədər orta məktəbdə oxuyarkən divar qəzetinin redaktoru, şagird özünüidarə təşkilatında redaksiya şurasının sədri kimi ilk "mini jurnalistlik" fəaliyyətinə başlayacaqdım, ara-sıra " Azərbaycan pioneri", " Qalibiyyət", "Sovet kəndi" və "Azərbaycan gəncləri" qəzetində yazılarım dərc olunanda jurnalistikaya bir köynək də yaxınlaşacaqdım. Jurnalistika fakültəsində oxumasam da, qeyd etdiyim şəxsiyyətlər və ədəbi hadisələr haqqında məlumatlar filologiya fakültələrində də tədris edilirdi. Hesab edirəm ki, filologiya və jurnalistika ixtisasları fərqli peşə-ixtisas sahələri olsalar da, bir-birinə çox yaxındırlar. Əslində, jurnalistika üçün əsas şərt ixtisas deyil , yazı bacarığıdır, peşəkarlıqdır, qələmin müdriklik səlahiyyətini nümayiş etdirə bilməkdir. İxtisasca filoloji təhsil almış qələm adamlarının digər ixtisaslılardan üstünlüyü ondadır ki, filoloji təhsili olan jurnalistlər dil qayda-qanunlarına, ədəbi-mədəni hadisələrə münasibətdə neft mühəndisindən, kənd təsərrüfatı mütəxəssisindən daha həssas olurlar.

  Aydınlıq üçün bildirim ki,  orta məktəbi bitirərək məhz  jurnalistika ixtisası üzrə  təhsil almağı  seçmədimsə də,   bu sahə ilə bağlılığım  heç vaxt   səngiməyib, əksinə, daha  məqsədli  olub  və özüm də   fiziki şəxs kimi sonradan  mətbu orqan  təsis etmişəm, bir neçə digər özəl və dövlət qurumlarının mətbuat vasitələrində jurnalist, redaktor kimi fəaliyyət göstərmişəm. Hazırda isə " Ana və Uşaq" ictimai-siyasi, pedaqoli onlayn jurnalın təsisçisi və baş redaktoruyam.

Bacarıq və qabiliyyətim ədəbiyyat və mətbuatla bağlı olduğundan, ictimai fikir tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mətbuatımıza, ona xidmət edənlərə təmas və tanışlığım da hər zaman fəal olub.

Mənə görə, sovet dövrünün ədəbiyyatı da, incəsənəti də, mətbuatı da çox güçlü idi. Həmin illərdə "Göyərçin" yurnalından, " Azərbaycan pioneri" qəzetindən başlamış "Gənclik" jurnalına; "Bakı" ("Baku")-dan başlamış "Sovet kəndi" qəzetinə qədər " Azərbaycan müəllimi", "Azərbaycan cəncləri", " Azərbaycan qadını", "Təşviqatçı", "Kommunist", "Kirpi", kimi həyatımızn bütün sahələrinə nüfuz edə bilən mətbu vasitələr fəaliyyət göstərirdi. Filmlərdə gördüyümüz poçtalyonlar var ha, o şəkildə hər gün qapı-qapı gəzib bu qəzet və jurnalları paylayırdılar. İnanın, hər gün bu qədər qəzeti bir adamın çantasında gəzdirərək hər evə çatdırmağa tələsməsi fədakarlıq idi. Poçtalyonlar bundan məmnunluq duyrdular. Çünki insanlar da onu belə məmnunluqla gözləyirdilər.

Mətbuat bu dəyəri özü qazanmışdı. Bir oxucu məktubuna, müraciətinə biganə qalmazdılar.

" Azərbaycan pioneri" qəzetinin cavab məktubları elə zövqlə hazırlanardı ki, elə bil diplomatik xətlə göndərilmiş məktubdur. İndi nəinki mətbuat orqanları, heç idarə və təşkilatlar da müraciətlərə cavab vermir, işdir, cavab versələr də yöndəmsiz, həqiqəti əks etdirməyən başdansovdu cavablar.

O zaman qəzet və jurnalların sayı az idi, amma bütün mətbuat vasitələrini, eləcə də burada çalışan jurnalistləri hər yerdə tanıyırdılar. Xatırlaya bildiklərimin adlarını qeyd edim:

Nəsir İmanquliyev, Əli İldırımoğlu, Ənvər Əmirəliyev, Rəfail Nağıyev, Şamil Xurşud, Yusif Kərimov, Piri Məmmədov, Ziyəddin Sultanov, Aqşin Babayev, Tofiq Rüstımov, Qüdrət Piriyev, Şahin Səfərov, Məzahir Süleymanzadə, Möhbəddin Səməd, Nemət Veysəlli, Hidayət Zeynalov, Şakir Yaqubov, Mürşüd Dadaşov,Telman Qarayev, Ülkər Hüseynova,Xalidə Hasilova, Svetlana Nəcəfova, Sona Bağırova, Flora Xəlilzadə, Nəriman Süleymanov və daha kimlər..

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

O qədər nüfuzlu idilər ki, hansısa bir rayona getsə idilər, bütün rayon əl-ayağa düşərdü. Amma sadə adamlar sevinərdilər. Çünki onlar ictimai maraq kəsb edən bütün məsələləri dəqiq, qərəzsiz şəkildə ictimailəşdirir, aşkarlayır və dövlətin diqqətinə çatdırırdı. Mübaliğəsiz qeyd edim ki, jurnalistlərin rayonlara səfəri bir monitorinq qədər təsirli olurdu.

Biz o dövrdə yaşadıq və bunları gördük. Onda "4-cü hakimiyyət" ifadəsi yox idi, amma mətbuat bu statusa malik idi, mətbuat bu mərtəbəyə yüksəlmişdi. Ümummilli liderimiz Heydər Əliyev istər Mərkəzi Komitənin birinci katibi olarkən, istərsə də xalqın arzusu ilə ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə mətbuata həmişə yüksək qiymət vermişdir. Böyük rəhbər çıxışlarının birində demişdir ki, mən mənə məlum olmayan faktları təqdim edən jurnalistlərə təşəkkür edirəm.

Bu gün artıq, demokratik bir cəmiyyətdə yaşayırıq. Mətbuatın inkişafı üçün dövlət tərəfindən, Cənab İlham Əliyev tərəfindən çox böyük diqqət var. Ölkəmizdə azad sözün, azadfikirliliyin inkişafı üçün konstututsion etimad var.

Birlikdə xatırlayaq, jurnalistlərə evverilmə mərasimində Cənab Prezident jurnalistlərin hakimiyyətin 4-cü qolu olduğunu ifadə etməklə, onların əməyinə verdiyi böyük dəyəri bir daha təsdiq etdi:  "Siz mənim köməkçilərimsiniz. Mən ölkədə baş verən hadisələrdən, həm də sizin vasitənizlə xəbər tuturam".

Bütün bunlar eyni zamanda mətbuatın qarşısında məsul və şərəfli vəzifələr qoyur.

Mətbuat hər zaman xalqın tribunası olmuşdur. İnsanlar əlləri hər yerdən çıxandan, məmur onları qəbul etməyəndən, müraciətlərinə ədalətsiz cavab verəndən sonra bu tribunaya üz tuturlar, onların sözünü, ərizə və şikəyətlərini ictimailəşdirməyi, hakimiyyətin diqqətinə çatdırmağı mətbuat bir borc olaraq öz üzərinə götürür. Eləcə də jurnalist özünün müşahidə etdiyi vacib məsələrə ictimai rəyi cəlb edir, onların fikrini öyrənməyə səy edir, öz mülahizələrini bildirir, həll yolları ilə bağlı variantlarını ortaya qoyur.

Jurnalist savadlı, zəngün təcrübəyə və mütailəyə malik olmalıdır. Jurnalist yenilikçi olmalıdır,özü yenilik etməlidir demirəm ha, bu da alqışlanardı, amma bu yenilikləri izləməli, öyrənməlidir.

Jurnalist təvazökar və səmimi olmalıdır. Belə olarsa, onun insanlarla ünsiyyət imkanları, formaları qələmə aldığı mövzunun ictimai əhəmiyyəti, aktuallığı , təsir gücü və əhatəsi də böyük olacaqdır.

Jurnalist cəmiyyətə təqdim etdiyi materialların məzmununa görə cəmiyyət qarşısında, qələmi qarşısında məsuliyyət daşıyır. Xəbər, reportaj formatından tutmuş fotojyrnalistikaya qədər hər bir ictimai məzmunlu yazıda söz sahibinin müdrikliyi olmalıdır, jurnalist öz yazısı ilə beyinləri, hissləri zənginləşdirməyi, müalicə etməyi bacarmalıdır.

Bu zaman jurnalist ədalətli, obyektiv, qərəzsiz olmalı, dövlət və xalq maraqlarının bir-birini tamamlamasına nail olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Mətbuat Günü münasibətilə söylədiyi nitqində jurnalistlərə məhz bunu tövsiyə etmişdir:

"Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır".

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Təəssüf ki, bugünkü jurnalistikamızın uğurları ilə yanaşı, müəyyən nöqsanları da mövcuddur. Bir çox mətbu vasitələr daha çox reytinq qazanmağa can çalırlar. Mən hər zaman feysbuk səhifələrində bu cür iradlarımı diqqətə çatdırıram.

Məsələn, builki qəbul imtahanları zamanı, konkret desək, avqust ayında bir çox saytlarda "662 bal toplayan kasıb qıza heyrətamiz təklif - "Bütün xərclərini qarşılayarıq...” sərlövhəli yazı dərc edilmişdi.

Olsun ki, həmkarlarımız bu sərlövhəni seçəndə fərqində olmayıblar, heç gümanlarına da belə şey gəlməyib. Amma mən düşünürəm ki, sərlövhə uğurlu seçilməyib. Sərlövhə yazının bələdçisidir. Oxucu cəlb etmək niyyəti müəllifin hədəfidir, amma bunu elə etmək lazımdır ki, hər şey məntiqi olsun. Elə həmin ərəfədə yüksək bilik göstəriciləri qazanmış bu qızımız haqqında yenə müxtəlif saytlarda "662 bal toplayan qız barədə çirkin məlumat: "Bakıya gəlib...” sərlövhəli məqalə yazılmışdı. İkinci sərlövhəyə rast gələn elə birinci sərlövhənin yaratdığı məzmunu belə düşünə bilər.

Mən bu başlıqların yaratdığı təəssüratların variantlarına getmək istəmirəm, amma hesab edirəm ki, sərlövhələr doğru seçilməyib.

İzahlı lüğətdə "heyrətamiz" sözü "heyrət doğurmaq", "qəribə", "gözlənilməz" kimiu mənalandırılıb. Bu sözün cövhərində rəğbətli məna da var : "Ümummilli liderimizin heyrətamiz yaddaşı vardı" və ya "Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir". Məsələ burasındadır ki, hər iki cümlədə "heyrətamiz " sözünün doğurduğu mənadan öncə onun təsdiq etdiyi məna bizim beynimizdə var. Amma birdən -birə , "662 bal toplayan kasıb qıza heyrətamiz təklif" sərlövhəsi "qəribə təklif" təəssüratı da yarada bilər.

Və yaxud saytların birində daha başqa sayta istinadən verilmiş ümidsizlik, qorxu püskürən bir yazı oxudum. Guya numeroloqların (rəqəmləri tək riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi) hesablamalarına görə, noyabrın 19- dan dekabrın əvvəllərinə qədər vulkan püskürmələri, zəlzələlər son olaraq dünyanın dağılması ilə başa çatacaq.

Məlumatı paylaşan bizim saytlar daha digər mənbələrdən Nibiru planetini araşdıran yazıçı Terral Kroftun müsahinəsindən bu məlumatı önə çıxarıb ki, "qlobal vulkanik aktivliyin pik nöqtəsi noyabrın son iki həftəsinə təsadüf edəcək və dekabrın əvvəllərinə qədər sürəcək. Hətta qlobal kataklizmin dəqiq tarixi də açıqlanıb: 19 noyabr 2017-ci il.

Belə də informasiyalaşmaq olar. Geogledə axtarışa verib məlumatlanmaq istədim. Gördüm ki, saytlarda dünyanı, insanlığı buna kimi də dəfələrlə Nibiru planeti ilə belə qorxuya salıblar. "Yenə öz yerində yuvarlanır Ay"


İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Heç inanmaq istəmir adam. Terral Kroft yazıçı, amma Nibiru planetini araşdırır. Yazıçı hara, Nibiru planeti hara.. ? Hələ bir ədəbiyyatın proqnozunu versin baxaq.. Digər tərəfdən, ondan da elmiliyi, məsuliyyəti bəşəri olan alimlər var, elmi tədqiqat labarotoriyalar var. Əgər bəşəriyyəti bu cürə fəlakət gözləmiş olsa idi, onlar xəbərdarlıq edərdi. Belə fərziyyə yazıb, insanları təşvişə salmaq, eləcə də təşvişdə saxlamaq doğru deyildir.

Dərhal sovet dövrü mətbuatına qayıtmalıyıq... Ya da vahimə, bədbinlik, eyş-işrət hərcayıları istehsal edən mənbələr sorğu-sualsız bağlanmalıdır...

Sovet dönəmində belə yazı yazmaq olmazdı, yazan olardısa, ancaq evində özünə yazıb, özünə dərc edib, özünə oxuya bilərdi. Belə yazılar ictimailəşə bilməzdi və o vaxt bu, doğru da nizamlama idi.

Bilirsiniz, əcdadlarımızın mağara dövründə ilk mübarizəsi həyat, qida uğrunda, yəni mövcud olmaq uğrunda mübarizə olub. Onlar günlərlə, bəzən həftələrlə ovda olur, topladıqları qənimətlərlə geri dönürmüşlər. Kitablarda yazıldığına görə, ilk insanlar ovdan əvvəl divara ovlayacağı heyvanların rəsmini çəkib, ibtidai silahla rəsmə hücum edirmişlər: guya bununla ovlayacağı heyvanları əvvəlcədən ovsunlayırmışlar.

İndi bəzi insanlar ümumi evimiz olan dünyaya qarşı, sanki bu ovsunun tərsini edirlər. Belə xəbərlər insanları ümidsizləşdirdiyi kimi, kriminal niyyətlərə təhrik edə bilər.

Gətirdiyim nümunələrdəki xətalar daha çox dil-üslub xətalarıdır, amma digər daha ciddi nöqsanlara da rast gəlmək olur ki, bunlar artıq sırf peşəkarlıq məsələləri ilə bağlıdır.

Son dövrlər məktəb mövzusunda o qədər naşı mövzular yazılar ki, adamın matı-mutu quruyur.

2016-cı ilin mayında ölkənin bütün kütləvi informasiya vasitələrində Şamaxının Pirbəhli kənd məktəbində 9-cu sinif şagirdi haqqında müəllim tərəfindən edilən qeyri-etik hadisə ilə bağlı yazılar verilirdi. Nələr qalmadı ki, yazılmasın. Hərə öz düşüncə tərzinə, peşəkarlıq səviyyəsinə uyğun yazıb tökdü. Hadisə yerində olmadan, məsələnin mahiyyətini bilmədən, vacib şəxslərlə görüşmədən, sadəcə, yaza bildiklərini yazdılar, bəzən hələ yazdıqları ilə özləri də zərərçəkmişi, onun gələcəyini sındırdılar, sonra validrynlərini sındırdılar. Bütün təhsilimizin, müəllimlərimizin adını qınaq mövzusu etdilər. Bir-iki insan pozula bilər, amma bütün təhsil sistemimizi, şərəfli müəllim əməyini ləkələmək olmaz axı.

Həmin mövzuya aid bizim də yazımız oldu. Biz o vaxt bu məsələni, sadəcə, yazılanlarla, televiziyadan eşitdiklərimizlə izləyirdik. Mətbuat səhifələrində qeyri-peşəkar yazılar çox idi.

Mən bu mövzuda yazıların mətbuatda, televiziyada bu şəkildə təqdimatına həmişə narazı olmuşam.

Jurnalistikadan xəbəri olmayan, bir esse yaza bilməyən, dilimizin qayda-qanunlarından xəbərsiz biri indi gedib məktəbdən yazı yazmaq istəyir, müsahibə almaq istəyir. Bəzən , hətta, alanlar da olur, belə müsahibələri oxuyanda adam dəhşətə gəlir. Niyə o müsahibə verən şəxs "jurnalist" elə ağzını açan kimi qapını göstərmir ki, sən jurnalist deyilsən, get öz işinlə məşğul ol.

Ömründə 1 kitab oxumayan, 5-10 yazıçımızın adını, əsərlərinin adını bilməyən, bəstəkarlarımız tanımayan adını "jurnalist" qoymuş bir nəfər cəmiyyətdə müəyyən mövqeyi olan bir şəxslə necə həmsöhbət ola bilər? O vaxt Şamaxı hadisəsinə həsr olunmuş 2-3 müsahibə oxumuşdum, hamısı da belə. Pedaqoji-psixoloji biliyi, uşaqlarla iş təcrübəsi olmayan, jurnalist və ya filoloji təhsili olmayan bir kimsə birbaşa müsahibə almağa necə hazır ola bilər və s.

Şamaxıda baş vermiş bu hadisə ilə bağlı nə Təhsil Nazirliyi, nə də Şamaxı rayonunun bu mövzuda söz deyə biləcək səlahiyyətlilərinin heç biri söz demirdi və ya ümumi sözlərlə gəlib-gedən , müraciət edən jurnalistləri yola verirdilər.

Bu da təbii idi. Dünyanın heç bir yerində, adətən, bir az fərqli şəkildə məmurlar jurnalistləri sevmirlər. Çünki jurnalist aşkarlayır, məmurları cəmiyyətin qarşısında cavabdehlik məqamına gətirir, Məmurlar jurnalistlərin "dördüncü hakimiyyət” rolunda çıxış etməsini heç vaxt həzm edə bilməyib və həzm etmək istəmirlər.

Əgər məmur həqiqətən də, ölçə başçısının siyasi-iqtisadi kursuna sədaqətlə xidmət edirsə, o, heç bir qəzetdən, televiziya kanalından və yaxud jurnalistdən gizlənməməli,

maraqlanılan məsələnin mahiyyəti barədə özü və ya əvvəlcədən ayırdığı şəxs cavab verməlidir. Böyük məktəblərdə ictimaiyyətlə, valideynlərlə əlaqə üzrə belə əməkdaş ayrılarsa, belə narazılıqlar da yaranmazdı.

 Adicə bir metodik məlumatı aydınlaşdırmaq üçün məni Anar müəllim kimi, tabe olduqları qurum və ya Nazirlikdən icazə almağa göndərmək istəməzdilər. Əslində, məmurlar jurnalistlə birgə işləməsi labüddür və bu qarşılıqlı etimada xidmət edərdi.

Sirr deyil ki, bu gün jurnalistlərin qarşılaşdıqları əsas problemlər elə yerlərdə informasiya əldə etmək, ideya axtarmaq, onu operativ olaraq paylaşmaqla bağlıdır. Bəzən bu və ya digər yazını hər hansı informasiya vasitəsi ilə paylaşandan sonra jurnalistlərin təhdid və təqiqblərlə qarşılaşması halları da olur.

Çünki yerlərdə ayrı-ayrı xidmət sahələrinin məsulları, yerli idarə və təşkilat rəhbərləri, eləcə də məmurlar öz işləri ilə bağlı informasiya vermək istəmir və və belə məlumatları gizlətməyə meyilli olurlar. Nəticədə, jurnalistlər operativ, obyektiv, tərəfsiz və qərəzsiz informasiya toplayaraq cəmiyyətə çatdırmaqda ciddi maneələrlə üzləşməli olurlar.

  

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli 217A(III) nömrəli İnsan Hüquqları Haqqında Bəyannaməyə görə:

Maddə 19.

1. Hər bir insan şəxsi fikri olmaq hüququna malikdir.

2. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir;

 

Azərbaycan Respublikası Konstitutsiyasına görə:

Maddə 47.

I. Hər kəsin fikir və söz azadlığı vardır.:

Maddə 50.

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununa görə:

Maddə 1. Kütləvi informasiya azadlığı

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ

vardır. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

 

Əsas Hüquq və Azadlıqlar haqqında 1950-ci il Konvensiyasına, habelə,1966-cı ildə qəbul olunmuş və insan hüquq və azadlıqlarını əhatə edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta , məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa və s normativ hüquqi nizamlamalara görə, jurnalistin sorğusuna cavab verməkdən hər hansı şəkildə imtina edilməsi, eləcə də Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 saylı tam ortabinin direktoru Fuad Babayevin dediyi kimi, yəni məktəbin strukturunda olduğu Bakı Şəhəri Üzrə Təhil Baş İdarəsinin yaxud da Təhsil Nazirliyinin aidiyyəti şöbəsindən icazə amağa yönləndirmək qeyri-qanunidir.

Bu, Azərbaycan dövlətinin qəbul etdiyi, eləcə də qoşulduğu beynəlxalq nizamlama, qayda və prinsiplərə hansısa bir məmurun korrektə etməsi kimi qəbul edilməlidir.

İctimaiyyətlə əlaqələr sektoru tərəfindən icazə tələb olunursa, bu, jirnalistin məlumat və ideya axtarmaq imkanlarını məhdudlaşdırmaq deməkdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz