» » İdman ən böyük Sülh elçisidir

İdman ən böyük Sülh elçisidir

İdman  ən böyük Sülh elçisidir

İdman ən böyük Sülh elçisidir. Bu qədər olimpiadalar, beynəlxalq yarışlar keçirilir. Dili, dini, irqi fərqli insanlar təmsil etdikləri ölkə və komandaları ilə digər ölkə və komndalara rəqib olsalar da , bir araya gəlirlər. Rinqdə döyüşürlər. Sonda məğlub olduğu halda da, məğlub rəqib qalib rəqibinin əlini sıxır. Bu, gözəl jestdir. Sənət musabiqələri də eynilə belə olur. Hesab edirəm ki, idman və sənət humanizmi ümumi sülhə böyük fayda verə bilər. Bu mövzuda idmançılar da, sənət adamları da kaş bir araya gələydilər.
Bir beynəlxalq yarışda, olimpiada və ya sənət festivalında dünyanın əksər xalqlarının nümayəndələri bir ölkəyə cəm olurlar. Belə tədbirlərə, sadəcə, olimpiada və ya beynəlxalq mahnı müsabiqəsi kimi baxmaq, əslində, onların miqyasını çox-çox kiçiltməkdir. Məsələn, 1956-cı ildən başlayaraq hər il Avroviziya Mahnı Müsabiqəsi keçirilir. Ümumi izləyiciləri 100 milyondan 800 milyona qədər olur: istər müsabiqə keçirilən ölkədə olsun, istərsə də televiziya vasitəsi ilə izləsinlər, fərqi yoxdur, bütün dünyada yayımlanır. Məsələn, 2008-ci ildə Avroviziya müsabiqəsinı birbaşa yayımla 50 ölkədən 400 milyon insan seyr etmişdir . Görürsünüzmü, əhatə dairəsi necə hüdudsuzdur.
2017-ci ilin mayında Kiyevdə baş tutan 17-ci Avroviziya Mahnı Müsabiqəsində 43 ölkənin nümayəndəsi iştirk etmişdir. Və yaxud 2015-ci ilin ilk Avropa Oyunları 12 iyundan 28 iyuna qədər Bakı şəhərində keçirilən idman yarışında 30 idman növü Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparmışdı. Beynəlxalq əhəmiyyətli bu cür tədbirlərin keçirildiyi günlər bütün dünya nəzərlərini tədbirin keçirildiyi ölkəyə dikir. Təsəvvür edin, Avropanın 50 ölkəsinin 10 min idmançısı Bakıda bir araya gələrək dinclik və əmin-amanlığın imkan verdiyi, qucaq açdığı mahnı və ya idman bayramı keçirirlər. Bu, xalqımızın dünyaya arzularıdır, Prezident cənab İlham Əliyevin, dövlətimizin məramıdır. 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələdə keçirilən Musiqi Festivallarının 2012 –ci il Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi, 2015-ci ildə ilk Avropa Oyunlarının, Formula -1, Formula -2 paytaxtımızda keçirilməsi heç də təsadüfi deyil. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkmizdəki ictimai-siyasi sabitlik, Azrbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu ölkəmizi dünyanın bəşəri arzuları üçün ən etibarlı, tolerant bir məkana çevrilib.
Bunlar həm də dünyanın, eləcə də beynəlxalq təşkilatların Azərbaycan dövlətinin siyasətinə etimadıdır. Dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə maraqlııdırlar və Azərbaycanı özlərinin ən yaxın tərəfdaşı hesab edirlər.

İdman  ən böyük Sülh elçisidir

Bir anlıq xəyalən Bakıda keçirilən Avropa oyunlarının açılış gününə qayıdaq: stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilən məqamaş Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) sənin vətənində öz ölkələrin bayrağını dalğalandırırdı. Və yaxud iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun "5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirir. Bütün dünya nəzərlərini həmin anda bu bayraqlara və məşələ dikmişdi. İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayraq yerləşdiriləcəyi platformaya aparan pillələrdə toplaşdı və tribunalarda yerlərini tutdular. Çox keçmədi ki, bayraqların rəqsi başladı. Aaron Koplendin "Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçalanın ifasında zərb alətlərinin sədası altında davam edir.

İdman  ən böyük Sülh elçisidir

Yayılan sədalar hərb marşı, cəngi deyil, bizim vətənimizdə bütün dünya insanlarının sülh arzulaına qovuşaraq gurlaşan, simfoniyaya çevrilən bir səda idi. Pərdə-pərdə, dalğa-dalğa yayılaraq səhədlər aşa biləcək, ürəklər fəth edə biləcək bir niyyətə xidmət edirdi. "İdman nədir ki”, " top "dığırlatmaq” nədir ki”, "bu nağara guppultusu nəyə lazımdı ki”, "olimpiya oyunları varkən, paralimpiya oyunlarına nə ehiyac” və s bu cür baxışlarda olanlara qoy bir həqiqət olsun və belələri bilsinlr ki, idman və sənət niyyətləri bütün dünyada həm də sülh hərəkatı kimi qəbul olunarsa, bütün idmançılar və sülh adamları ayaq basdıqları hər hansı bir ölkəyə idman niyyətləri ilə tən bərabər sülh niyyətləri də apara bilsələr və bunu hərəkata çevirə bilsələr, kimlərsə heç vaxt fiziki və mənəvi məkanda "raketlərin düymələrini basmağa” cürət etməzdi.
Böyük anlamda idman, incəsənət budur. İdmanın, incəsənət növlərinin gücü, təsir imkanları belədir.
Bəs bu imkanlar, təsir nə qədər realdır, bu gün bəşəriyyətin başı üstünü almış təhlükələrdən  xilas olması üçün  həmin imkanlardan necə istifadə olunur , bu, tamam başqa məsələdr. Yuxarıda qeyd etdiyiiz kimi, dünya hər zamam bu cür idman və sənət bayramlarına qucaq açır. Keçirilə tədbirlər, təbii ki, insanları, ölkələri bir-birinə yaxınlaşdırır. Amma təəssüflər olsun ki, yalnız belə tədbirlərdən tədbirlərə. Adi günlərimizdə isə nə sənət adamları, nə idman məşhurları sürətlə silahlanmaq ehtiraslarının cilovlanmasına yönəli hərəkat yaratmırlar. İSİD adlı planet yox, ölkə yox, amma dünyanın İSİD təhlükəsi var.
Dünyanın qaynar nöqtələri bir deyil, iki deyil. Hər gün törədilən terrorlar, qəsdlər, hərbi müdaxilələr günahsız insanların ölümünə səbəb olur, torpağa, havaya sağalmaz yaralar vurur.
Mətbuatı izləmək kifayətdir ki, insanlar daha qorxulu niyyətlər haqqında eşidib, bədbinliyə daha qapılsınlar.
Böyük dövlətlər sanki bir-birilə yarışa giriblər : hər ölkə digərindən daha müasir, daha dağıdıcı silaha malik olmaq uğrunda baş sındırır, milyonlar sərf edir. Halbuki, bu milyonlar dünyanın laləzarlığa döndərilməsinə sərf oluna bilərdi.
Məmməd Arazın bir gözəl şeiri bu vəziyyətə necə də uyğundur. Şeiri təqdim etməmişdən əvvəl qeyd edim ki, Məmməd Araz həmin şeiri 1956-cı ildə qələmə alıb. O zamandandan 60 ildən artıq bir vaxt keçir, amma bu cür bəşəri arzular nəinki həyta keçir, əksinə, böyük güclər bir-birlərini nüvə təhlükəsi ilə hədələyirlər.
Şeir belədir:

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, 
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alib ayı, ulduzu
Dartıb yerə gətirər, 
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
"Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, 
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, 
Müharibə olmasa!

Sevənlər aləmində 
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi  söz,
Sözü "məhəbbət" olar 
Müharibə olmasa!
 

Amma dünyadakı  müharibələr   heç bitmədi.  Atəşkəs elan  edilmişsə də,  ölkəmiz 25 ildən artıqdır ki, müharibə şəraitində yaşayır.     Minlərlə insan öz evində,  ata-ba  yurdunda yaşamaq haqqından məhrum edilib.  Bu fəsadlar   hələ zaman –zaman davam edəcək, öz tsirini göstərəcəkdir.  Suriyada  və digər qaynar  nöqtələrdə, fərqi yoxdur,  müharibə acıları üyni acılarla yaşanmaqdadır.  Bütün bunları  ürəyində gəzdirən bir türkiyəli dizayner    müharibələrə fərqli bir pəncərədən baxaraq   "müharibə olmasaydı, nə olardı" sualına iliklərə qədər təsir  etdirən  fotolarla   çox  düşündürücü  ifdə edə  bilmişdir.

 Müharibə olmasaydı nə olardı:

   Bombardmanlar nəticəsində məhv olmuş bir evin xarabalığında oynayan bu kiçik uşaq bəlkə də "Lunapark"da olardı.


İdman  ən böyük Sülh elçisidir


 Toplarla, raketlərlə məhv edilmiş bu küçədə,  bəlkə yol  kənarında oturan və qonşuları ilə söhbət edən qadınlar olardı .


İdman  ən böyük Sülh elçisidir


 Müharibə olmasa,  bu uşaq canlı canlı tank görmək  təşvişi keçirməzdi bəlkə də.


İdman  ən böyük Sülh elçisidir 


 Bomboş küçələr, daxma binalar... Müharibə olmasaydı, bu küçədə top oynayan uşaqlar olardı.


İdman  ən böyük Sülh elçisidir


Müharibə olmasaydı,  bu  gənclər  indi  bəlkə də Avropadakı yaşıdları kimi evlərində oturub, televiziya başında Playstation oynayırdılar.


İdman  ən böyük Sülh elçisidir 

 

Suriyada davam edən  vətəndaş müharibəsindən bu günə qədər 120.000 artıq insan həyatını itirib. Belə  həyat yurdlarından qaçmaq məcburiyyətində qalan insanlar üçün çox  pərişan oldu.


İdman  ən böyük Sülh elçisidir 

 

 İnsanların yaşayış sahələrinə "Skad” raketləri, vakuum bombaları, , diyircək bombaları  və s  "sınaq” niyyətli daha dəhşətl bombalar  atıldı.

 Bu faciələrə ən çox  məruz qalan suriyalı uşaqlar oldu.


İdman  ən böyük Sülh elçisidir


 Müharibə başlayandan indiyə kimi 3.000.000 insan qaçqın düşdü, Onların 1 milyonu qonşu ölkələrdə sığınacaq axtarmaq  məcburiyyətində qaldı.


İdman  ən böyük Sülh elçisidir

 

  

 Və  ən dəhşətli olan da budur ki, bu  müharibə davam edir.

 
  Heç kim bu mənzərələrə laqeyd  qalmamalı, müharibə əleyhinə  səylər dayandırılmamalı, niyyətlər qapadılmamalıdır. Hər kəs sülhə, əmin-amanlığa öz töhfəsini verməlidir. Sənət və idman xadimləri isə öndə getməlidir.

Qeyd: yazlıda bəzi məlumatlar internet vasitələrindən istifadə ilə təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz