» » Bütün ailələrə çoxlu-çoxlu körpə və nəvə arzulayıram...

Bütün ailələrə çoxlu-çoxlu körpə və nəvə arzulayıram...

Sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də Azərbaycana payız fəsli qədəm qoydu. Bunui qəzetlər , televiziya , internet  xəbər verdi. Novruz  bayramı kimi  qeyd etmədilər. Nar bayramı, alma bayramı keçirsələr də.  Adına , hətta, "Qızıl payız” desələr də.  Payızın gəlməsini  çox istərdim  təntənə ilə qeyd etsinlər, onun üzərindəki etimadsızlığı  birdəfəlik atsınlar.

Səməni göyərdəndə  ürəyimiz  saysız-hesabsız arzu-niyyətlə   dolu olmurmu? Bəs  payızda hasil olur deyə indi onu payızı gözləməyəkmi, göyərmiş görməyəkmi?

 Eynən insan ömrü də belədir.

 Atalar  arzu səmənilərini   "göyərdir”,  dünyaya körpələr gəlir,  ata-analar böyüdür, bəsləyir, sonra evləndirir,  nəvələri doğulur. Bunlar da, adətən,  ömrün payız fəslinə , yəni, bar-bəhər mövsümünə təsadüf edir.  Sevmək üçün də payız fəsli daha münasibdir.  Payız toyları bir başqa  romantika  qatır  sevgi  duyğularına.

Artıq  mən ömrümün   "Qızıl payız”ını yaşayıram.  2 oğlum, 5 nəvəm var. Bu nəvələr  ömrümə bahar  həvəsi  gətirib. Yaşadıqca yaşamaq istəyir  adam.İstəyir böyütsün, oxutsun, toy etsin, gəlin köçürsün, gəlin gətirsin... Bəli, nəvəsinə...

Nənələri deyir ki, sən o vaxta qalacaqsan?  Mən də deyirəm sən qalmayacaqsan,  bu, sənin öz seçimindir, amma mən xatircəm qalıb dünyadan köçə bilmərəm.

Allah qoysa, hamısının gəlinini gətirib, qız nəvələrimi gəlin köçürüb, xeyir-dua verib  sonra öləcəyəm.

Çox olur soruşurlar ki, 2 nəvən ayrı olur, 3 nəvən özünlə. Bu nəvələri hər gün gəzdirirsən.Ən çox da , yəqin, bunları istəyirsən?! Yox..yox!  5 nəvəmin heç birinə digərindən 0, 1 qr fərq qoymadım, qoya  bilmərəm də.Bu, mümkün ola bilən şey də deyil.Əgər  cüzi belə varsa, deməli, yaxşı baba deyiləm. Hamısını  eyni həssaslıq və məsuliyyətlə sevirəm, amma izhar etməkdə bunu özləri  proqramlaşdırır. Hansı hansı  ovqatı yaratsa, izhar da ona uyğun olur.

Bu gün   nəvəm Mərvənin doğum günüdür: 6 yaşı tamam olur.   Ailəmiz üçün çox  fərəhli  günlərdən biridir.  Hamımız bir yerə cəm olacağıq. Mərvənin   bütün əzləri, dostları da olacaq.   

  Dünyaya sülh, uşaqlara isə  təbəssüm, ata-analı günlər arzulayacağıq...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz