» » Laqeydlik az qala peşəyə çevrilsin

Laqeydlik az qala peşəyə çevrilsin

Laqeydlik az qala peşəyə çevrilsin


Çox "Avropa", "İsveç" deyirik. "London”, "Fransa, "Brüssel”, "Bern” deyirik. Bizim Bakı onlardan pisdirmi, yaraşıqsızdırmı, a tövbə. Sadəcə, özümüz məmləkətimizdəki, mənəviyyatımızdakı zaman-zaman mövcud olan gözəlliklərin, mədəniyyətin üstündən saymazyana keçib, avropalılaşmağa, Avropada yaşamağa can atırıq... Gedirik, amma Avropa nizamının bir hissəsi ola bilmirik.
Avropalılar liftə tüpürmürlər, küçəyə tüpürmürlər, qulaqlarını təmizlədikləri pambıqlı çöpü hara gəldi atmırlar. Mətbəx tullantılarını paketlərdə pəncərədən atmırlar, blokun ağzına qoyub getmirlər. Avtobuslara yer oldu-olmadı doluşmurlar, salonda siqaret çəkmirlər.İctimai nəqliyyatı harada gəldi saxlatmırlar, oturacaqları kəsmirlər, uğursuz sevgilərini yazmırlar. Bu şəhərlərdə görməzsən ki, ictimai yerdə kimsə siqaret çəksin və s. Avropalılar içib ağıllarını itirmirlr. Avropalılar şəxsi minik avtomobillərini blok ağzında, piyada səkilərində saxlamırlar. Avropalılar rüşvət vermirlər, rüşvət almırlar. Avropa ölkələrinin heç birində Bakıdakı rabitə şöbələrindəki kimi, evə gətirdikləri və ya elə şöbənin özündə təqdim etdikləri hər sifarişli məktuba görə hansısa bir qəzeti almağa məcbur etmirlər.
Avropalılar öz tarixlərinə və mədəniyyətlərinə çox ehtiramla yanaşırlar.
Mətbuatda maraqlı bir yazı oxumuşdum. Amerikada keçmiş sovetlər ittifaqından gələn mühacirlərə, işləmək üçün gedənlərə. Bu ölkədə belə qanun varmış ki, vətəndaş aldığı avtomobili alıb müəyyən edilmiş bir vaxta kimi işlədib, xoşu gəlməzsə qaytarıb əvəzinə, həmin dəyərdə yenisin ala bilər və yaxud üstünə əlavə edib daha bahalısını ala bilər. Bu, Amerika vətəndaşlarına bir etimaddır, eyni zamanda bu etimadı xidmətə qazandırmaqdır. Amma nair hallarda olurmuş ki, əsl amerikalı aldığı avtomobili bu şəkildə dəyişsin. Belə dəyişmələr getdikcə kütləviləşir və araşdırma nəticəsində məlum olur ki, bu cür alıcıların say tərkibi keçmiş sovetlər ölkəsindən gələn mühacirlər hesabına belə dinamikdir. Sən demə, bu "çoxbilmişlər” hansısa bir avtosalondan istədiyi avtomobili alır, həmin qarantiya müddəti üçün sürür, sonra gedib yenisi ilə dəyişir, daha sonra başqa salondan daha başqasını alır və sonda isə pulunu geri götürür. Deməli, 2-3 il müftə avtomobil idarə edir. Əlbəttə, amerikalılar bunu yaxşı qəbul etmir və bu kimi hallara görə sovetlər ölkəsindən mühacirət edən vətəndşlar Amerika üçün heç də arzyolunan "qonaqlar” deyil.
Mən keçən əsrin 80-ci illərində tələbə olduğum Bakı və bakılıları günümüzdəki Bakı və bakılılrla müqayisə edəndə elə təəsüflənirəm ki. Doğrudur, Azərbaycanda və Bakıda quruculuq işləri, müasir binalar fəxr ediləsidir. Amma pərakəndəlik var, bu şəhərdə yaşayan insanların diqqətsizliyi, qayğısızlığı , çox vaxt da məsuliyyətsizliyi var. Xidmət təşkilatları çox laqeyddirlər. Onlar təmsil olunduqları sahənin öz maraqlarını təmin edən tərəfindən faydalanırlar, amma bu sahənin mövcud olması və davam etməsi üçün heç nə etmirlər. Məsələn, hər birimizin yolu bu qədər idarə və təşkilatlara, tərbiyə və sağlamlıq ocaqlarına düşür. Nümunəvi əraziləri olan idarə və təşkilat, tərbiyə müəssisəsi barmaqla göstəriləcək qədər azdır.
Ərazilərdəki yaşıllıqlar , ağaclar susuzluqdan zülmlə yaşayırlar: quruyub sıradan çıxmaqdadır. Yaşıllıq və kommunal işçiləri isə ancaq mərkəzi yerlərdəki ərazilər xidmət edirlər.
Bakıya belə münasibət bir laqeydlik yaradıb həm idarəçilərdə, həm adi vətəndaşlarda.
İnsanlar əhatəsində yaşadıqları yaşllıqlara çox diqqətsizdirlər, hələ bu azmış kimi, özləri belə ərazilərin qəsdinə dururlar. Blokumuzun qarşısında bu blokda yaşayan insanların vəsaiti və əməyi hesabına səliqə-sahman yaratmışıq, yaşıllıq zolaqları salmışıq, gül-çiçək əkmişik. Bir neçə qonşuk blokalr  da artıq bu təşəbbüsə qoşulub. Di gəl ki, biz bu yaşıllıqlarla, ətrafın təmizliyi ilə bağlı hər gün əsəbilik keçirirk.
Şəklə fikir verin, yerə atılmış bu gül təbii gül deyil: plastik güldür, yol keçən kimsə və ya  blokumuzun hansı  sakinisə onu   yerə  atmışdı. Aşağı düşüb onu kolların birinə bənd etdim, insafən də göz oxşayırdı, kolun üstündə onu seyr edənlərdə xoş bir ovat yaradırdı. Ertəsi gün balkondan baxanda gördüm ki, kimsə qopardıb, yəqin ki, sonradan plastik olduğunu görüb yerə atıb. Onu təkrar bir də yerinə bənd etdim, növbəti gün gördüm ki, yenə qoparılıb və bu dəfə  bir qədər aralı atıblar. Amma bu dəfə onu yerinə qaytarmadım.
 

Laqeydlik az qala peşəyə çevrilsin

  

Laqeydlik az qala peşəyə çevrilsin

 

Laqeydlik az qala peşəyə çevrilsin

İnanmıram ki,  yetkin adam, hansısa yaşlı bir sakin belə hərəkət etsin. İnandırıcı görünəni budur ki, nisbətən balacalar və nisbətən yeniyetmələr belə edə bilər və onlar da edib. Mən cəsarətlə deyirəm: məktəblərdə sovet dövründəki təlim-tərbiyə işlərinin yarısı da bu gün yoxdur. Uşaqlar ictimai yaşayış yerlərində özlərini apara bilmirlər, insanlarla, xüsusən böyüklərlə münasibətləri narahatçılıq doğurur. Çünki məktəblərdə istər təlim prosesində, istərsə də sinifdən və məktəbdənkənar tərbiyə işləri  məzmunlu deyil, formal olaraq aparılır.  Mənə 1-2 məktəb nişan verin ki, məktəbyanı ərazi və ya bağça ərazisi gülzar olsun. Məktəb və bağça rəhbərləri özləri bunun marağında deyil. Məktəbdə , həyatda uşaqların təbiətlə təmasını, ünsiyyətini  qura bilmiriksə,  onları    sabah da  ekologiya qoruyucuları kimi görmək  çətin ki, mümkün olsun.  Bu gün istər məktəbdə, istərsə ailədə   uşaqlar təbiətə xidmət etməyə təşviq edilmir. Acınacaqlı olsa da, bu gün uşaqların  təbiət təsəvvürlərini daha çox internet , televiziya   nizamlayır, həm də kor-karanə.
Bu gün hansısa  bir uşaq və ya  ümumtəhsil məktəbini  bitirmiş hansısa "dəcəl" bir gənc ona adını yazmağı, gələcək  həyata hazırlanmağı  öyrətmiş məktəbin pəncərə  şüşələrini sındırır, əmlakını korlayır.
Şəkildə gördüyünüz məktəbin ətrafı dəmir "reşetka” il hasarlanıb: əraziyə məktəblə hər hansı bir işi olmayanların nəzarətsiz daxil olmaması, məktəb ərazisini maşınların dayanacağına çevrilməməsi, mal-qaranın ərazidəki yaşıllıq və ağaclara toxuna bilməməsi üçün, həm də işbazların bu ərazilərə göz dikə bilməməsi üçün. Amma baxın, bu qalınlıqdakı dəmir lingləri necə əyiblər, həm də əksəriyyətini. Görünür ki, bu, təsadüfi atılan addım deyil, təsadüfən əldən çıxan xəta da deyil.  
İnanmıram da ki, bu "pəhləvanlığı” ətrafdakı binalarda yaşayan insanlar tam yatandan sonra gəlib ediblər. İnanmıram ki, belə hərəkətləri kimsə görməmiş olsun. Bu əraziyə yolu düşən bir təhsil orqanı işçsinin, icra, bələdiyyə nümayəndəsinin, poliş işçisinin gözünə  bu mənzərələr dəyməmiş olsun.

 

Laqeydlik az qala peşəyə çevrilsin

 Sovet dönəmində  "sosialist əmlakı" anlayışı vardı, "ümumxalq mülkiyyəti" anlayışı vardı. bu anlayışlarq qarşı sıravi vətəndaşlar qarşısında da, vəzifəli şxslər qarşısında da məsuliyyət vardı. Onda "məmur"   deyilməzdi kiməsə. Bu kateqoriyadan olan şəxslr  "vəzifəli şəxs", "partiya işçisi", "sovet işçisi", "qulluqçu" kimi tanınırdı və onlar ciddi partiya məsuliyyəti daşıyırdılar.  Onlar insanlar arasında iş aparırdılar, təşkilatlar arasındakı əlaqələr bir-birinin işini tamamlayırdı və  dəstək verirdi. Amma  indi bu əlaqə hiss olunmur. Daha üstün statuslu idarə  tabeçiliyində olan idarəyə  prinsipiallıq göstərə bilmir və yaxud göstərmək istəmir. Hamı bir-birini yola verir. Nəticədə  mövcud  problemlər daha başqa formatda yenidən peyda olur.

  Nə qədər təəsüfləndirici olsa da,  aşağıdakı şəkildə  təqdim etdiyimiz bu  tikili   12 bloklu   binanın sakinlərinin  xeyir-şər  məclisləri  üçün  istifadə etdikləri yer olub.  Baxımsızlıqdan bu günə düşüb. Kimsə onun arxadan   uçub sökülmək üzrə olan yerindən daxil olub  və   bir sıra  əşyalar aparıb. Sakinlərdən  kimsə  də  divara yazıb ki, ay buranı sökən, apardıqlarının xeyrini görməyəsən.
 Gülməli görünsə də, çox utanmalıdır.   Həm sakinlərin  sosial qayğılarını    ödəmək üçün mövcud olan ümumi istifadə yerləri, onların  mövcud görkəmi, həm də  insanların onların özləri üçün nəzərdə tutulan əmlaka və yerlərə münasibəti.

Laqeydlik az qala peşəyə çevrilsin

 Mövcud  MİS idarəlri (JEK-lər)bir qurum olaraq tam fəaliyyətsizdir. Onlar yalnız məişət tullantılarının daşınması və küçə və məhəllələrin  süpürülməsi  işlərini yerinə yetirirlər, onu da  çox başdansovdu. Bələdiyyələrin ancaq adı var. İnsnların rəyi nəzərə alınmır, onların gücündən  istifadə olunmur. Neçə vaxtdır MİS-lərin ləğvi barədə söhbət gedir, amma   bunlar elə söhbət olaraq qalır.  Fakt budur ki, bu gün hansı məhəlləyə üz tutsan, sakinlərlə söhbət etsən,kifayət qədər  problemlər var.  Onları yola vermək yox, həll etmək lazımdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz