» » Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Müəllif: Anaveusaq.az от 1-09-2017, 00:05

Sentyabr ayının ilk iki günü ölkəmizdə Qurban bayramı kimi qeyd olunur.
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.
Nazirlər Kabinetinin "2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.
Bayramı namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.
"Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar", - deyə fətvada qeyd olunur. 

 

Azərbaycanda Qurban bayramı qeyd olunur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Есть в интеренете российский кинофильм Крым. суперский, искренний, нужно глянуть целой семьёй, во источник скачать кинокартину КРЫМ ТУТ

--------------------
  • Нравится
  • 0