» » Ulduzlar sönmür

Ulduzlar sönmür

 
İdeallar ulduzlar kimidir.
Onlara çata bilməzsiniz.
Amma sizə yol göstərirlər.

Emerson

Ulduzlar  sönmür

Aylı gecədə səmanın seyrinə dalsanız, diqqətinizi cəlb edən, öncə, ulduzlar olacaq. Kimsə bu ulduzların sayını bilməz, bir az çətin.

Fəqət, kəhkəşanda 300 milyarda yaxın ulduz olduğu haqqında fikirlər də mövcuddur. Məsələn, 2003-ci ildə Avstraliya Milli Universitetində bir qrup astronomun apardıqları müşahidələr güman etməyə əsas vermişdir ki, kainatda təxminən 70 sekstilyon (70x10 üzəri 22) ulduz vardır.

Amma biz bunların bir neçəsini tanıyırıq, ən parlaqlarını. Dan ulduzunu görəndə səhəri xatırlayırıq. Al üfüqlü, qaynar həyatlı, mehriban günəşli səhəri.

Bütün şüurlu həyatını, elmini, qüvvə və bacarığını xalqının, vətəninin səadəti  naminə həsr edənlər də kəhkəşanın parlaq ulduzları kimidir. Onlar da ürəklərinin odu ilə insanların yolunu, beynini, təfəkkürünü işıqlandırır. Azərbaycan xalqının bu cür Ulduz İnsanlarından biri də Aida xanım İmanquliyevadır.

Bu gün görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür...

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962).Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin həyat yoldaşıdır.
• Birinci xanım Mehriban Əliyevanın anasıdır.
• Görkəmli ictimai xadim Nəsir İmanquliyevin qızıdır.


Ulduzlar  sönmür

Aida xanım Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.
"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.
 

Ulduzlar  sönmür

Ulduzlar  sönmür


Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). Moskva, Bakı, Düşənbə,Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
1992-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.

Ulduzlar  sönmür 


Ulduzlar  sönmür  


Ulduzlar  sönmür  


Ulduzlar  sönmür  

 

Qeyd: Yazıda mənbə kimi  www.mehriban-aliyeva.org və vikipediya məlumatlarından istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 87
  • Məqalələri: 1217
^
Zəngin həyat yolu keçmiş Aida xanım İmanquliyeva 53 illik həyatında dəyərli elmi fəaliyyətlə məşğul olmuş, dünya şərqşünaslıq elminə böyük töhfələr vermişdir. O, Azərbaycanda müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açmış - məktəb yaratmışdır.
Allah rəhmət etsin.

  • Нравится
  • 0