» » Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

 Sinəm üstə qollarımı,

Çarpazlaram aram-aram,

Yana-yana xatırlaram,

Tələbəlik illərimi,

Tələbələr qayıdanda…

 Bu ovqatda  mən də   tələbə adı qazanmaq üçün illərlə mübarizə apardığım 80-ci illəri xatırladım.  O illər  imtahan  vermək indikindən qat-qat çətin idisə də,  istək  bir idi. Hamı həyacan keçirirdi: görən, müsabiqədən keçə biləcəyəmmi?   Bu günlər  ali  təhsil müəssisəlrinə imtahan vermiş gənclərimiz də  eyni  təlaşdadırlar. Hər bir gəncimizə uğur arzulayırıq.  Gənclərimiz sevinməlidirlər ki, indiki qəbul proseslərində    vaxtilə baş vermiş neqativ hallar yoxdur. Əgər şagird məktəb illərində  səylə çalışıbsa, müəyyən bir bazası varsa, hər gün uğuruna xidmət edibsə-çalışıbsa, o, hökmən  qarşısına qoyduğu hədəfə çatacaqdır.  Həyat belədir : mübarizəni sevir,  nailiyyət olaraq da  qələbə nəsib edir, arzuya qovuşdurur.

 Son günlər hansı informasiya vasitəsinə üz tutsaq,  orada   qəbul imtahanları, yüksək bal toplayan abituriyentlər haqqında bu və ya digər məlumatlara rast gəlirik. Elə bir şəxs tapmaq olmaz ki, onun övladı, qohumu  və yaxud tanışı  imtahan nəticəsi gözləməmiş olsun.

 Mübarizlər, əlbəttə ki, sevinəcəklər, arzularına qovuşacaqlar.

Mən  700 bal toplamış gənclərimiz haqqında -  Abdulla Əsgərzadə, Eldar Əfəndiyev, Səbinə İsmayılova, Arzu Məmmədzadə, Cavad Əliyev, Pərvin Əhmədova, İlhamə Hüseynova və bilik yarışında 700 bal toplamış  bütün abituriyentlər,  eləcə də 600 baldan yuxarı bal toplamış hər bir abituriyentimizə rəğmən  bir neçə söz demək istəyirəm,  onlar əsl  bilik qəhrəmanlarıdırlar.

 Onların hər biri  bir çiçəkdir: Azərbaycan üçün açacaq, vətənimizi gül-çiçək ətrinə bürüyəcəklər.

 Artıq  inkişafın  o səviyyəsinə gəlib çatmışıq ki, indi hər hansı  bir ölkənin  gücü-qüdrəti, deyildiyi kimi,  onun "əl-qolla deyil, başla işləyən hissəsindən”asılı olacaqdır. Ona görə də  dövlətimiz, Ölkə başçısı, bütövlükdə xalqımız  intellectual gənclərə böyük ümidlər və etimad bəsləyir.

Əziz gənclər! Qazandığınız nailiyyətlər hər birimizin sevincidir.  Sizi ürəkdən təbrik edirik. Səsinizi-sorağınızı  hər zaman gözləyəcəyik.

Siz  uğur yoluna çıxmısınız, bu yolu gedə biləcəyinizə vəsiqə qazanmısınız. Əslində, karyera yolunuz indi başlayır. Arxayınlaşmaq olmaz.  Öz üzrinizdə səylə çalışmalısınız, elmi biliklərə yiyələnməlisiniz, xarici dil öyrənməlisiniz, həmçinin internet texnologiyalarını, bir sözlə, uğularınızı daha da inkişaf etdirməlisiniz.

Nə qədər gəncsiniz, sərbəstsiniz, bunlara yiyələnin.

 Bunların əldə edilməsi, qazanılması üçün  zəmin, şərait elə  bu yaşlardadır. Keçici hisslərə, avtomobilə, əyləncəyə təslim olmayın.

 Siz artıq həyat, inkişaf, milli maraqlar, xalq səadəti kimi bəşəri ideallar barəsində müəyyən anlayışlara maliksiniz.  Bütün qüvvə və bacarığınızı bu təntənəyə həsr etməlisiniz…

Sizə uğurlar!  

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz

Siz Vətənin çiçəklərisiniz
 

Siz Vətənin çiçəklərisiniz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz