» » Pərvin Səfərova göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

Pərvin Səfərova göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

 


"Qoyun otararkən mahnı oxudu, fenomen oldu - Qəbul imtahansız kollecə götürüləcək”.
Bu xəbəri sosial şəbəkələrdən birindən oxudum.
Neftçalanın Qaçaqkənd kəndində yaşayan Pərvin Səfərov fərdi təsərrüfatında qoyunçuluqla məşğul imiş. Hər gün qoyunları otlağa buraxıb öyrəndiyi-bildiyi mahnıları zümzümə edirmiş. Ətraf kəndlərdə, rayonda onun səsini eşidənlər Pərvinin səsinə valeh qalırlarmış. Təəssüf etsələr də, amma hər kəs rəyində arzu edirmiş ki, kaş bu səsə sahib çıxan tapıla, onu musiqi sahəsinə - ifaçılığa cəlb edələr.
Xeyir-dualar nəticəsiz qalmayıb. Sosial şəbəkələrdə Pərvin haqqında yazılanlardan , nəhayət, aidiyyəti qurumlar xəbər tutublar. Pərvin Mədəniyyət və Turizm Nazirliyinin qayğısı nəticəsində yaşadığı kəndin mədəniyyət evində işə götürülüb. Bu yaxınlarda isə onun səs tembrini yoxlamaq üçün Bakıya dəvət edirlər. Böyük sənətkarlar qarşısında çıxış edən Pərvin daha böyük bir etimada layiq görülüb.

Pərvin Səfərova  göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

Yoxlama komissiyası belə qərara gəlib ki, Pərvin Səfərovun imtahansız olaraq Milli Kanservatoriyanın tərkibində fəaliyyət göstərən Musiqi Kollecində təhsil ala bilməsi üçün ən tez zamanda Dövlət İmtahan Mərkəzinə müraciət edilsin. Əlbəttə ki, dövlətimizin bir prioriteti belədir, istedadlı gənclərə qayğı ənənəsi çoxdan var, Ümummilli liderin yaratdığı bu strategiyanı Cənab İlham Əliyev uğurla davam etdirir.
Jurnalımıza mövzular hazırlamaq üçün ölkəmizin həyatında baş verən hər bir yeniliyi hər gün izləyirəm.
Pərvin haqqında oxuduğum xəbəri, eləcə də bu cür bütün xəbərlər üçün, əlbəttə,sevinirəm və təbii də qəbul edirəm.
Qulaqlarımız "adamı yoxdur , pulu yoxdur, kimdir onu irəli çəkən”, "qəssab oğlu elə qəssab da olmalıdır” və s. bu kimi tənəli sözlər o qədər eşidib ki. Olsun ki, belələri də var. Amma həmin o belələri sənət yollarında heç vaxt irəli gedə bilməz, auditoriya yarada bilməz, sevilə bilməz. Siz də yəqin fərqindəsiniz ki, insanlar muğam müsabiqəsini necə səbirsizliklə gözləyirlər, hətta, ölkəmizdən kənarda da böyük maraqla izləyirlər. İstedadlar da məsuliyyətli olur, auditoriya da.
Sankt-Peterburqda yaşayan bir həmyerlimizin hər dəfə muğam musabiqəsinin təqdimat mərasimindən sonra feysbuk səhifəsində paylaşdıqlarına hələ bir baxın:
" Аlmaxanim, vəssalam!!!! Əhsən!!!!”, "Türkan neynir, a başınıza dönüm!? Belə "Segah” olar? Saatda 120-nən oxuyur, bax! Heyf o "Segah”dan!”, "Canımız Təbrizin yetişdirməsi saatbasaat ustalaşır, maşallah! Gözəl oxuyur! Əlaaaa!!!!”, "Şairin qizina da söz ola bilməz! Usta oxuyur!”, "Mirəli gözəl "Çahargah” oxudu: Mayənı də, "Bəstənigar”i da! Təsnif isə super!!!”
Yəni, incəsənət, musiqi elə bir fəaliyyət sahəsidir ki, burada istedad mütləqdir. Arxa, "dayı” müğənninin, idmançının yerinə səhnəyə və ya rinqə çıxa bilməz ki.
"Muğam televiziya müsabiqəsi” 2005-ci ildən bu vaxta qədər keçirilməkdədir. Böyük bir heyət uzun zaman regionlarımızdakı istedadları tapıb üzə çıxarıb, paytaxta gətirib böyük sənət yoluna çıxarıb, ardınca su səpib.
Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, Təyyar Bayramov, Qoçaq Əsgərov, Elnur Zeynalov, Elşad Aydınoğlu, Pərvaz İbrahimli, Zülfiyyə Məmmədova, Aytən Məhərrəmova, Bəyimxanım Mirzəyeva, Gülnar İsayeva, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova, Elnarə Abdullayeva, Kəmalə Nəbiyeva, Mustafa Mustafayev, Elməddin İbrahimov, Səbinə Ərəbli, Nigar Şabanova,Mirələm Mirələmov, Məmməd Nəcəfov, Ariz Hüseynov, Nisbət Sədrayeva, Məhəbbət Səfərov , Sədəf Budaqova və daha neçə istedadlı gəncimiz bu müsabiqə vasitəsilə böyük sənətə zəmanət aldılar. Bunlar hamısı böyük zəhmətvə maliyyə vəsaiti bahasına baş tutub. Bu, ölkə başçıısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun, Mədəniyyət Dostları Fondunun, Mehriban Xanım Əliyevanın Azərbaycan gəncliyinə böyük qayğısı demək deyilmi?

Pərvin Səfərova  göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

Pərvin Səfərova  göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

İdman sahəsində də belədir. Ölkə başçımız mötəbər yarışların hər birində iştirak edir. Təsəvvür edin, güləş döşəyində gərgin mübarizə gedir, güləşçimiz görüşlər arasındakı fasiləlrdə Prezidentin onu izlədiyni görür. İdmançımız qalib gələndə Prezident də sevincdən ayağa qalxır. Bunları rəhbərlik keyfiyyətləri ilə nə qədər bağlasaq da, bu keyfiyyətin özü qədər də milli təəssübkeşlik var, canıyananlıq var, psixoloji-mənəvi dəstək olmaq var.
 

Pərvin Səfərova  göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

Bu diqqət və qayğı hələ Ümummilli liderin dövründən başlayıb. Keçən əsrin 70- 80-ci illərində SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın zəruri ehtiyac duyulan 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almış, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdı. Bunlar hamısı Heydər Əliyevin qayğısı və şəxsi nüfuzu sahəsində baş verirdi.
Bu gün dünyanın ən nəhəng konsert salonlarında uğurla çıxış edən, xalqımızın adına qibtə və ehtirm qazandıran 28 yaşlı skripkaçı Nəzrin Rəşidova hələ 6 yaşında olarkən bu qayğı və diqqət ona da nəsib olmuşdur. Heydər Əliyev 1994-cü ildə Misir Ərəb Respublikasında səfərdə olarkən 6 yaşlı skripkaçının romansını dinləmiş və bağrına basaraq demişdir: "İnanıram ki, gələcəyin aydın, uğurlarla zəngin olacaq".
Nəzrin bu xeyir-duya layiq ad-san qazanıb və həmişə bu amili karyerasında önə çəkib:
"İstər səfirliyimizin, istərsə də musiqiçilərin mənə göstərdiyi qayğının kökündə ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti dayanır. Mən bütün uğurlarımda Mehriban xanımın ardıcıl köməyini hiss etmişəm. Bu böyük qəlbli və həssas insanın sayəsində mənim vətənlə əlaqəm qırılmır. Mehriban xanım Əliyevaya, eləcə də bütün xalqıma minnətdaram".

Pərvin Səfərova  göstərilən qayğı ümumilikdə gəncliyə göstərilən diqqətdir

 

Bütün bunları öyrəndikcə, eşidib bildikcə fikirləşirəm ki, bizim gələcəyimiz, iqtisadi, siyasi və mədəni sahələrdəki bütün uğurlarımız təhsillə, elmlə, mədəni inkişafla bağlıdır, gənclərimizlə bağlıdır. Gənclərimiz
unutmamalıdırlar ki, hər bir istedad sahibinə bu inam və etimadla yanaşılır və yanaşılacaqdır. Gənclər isə bu etimada layiq böyüməli, çalışmalı, onlara bəslənilən ümidləri doğrultmalıdırlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz