"İlan vuran yatmış, ac qalan yata bilməmiş"
Müəllif: Akif Əhmədov от 4-02-2017, 00:25
"İlan vuran yatmış, ac qalan yata bilməmiş". Bu, bir el qənaətidir. İxtiyar qocalarımız, ağbirçək nənələrimiz demək istəyir ki, çörək həyatımız üçün bu qədər
zəruri qidadır. ilan vuran, baxmayaraq ki, ciddi xəsarət alıb, o da yata bilər, sakitləşə bilər, amma ac uşaq qarnı doymayınca yatmaz.
bu barədə nə qədər deyilsə də, yazılsa da, nənə-babalarımızın qənaətlərinə əhəmiyyət vermirik. Hər gün həyatda çörəyə qarşı edilən nankorluğun şahidi oluruq.
Bir qədər mərkəzdən aralı rayonlarda elə bir həyət, məhəllə tapammazsan ki, hər binanın qarşısında məişət tullantıları üçün ayrılmış ərazidə nəinki çörək qırıntıları, hətta bütöv çörəklərə rast gəlməyəsən.
Çörək bütün nemətlərin ən dəyərlisi, di gəl şüuru, dərrakəsi olan həmcinsimiz onu zibilliyə atır. Təqdim etdiyim şəkillərin son 7-si bizim məhəllədə qarşılaşdığım mənzərələrdir, özü də hər gün. Deməli, uşaqlı-böyüklü hamımız çörəyə qarşı hörmətsiz münasibət bəsləyirik. Deməli, məktəblərimizdə uşaqlara çörəklə bağlı öyrədilənlər bir dərs məlumatından başqa bir şey deyilmiş. Belə olmasaydı, məktəbli uşaq çörəyi atmaq üçün zibilliyə gətirməzdi.
Televiziya, kütləvi informasiya vasitələri heç bir mahiyyət kəsb etməyən şou mövzularından yox, çörək dəyərlərindən, çörəyə qarşı naşükürlük edənlərdən yazsınlar.
Dünyada əbədi sərvət yoxdur, hər nemət tükənə bilər. Amma qoruya bilsək, ehtiram bəsləyə bilsək, həmişə istifadə edə bilərik.
Bu qədər deyilir, yazılır, amma çörəyə qarşı nankorluq edənlər heç nəticə çıxarmırlar. Bu vəziyyətə hansısa bir ciddi qanun, nəzarət mexanizmi yaradılmalıdırmı? Əlbəttə ki, yox. Ən təsirli mexanizm hər kəsin ürəyindən keçir. Hər kəs, özü, uşaqları çörək atmasa belə, belə hallara qarşı barışmaz olmalıdır.
Oxşar postlar:
- Oxunub: 2 264
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar