» » “ Ana və Uşaq” haqqında

“ Ana və Uşaq” haqqında

 

“ Ana və Uşaq”    haqqında

" Ana və Uşaq” onlayn jurnalı hələ qəzet kimi 2005-ci ilin aprel ayından  fəaliiyətə başlayıb. 5 il bundan qabaq- yanvarın 31-dən isə  fəaliyyətini elektron formada davam etdirir.
Azərbaycanda onlayn medianın özünün yaşı da gəncdir: 23 yaş. Bu mənada " Ana və Uşaq” onlayn jurnalını yenimetmə hesab etməsək də, körpə də hesab etmirik. Əslində,  O vaxt bir neçə illik fəaliyyətdən sonra maliyyə çətinliyindən qəzetin nəşrini dayandırmışıq. 2014-cü ildən isə biz əvvəlcə mətbu fəaliyyətimizi sayt , 2016-cı ilin iyun ayından isə qəzetin elektron variantı kimi davam etdiririk. Bu gün onlayn jurnal formasında yayımlanmağımız, yəni nəşr formasının dəyişdirilməsi Ədliyyə Nazirliyi ilə razılaşdırılıb.
Sayt kimi fəaliyyət göstərəndə istifadəçilərimizin sayı 2 mini keçmişdi, gündəlik ziyarət edən istifadəçilərin sayı isə 1200-1500 arası olurdu.
Biz reytinq dalınca qaçmadıq, istifadçi sayı artırmaq hədəfimiz deyildi. Qarşımıza ana və uşaqlar haqqında didaktik yazılar paylaşmaq, xalqımızın taleyində rolu və yeri olan qadınlar, habelə mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz, adət-ənənələrimiz, əlamətdar gün və bayramlarımız haqqında maraqlı yazılar dərc etmək məqsədi qoymuşduq.
Qadınlar saytda evdarlıq və analıq təcrübələrini paylaşırdılar. Uşaqlarla bağlı tərbiyəvi-əxlaqi məzmunlu yazılar verirdik. Və sair. Ən əsası isə, saytımız vasitəsilə evdar qadınlar fəal həyatla bağlanırdılar, qadın rəfiqələri ilə ünsiyyət qurur, intellektual səviyyələrini artırırdılar. Xaricdə yaşayan həmvətənlərimiz Ana və Uşaq.az vasitəsi ilə Azərbaycanla, dilimiz, ədəbiyyatımız və mədəniyyətimizlə bağlılıqlarını yaşadırdılar. Bütün bunları kiçik bir heyətlə, həm də könüllülük əsasında görmüşük. Bu fəaliyyətlərdə kimlərin əməyi olubsa, "Ana və Uşaq” adından təşəkkürümü bildirirəm: Sevinc xanıma, Səadət xanıma, Gülarə xanıma, Esmira xanıma, Leyla xanıma, Nigar xanıma və digər fəal istifadəçilərimizə.
Fəqət, bu illərdə çox çətinliklərlə üz-üzə qaldıq. Ən böyük çətinliklərimiz bir çox istifadəçilərin bütün hərfləri böyük şriftlə yazması, , "ə”-ni "e”, "ö”-nü "o”, "ş”ni "sh” və s kimi yazması idi.
Digər bir çətinlik yazılan şərhlərlə bağlı idi.


 

“ Ana və Uşaq”    haqqında

 

 

"Təşəkkür edirəm”, "maraqlı idi”, "atdım seçilmişlərə”, "tsk” kimi qısa çat söbətləri. Əlbəttə ki, heç vaxt bunlara yol vermədik. Hədəfimiz bu idi ki, ana dilimizin qayda-qanunlarına məsuliyyət və ehtiramla yanaşmalıyıq. Şərhlər məzmunlu olmalıdır və mövzunu əhatə etməlidir. Etiraz edənlər az deyildi. Biz istifadəçiləri itirmək seçimi qarşısında qalanda da, prinsiplərimizdən geri çəkilmədik. Kim nə istəsəydi, necə istəsəydi yazmasına məhəl qoymasa idik, istifadəçi sayımız bir neçə dəfə indikindən çox olardı.
Bir çox saytlar üçün ənənəvi yol olan məzmunsuz, şit yazılar, şəkillər, kim boşandı, kim maşın aldı kimi yazılara "yox” dedik. Biz belə yazıları kimsədən də pis verməzdik. Amma biz o yolu seçdik ki, saytımız istər mövzu və məzmun baxımından, istərsə də tərbiyəvi-əxlaqi yönümünə görə bura yolu düşən hər kəsin rəğbətini qazansın.
Hesab edirəm ki, ideal şəkildə olmasa da, buna nail olurduq. Eyni zamanda bu fəaliyyəti Fasebook səhifəsində də davam etdirdik.
Saytda gedən yazılar heç vaxt ləngimədi, sayı azalmadı. Çox vaxt bütün işləri özümüz gördük. Texniki məsələlərdən tutmuş, bölmələr üzrə yazılar hazırlayıb redaktə etmək, mövzuya uyğun şəkillər seçmək, onları sayta yerləşdirmək və s. hamısını 2-3 nəfərlə ərsəyə gətirdik. Fasebook səhifəmizi 2200-dən artıq istifadəçi bəyənib. Amma izləyici axını hər zaman artmaqdadır. Yeganə problem istifadəçilrimizin hər hansı yazıya fikir bildirməməsidir.
Məsələn, bu yazını (http://anaveusaq.az//1246-dushuncelerim-yazi.html ) 162 nəfər izləyib: ailə, sevgi, vəfa mövzusunda bir yazıdır. Heç ola bilməz ki, 162 nəfərdən kiminsə fikri olmasın. Axı bu cür paylaşmalar fikir, müzakirə tələb edir. Əgər qarşılıqlı əlaqə yoxdursa, qızğın müzakirə, mübahisə yoxdursa, bunlar müəllifi, ümumilikdə hamımızı ruhdan salır. İnamlı axtarışlar, yeniliklər istənilən səviyyədə olmur. Doğrudur. Yuxarıda qeyd etdiyim kimi izləyici axını hər zaman olub, indi də var, amma hamı gəlib oxuyub çıxıb gedir. Belə olmamalıdır. Biz saytımız üçün qızğın diskussiyalar arzulamışıq, təəssüf ki, bu, yoxdur. Uşaqlar üçün məntiqli test çalışmaları verirdik , 1 adam münasibət bildirmədi.
Oxucu fəallığı məsuliyyət deməkdir, keyfiyyətə çağırış deməkdir. Bunları yazmaqda məqsədim müraciət deyil, giley də deyil, sadəcə, saytdan jurnal formasına keçməyimizin səbəbini bildirmək idi. Jurnalda saytlardakı kimi şərh yazmalara o qədər də ehtiyac yoxdur. Müəyyən yazılara arzu edənlər fikir bildirə bilərlər, bildirməzlərsə də, yazını izləmə sayına görə də mövzunun keyfiyyətini dəyərləndirə bilərik.
Biz bu gün heç bir maddi vəsaitə malik deyilik, həvəskar bir heyətlə (2-3 nəfərlik) fəaliyyətimizi davam etdirirk. Həm jurnalın profilinə uyğun yazılar veririk, həm də mühüm xəbərləri veririk. Xəbərləri AZƏRTAC-dan mənbə göstərilməklə veririk.
Bunlar olduqca ciddi məsələlərdir. Siz saytları izləyirsinizsə, rast gəlməmiş olmazsınız: bir çox informasiya portalları bu gün bir xəbər verirlər, səhəri gün təkzib edirlər və ya yanlışlıqlarını mövcud həqiqətə yaxınlaşdırırlar. Azərbaycanın əksər rayonlarında bizim də tanışlar var. Orada baş verən hadisələri telefonla öyrənib biz də xəbər yaya bilərik. Amma xəbər nə qədər operativdirsə, o qədər də dəqiq olmalıdır. İctimaiyyəti yanlış mövqeyə istiqamətləndirə bilər. Odur ki, etibarlı mənbə olaraq AZƏRTAC xəbərlərini təqdim edirik.
Heç bir iş başlanğıcda asan olmur, zirvə üçün müəyyən yol getmək lazımdır. Böyük hədəflərimiz olmasa da, malik olduğumuz hədəfə öz dəsti-xəttimizlə davam edəcəyik. 

“ Ana və Uşaq”    haqqında

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz