» » Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

 Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 Payız fəslinə bəzən " qış ayının xəbərçisi”də deyilir. Bu fəsildə bir qədər də əvvəldən başlayan dəyişikliklər getdikcə daha aydın hiss edilir: havalar yavaş-yavaş soyuyur, təbiətin  yamyaşıl gözəllikləri tədricən solmağa, ağacların  yarpaqları tökülməyə başlayır.

Bu, payızın  yaratdığı ilkin təəssüratlardır. Amma payız fəslinin çöx böyük özəllikləri də var ki, insanlar buna görə ona həm də  "qızıl payız” da deyirlər. Çünki torpağın bar-bəhəri məhz bu mövsümdə hasil olur, məhz payız fəsli yurdumuza, süfrələrimizə bolluq təminatı gətirir. El-obalarımızda düzənlənən toy şənlikləri də daha çox bu fəslə təsdüf edir. Fəsillərdən danışarkən, bir məsələni də qeyd etmək lazımdır: insanların ayrı-ayrı  fəsillərə olan münasibəti heç də eyni deyildir. Bəzi insanlar, həm də bunlar böyük əksəriyyətdir, baharı daha çox gözləyirlər, gələndə heç getməsini də istəmirlər. Bəziləri yay aylarını bəyənirlər. Onlar məzuniyyətlərini də ancaq yay aylarında keçirirlər. Dəniz mövsümü də, əsasən, bu fəslə təsadüf edir. Doğrudur, payız, qış fəsillərinin də yolunu gözləyənlər var, amma bu insanların sayı baharı, yayı sevənlərə nisbətdə azdır. Bu fərqliliyin müəyyən səbəbləri olsa da,  hər fəslin həyatımızda öz yeri vardır. Fəsillərin öz aralarında da müəyyən  bir qanunauyğunluq vardır:  hər fəsil özündən sonrakı fəslin inkişafını tamamlayır. Ona görə də insanlar  fəsillər arasında fərq qoymamalı, onlar arasındakı təbii nizamı  dərk etməli, hər fəslin  çətinlikləri kimi,  gözəlliklərini doğru dəyərləndirməli,   payızı,  qışı da baharı, və yayı eyni  ehtiyacla gözləməlidir. 

Yaxşı olar ki, insanların təbiəti dərk etməsinə, gələcəkdə doğru-dürüst qiymətləndirməsinə hələ bağça-məktəb yaşlarından başlanılsın, həm də kitab məlumatı kimi deyil, həyat məlumatı kimi. 


Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım 

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Təbiət bizim həyat qaynağımızdır, özü də ən etibarlı və keyfiyyətli. Udduğumuz hava, içdiyimiz su, qidalandığımız hər cürə qida, qoynunda şirin yuxuya daldığımız torpaq təbiətə məxsusdur. İnsanlar təbiət haqqında nə qədər dərin biliklərə malik olsalar, qədirşünaslıq duyğuları da o qədər mükəmməl olacaqdır.

Bu gün dünyada yaşanan 5 ən böyük problemdən (qlobal istiləşmə, aclıq, müharibə, təbi fəlakətlər, iqtisadi problemlər) ikisinin təbətlə bağlı olması, bu amilin ciddiliyindən xəbər verir.

Ekoloji problemlər həyat səviyyəsini keyfiyyətsiz etməklə bərabər, həm də insanları daim vahimə içərisində saxlayır. Yaranmış vəziyyət insanları təbiətdən qisas almağa yox, təbiətlə ünsiyyətə, işbirliyinə, sevgiyə çağırır. Təəssüf ki, bu gün belə ünsiyyət ürəkaçan deyil.

Daha pisi odur ki, uşaqların, bu, şəhərlərdə, xüsusən, narahatlıq doğurur, təbiətlə təmasları yox dərəcəsindədir və yaxyd passivdir.

Uşaqların zehni, ruhi və fiziki inkişafları üçün isə təbiət vacibdir, həyati əhəmiyyət daşıyır. Belə təmas həm də uşaqların sağlamlığı deməkdir. Valideynlər təbiətin uşaqlara faydalarını dəyərləndirərək övladlarının təbiətlə təması üçün özlərində bir borc, məsuliyyət hiss etməlidirlər. Valideynlər onu da bilməlidirlər ki, uşaqların təbiətə olan ehtiyacı qədər, təbiətin də onlara ehtiyacı var. Təbiət uşaqları bəsləyib böyütdüyü kimi, bunun qarşılığı olaraq uşaqlar da təbiətə qayğı göstərməli, onun başı üstünü almış təhlükələrin dəf edilməsində fəal mübarizlərə çevrilməlidirlər. Bu mənəvi borc isə uşaqları təbiətə yaxınlaşdırmaqla ödənilə bilər.

Bilmək lazımdır ki, təbiətin qoynunda olub xallı kəpənəyi seyr etmək, bulağın gözündən əyilib su içmək, ağacdan bir alma dərmək, bir gülü budağından üzmək, örüşdən qayıdan qoyun-quzunun qarşısına çıxmaq, ları toyuğun yumurtasını hindən götürmək və s. uşaqlar üçün daha məzmunlu bir təhsil mühiti olur.

Amma təbiəti dərk etməyən, gülün-çiçəyin dilini bilməyən, təbiətin yeməlisini-zərərlisini tanımayan, təhlükəlisini-faydalısını seçə bilməyən, adicə fizioloji təlabat olaraq hava udan, su içən, çiyələk yeyən, dənizdə çimən bir uşaq bütün bunların fərqində deyilsə, bütün bunlarla bağlı yetərli bilgilərə malik deyilsə, gələcəkdə onlardan qlobal istiləşməyə, ətraf və təbiətin çirklənməsinə qarşı fəal mübariz olmağı gözləmək məntiqsizdir. Təbiəti tanımayan, bilməyən uşaq nəsli tükənməkdə olan heyvan və bitkilər üçün necə narahat ola bilər?

Bəs onda gələcəkdə insanlığa, həyata son qoya biləcək ekoloji problemləri kim yox edəcək? Bu mənada, uşaqlara təbiəti tanıtmaqla, sevdirməklə biz Təbiət +İnsan, İnsan+Təbiət ünsiyyətinə xidmət edirik.

Bu ünsiyyət, əvvəldə qeyd etdiyimiz kimi, ailədən başlamalıdır, bağçadan başlamalıdır, məktəbdə və cəmiyyətdə davam etdirilməlidir. Ailə və məktəb bu işdə biri digərini qarşılıqlı olaraq tamamlamalıdır. Bu fəaliyyətlər təkcə dərs prosesində verilən biliklərlə yox, həm də gəzinti, ekskursiya və sair müxtəlif mədəni-kütləvi tədbirlərlə daim zənginləşdirilməlidir.

Yaxşı ki, bu mühüm məsələni arzu olunan səviyyədə dəyərləndirən, onu əməli fəaliyyətinə çevirən məktəb və müəllimlərimiz də var və biz belə bir nümunə ilə Xətai rayon 24 saylı tam orta məktəbində rastlaşdıq.

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

Haşiyə: 

Nəvəm bu il birinci sinfə gedirdi. İlk baba sevincini dadmaq payım vardı deyə, nəvəmin əlindən tutub məktəbə özüm apardım. Bilik günü olduğundan rəhbərlik bir qrup valideynə həm də məktəbin ilk dərs gününə və yeni dərs ilinə hazırlıq vəziyyəti ilə tanış olmaq üçün siniflərə daxil olmaq imkanı yaratmışdı.Səliqə-səhmanla müşayiət olunan dəhlizlə irəliləyib, I b sinfinə daxil olduq. Qısa vaxtda sinfin qapısından, döşməsindən, pəncərəsindən tutmuş divarlarına kimi, hər yeri diqqətdən keçirdim. Doğrusu, sinfə daxil olana kimi, bu cürə rahat, geniş, işıqlı müasir sinif otağı ilə rastlaşacağımı düşünmürdüm. Sinif otağında hər şey şagirdlərin yaş və psixologiyasına uyğun tərtib olunmalı, pedaqoji və didaktiyönümlü olmalıdır. Burada da belə idi və biz valideynlər hamımız gördüklərimizdən məmnun idik. Həmin vaxt beynimdə görkəmli pedaqoq Suxomlinskinin məşhur bir fikrini dolandırırdım: "Ürəyimi uşaqlara verirəm”. I b sinfində də hər şey sanki bu sinifdə dərs deyəcək müəllimin ürəyini uşaqlara verə biləcəyindən şəhadət verirdi. Bu müəllim Günay Dadaşovadır.

İkinci belə təəssüratım isə I b sinfində "Qızıl payızmövzusunda keçirilən tədbirlə bağlı yaranmışdı. Bəri başdan deyim ki, tədbir payızın son günlərinə təsadüf edirdi və nəvəm bu tədbirin təəssüratını evimizdə tədbirdən öncə də - sonra da yaratmışdı. O, evdə tədbirə hazırlaşdıqca, tədbirin bütün detallarını özlüyümdə müşahidə edirdim: adından tutmuş, proqramın məzmununa kimi.

Səmra balam tədbirləri olan günə kimi, hər gün babasının ağ kağızlarından götürüb ağac, yarpaq şəkilləri çəkirdi. Uşaq təxəyyülü ilə bu yarpaqları, ağacları rəngləyirdi. Həyətdən müxtəlif yapaqlar gətirib hansı ağaca məxsus olduğu ilə maraqlanırdı. Məndən, nənəsindən payız haqqında atalar sözləri, tapmacalar soruşurdu . İstər çəkdiyi yarpaq və ağac şəkilllərində, istərsə də həyətdən yığıb gətirdiyi müxtəlif yarpaqlarda adamı heyran qoyan və duyğularını rahatlaşdıran sarı, qırmızı və yaşıl  tonlara həssaslığı məni sevindirməyə bilməzdi.

Tədbirdən çəkilmiş şəkilləri evdə qarşıma qoyub, baş verənləri birbəbir soruşdum. Səmra özü "Turp” nağılı səhnəciyində nənə obrazını canlandırmışdı. Dostlarının payız haqqında söylədiyi fikirlər, tapmacalar, şeir parçaları maraqlı olmaqla bərabər , həm də ərtaf aləmlə, təbiətlə tanışlıq baxımından uğurla seçilmişdi. Müəyyən səbəbdən tədbirdə iştirak edə bilməsək də, tədbiri əks etdirən şəkillərlə, eləcə də nəvəmin tədbirdən sonra evimizdə söylədikləri ilə , həm də  təkrar-təkrar,  hamımızda tədbir haqqında tam təəssürat yaratmışdı.

Əlbəttə, bu yaşda olan uşaqlara təbiət, eləcə də payız haqqında hər bilgini vermək olmaz. Məqsəd təbiətlə, torpaqla ilkin tanışlıq, ağacların, bitkilərin bu fəsillərdəki görkəmi, xüsusiyyətləri ilə uşaqları tanış etmək, daha yuxarı siniflərdə öyrənəcəkləri ilə vəsilə yaratmaqdır.

Belə tədbirlər vətənə, təbiəttə, torpağa pərvanə olmağa balaca qəlblərə işartı salır. Belə tədbirlər şagirdlərin söz ehriyatlarını zənginləşdirir. Zəhmətə, əmək adamına qayğı, ehtiram bəslləmək borcu yaradır, vətən, torpaq üçün fəxarət duyğusu formalaşdırır.

 

Ümid edirəm ki, Səmra da, sinifdəki digər uşaqlar da Günay müəllimənin onların maraq dünyasında oyatdığı təbiət, torpaq duyğularından heç zaman ayrıla bilməyəcək, ana təbiətə və torpağa hər zaman sevgi və qayğı ilə yanaşacaqlar. 


Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

 

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

  

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

 

Davamı olaraq: Elə həmin tədbirin təsiridir ki, bu yaxınlarda Qubada olanda Səmra telefon açmışdı ki, baba, mənə Qubadan dovşan gətir. Bu qarda onlar orada üşüyər. Gətirdim və indi hər gün Səmra dovşana kələm, turp verdikcə, mən də seyr edib zövq alıram. Uşaqların gözəllik duyğuları, mərhəmət hissləri qaynayan dünyamız üçün məhək daşı ola bilər. "Qan-qan” düşünən başlar, raketlərin düymələrini basmağa tuşlanan barmaqlar uşaq məsumluğu qarşısında dəyişə bilər. 

  

Uşaqlara təbiəti necə sevdirməli və ya Xətai rayonunun 24 saylı tam orta məktəbində keçirilən “Qızıl payız” tədbiri ilə bağlı təəssüratlarım

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz