» » "Böyük dayaq" bədii filmi

"Böyük dayaq" bədii filmi


"Böyük dayaq" bədii filmi

Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini - Rüstəm kişini görmək qismət olmadı.

"Böyük dayaq" bədii filmi

 

Rollarda:
Ələsgər Ələkbərov-Rüstəm kişi
Tamilla Rüstəmova-Maya
Həsən Məmmədov-Qaraş
Leyla Rzayeva-Səkinə
Zemfira Əliyeva-Pərşan
Nəsibə Zeynalova-Telli
Məmmədrza Şeyxzamanov-Şərəfoğlu
Hacımurad Yegizarov- Şirzad
Böyükağa Kazımov- Nəcəf
Ağa Məmmədov- Kələntər
Firudin Mehdiyev- Salman
İbrahim İsfahanlı- Yarməmməd
Qədirağa Əzimov- Lal Hüseyn
Elmira Yadigarova- Naznaz
Rafiq Tağıyev-Çoban Kərəm
İsmayıl Dağıstanlı- Kərəmoğlu
M. Ələkbərova- Zeynəb
Əli Qurbanov- Çoban baba
Məmmədsadıq Nuriyev-kababçı
Bahadur Əliyev-komsomolçu
Ələkbər Hüseynzadə-kəndli
Əliheydər Həsənzadə-iclas iştirakçısı
N. Məmmədova- Qızyetər

"Böyük dayaq" bədii filmi

"Böyük dayaq" bədii filmi

"Böyük dayaq" bədii filmi

"Böyük dayaq" bədii filmi

 


Mənbə:Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Зочин

  • 4 may 2018 13:00
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Точные копии швейцарских часов Rolex в интернет магазине smdwatch.com. Низкие цены! Большой выбор реплик мужских и женских Копии часов Rolex .Бесплатная доставка по Москве и России.Новый копии часов яхт-мастер имеет в общей сложности 5 цветов, а именно серый, черный, серебристый, белый и синий.
  • Нравится
  • 0