» » "Qanun naminə" filmi

"Qanun naminə" filmi

 
Film yazıçı Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında ekranlaşdırılmışdır.
Buradakı hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır. Rayonların birinə işləməyə gəlmiş prokuror(Bimbolat Vatayev) qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur. əsərdəki hadisələr o qədər maraqlı və inandırıcıdır ki, elə bil sən bunları görmüsən, ordakı adamlar hamısı sənə tanışdır...Süleyman Rəhimovun sağlığında bir qonaq gəlibmiş, ucqar rayonların birində prokuror işləyirmiş. Prokuror təəccübünü gizlədə bilmirmiş ki, siz mənim həyatımı olduğu kimi qələmə almısınız, bunlar sizə hardandır?
Filmdə kino sənətimizin ən qüdrətli sənətkarları iştirak etmişlər..bütün bunların nəticəsində kamil bir sənət nümunəsi meydana gəlmişdir...

 Filmin yaradıcı heyəti:
Əsərin müəllifi : Süleyman Rəhimov
Ssenari müəllifi : Muxtar Dadaşov
Quruluşçu rejissor : Muxtar Dadaşov
Quruluşçu operator : Əlihüseyn Hüseynov
Quruluşçu rəssam : Cəbrayıl Əzimov
Bəstəkar : Fərəc Qarayev
Səs operatoru : Əziz Şeyxov
Çalır : Kinematoqrafiyanın Dövlət Simfonik Orkestri
Dirijor : A. Roytman
 

"Qanun  naminə" filmi

 


Rollarda:
Bimbolat Vatayev-Mehman
Rza Təhmasib-Qaloş
Adil İsgəndərov-Kamilov
Mustafa Mərdanov-Müstəntiq Murtuz Murtuzov
Flora Kərimova-Züleyxa
Nəcibə Məlikova-Zərintac
Rza Əfqanlı-Vahidov
Nəsibə Zeynalova-Şəhla xanım; Qarı nənə
Hacıbaba Bağırov-Arif
Əliağa Ağayev-Məmmədxan
Sədayə Mustafayeva-Xatun
Məmmədsadıq Nuriyev-Sərrafzadə
Rauf Qəniyev-Altay
Hökümə Qasımova-Yavər
Muxtar Maniyev-Dustaq; Cəbirov
Tələt Rəhmanov-Həkim
J. Smolyanskaya
Ələkbər Seyfi-Qoca
Sadıq Həsənzadə-Mirzə
Məryəm Seyidbəyli-Solmaz
Ceyhun Mirzəyev-Absalam
N. Məmmədov-Salamatov
Almaz Əsgərova - Salamatovun arvadı
Məmməd Sadıqov-dustaq
Ramiz Məlikov-gənc prokuror
Hacıməmməd Qafqazlı-kəndli
Abbas Rzayev-kəndli
Fazil Salayev-kamançaçı
Habil Əliyev-kamançaçı
Əhməd Əhmədov-kəndli
Mustafa Süleymanov-kəndli
Xamiz Muradov-Banda başçısı
K. Sədiyeva-Balış

"Qanun  naminə" filmi

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz