» » Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Evlilik insan həyatında ən vacib və əhəmiyyətli mərhələlərdən biridir. Ailə həyatının bir özəlliyi də budur ki, çox uzun və böyük bir səfərdir. Müdriklər çox haqlı deyirlər ki, ailə həyatı eyş-işrət fürsəti demək deyil, birlikdə eyni yolu son kimi gedə bilməkdir. Qarşıya çıxan bütün sədləri birlikdə aşıb-keçməkdir.
Son dövrlər bu məsələ daha aktuallığı ilə özünü göstərməkdədir. Narahatçılıqlar var. Təxminən, 20-30 il bundan əvvəlki ailə statistikaları ilə günümüzün ailə həyatı statistikasını müqayisə etmək kifayətdir ki, problemlərin nə qədər ciddi olduğunu qəbul edəsən. Getdikcə ailə ittifaqının müqəddəs sarayından bir çınqıl düşür : əvvəlki zamanlara nisbətən ailə davamlılığı və keyfiyyəti aşağı enir.
Dağılan ailələr nəinki azalır, əksinə, getdikcə artır. Məsələn, "Qafqazinfo" son bir neçə ilin statistikasını əldə edib. Məlum olub ki, boşananların sayı ilbəil artıb.
 
Həmin statistikanı sizə təqdim edirik:

2008-ci ildə Azərbaycanda qeydə alınmış rəsmi nikahların sayı 79964, boşanmaların sayı 7933
2009-cu il nikahların sayı 78072, boşanmaların sayı isə 7784
2010-cu il nikahların sayı 79172, boşanmaların sayı 9061
2011-ci il nikahların sayı 89,4 min və 10,6 min boşanma qeydə alınıb.
2012-ci il nikahların sayı 78 480, 11 min 182 boşanma qeydə alınıb
2013-cü il 86852 nikah bağlanıb, 11730 boşanma qeydə alınıb.

Bu da hələ son deyil; azyaşlılar arasında izdivac problemləri özünü göstərməkdədir. Qadına qarşı zorakılıq, şiddət göstərmək halları diqqətdən qaça bilməz. Ailə üzvlərinin sayı da ciddi demoqrafik problemdir. Vaxt var idi ki, həm də o qədər uzaq vaxt deyil bu, Azərbaycan ailəsində 5-6 uşaq olanda bu ailə azuşaqlı ailə hesab olunurdu.İndi 2 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur (?).
Təbii ki, bunların səbəbi 1 deyil, 2 deyil. Və hər kəs öz əhatəsində mövqeyini bildirməli, problemin həllində ən azından maarifləndirici yanaşmaları ilə fayda verməlidir. Möhkəm ailə, xoşbəxt ailə cəmiyyətimizin etibarlı, xoşbəxt sabahı deməkdir. Xoşbəxt ailə bizim balalarımızın, nəvələrimizin baba-nənələrindən qəbul edəcəkləri əxlaq varisliyidir, və bir də bizim bu gün çox-çox sonrakı nəticələrimiz, kötükcələrimiz, güllücələrimiz, unnicilərimizin taleyi üçün aldığımız zəmanətdir.
Bəs xoşbəxt ailə üçün nə etmək lazımdır? Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır
İnsan, əlbəttə, xoşbəxt olmaq üçün evlənər. O yuvada insanlar xəyallarındakı xoşbəxtliyi yaşamağa çalışırlar. Hal-hazırda yaşanılan evliliklər bəs görəsən bu istəyinə nail ola bilirmi? Həqiqətənmi bütün evliliklər xoşbəxt cütlük həyatı kimi ömrün sonunadək belə qalır? Nə üçün böyük haray-həşirlə qurulan ailə çox keçmir ki, çox asanca yıxılır? Ailələr niyə dağılır? Əslində, bu sualların cavabı evlilik əvvəlinə qayıdır. Evin təməlini-bünövrəsini necə qoysan, elə qurduğun, tikduyin bina kimi yuvada da yaşyacaqsan.

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Evlililiyin əvvəlindəki bəzi səhv düşüncə qəlibləri, ömür-gün yoldaşı seçimindəki təlskənlik, "hələ bir evlənək, o zaman doğru-yanlışı anlarıq, "bir uşağı olandan sonra bütün atalar düzəlir” vəs bu kimi düşüncələr bir çox evlilikləri səadət təbəssümləri ilə deyil, göz yaşları ilə müşayiət edir. Gələcəkdə birlikdə yaşamanın mənasını və məsuliyyətini bilmədən, necə yaşayacağını bilmədən bir ömrü birlikdə yaşayacağı insanı seçir. Sonra da başlayır təssüflər, göz yaşları, pzünü yandırma, yaşadığı binanın balkonundan atılmaq, başqa kişiyə qoşulub qaçmaq və ya başqasının qadınını, nişanlısını götürüb qaçmaq və s...
Ailə həyatından bəhs edərkən çox vaxt romantik olaraq bu ömrü durna ömrünə bənzədirlər:

İndi mən bilmişəm hər gözəldən yar olmaz,
Bir ömür durnalar qoşa uçsa, yorulmaz...

Durnalar uçdu, birlikdə uçdu. Harda isti var ora uçdu...
Bəs sən...? Ömrün baharında ətirli, rayihəli bir gülkən ayaqlar altına atıldın. Birlikdə arayaq. Bu, təkcə sənin, hansısa oğulun taleyi deyil.Elə də bilməyin ki, elə bilməsinlər ki, tək "dəniz qoynuna atılan çiçək kimi” həyatın , sərt talelərin mansırasına itələnən və "xoşbəxt sevgisi” oğurlanan bir qızımız nakam olur, yox...Oğlumuz da nakam olur. Oğlan olmaq adam oğluna daha fərqli imtiyaz, haqq vermir. Kişi olmaq, əksinə, kişi deyilən bioloji bir varlığa mənəvi, sosial bir mahiyyət gətirir. Belə mərtəbəyə yüksəlmiş Kişi heç sevdiyi, sevəcəyi; tanıdığı və ya tanımadığı qadın olsun, fərqi yoxdur, sığışdırmaz qüruruna, kritik and özünü irəli verər, köksünü irəli verər... nəinli tutuquşu kimi bir neçə xoş söləri öyrənib qızın qəlbinə asanlıqla yol tapsın, köksünü irəli verin, bu zavallını köksünə alsın, sonra da çamurluğa buraxsın... Zaman heç nəyi cavbsız buraxmır.Biz yenə kiminsə cəzalanmasını istəmirik.Biz istəyirik gənclərimiz ağıllı olsun, sevgini cinsi ehtiyaclarını təmin etmək üçün bir vasitə hesab etməsinlər. Sevgi ailə həyatı qurandan sonra başlanmalıdır... Gənclərimiz ailə həyatına hazır olandan sonra "dingildəsinlər”. Amma çox vaxt belə olmur. Valideynlər fikirləşir ki, oğlu evlənmk yaşına gəlibdir, toy etmək olar. Qız ata-anası isə fikirləşir ki, nə qədər tez köçürsələr, o qədər baş salamtçılığıdır.
Universitetlərin birində maralı sorğu aparılmışdır. Tələbələrə gələcək həyat yoldaşı ilə 5 sual verilmiş və bunlardan ən əhəmiyyətli qəbul etdikləri üç suala cavab vermək imkanı verilmişdir.

Nəticələr aşağıdakı kimi olmuşdur:

Yoldaşın təhsil səviyyəsi-33%
Fiziki görünüş -20%
Sağlamlıq vəziyyəti- 20%
Yoldaşın iqtisadi vəziyyəti – 16%
Yaş fərqi - 11%

Gənclərin bu vacib məsələyə münasibətləri çox fərqli olmuşdur. Bu fərqlilikləri aşağıdakı kimi sıralamaq olar:

1. Sosial-iqtisadi fərqliliklər
2. Təhsil səviyyəsindəki fərqlilik
3. Dini və milli fərqliliklər
4. Yaş fərqlilikləri
5. Qohum evlilikləri

Gələcək ailə həyatının xoşbəxtliyi doğru seçimdən başlayır (I yazı)

Davamı növbəti sayımızda

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz