» » Pisliklərdən və pis adamlardan uzaq durun

Pisliklərdən və pis adamlardan uzaq durun

                                           
   
 
Pis adamlardan uzaq olun

Dinclik və xoşbəxtliyin, çətinlik və stresslərdən uzaqda qalmağın ən vacib amilləri səhərlərin sülh şəfəqləri ilə açılması, sənin yataqdan enerjili və həyat eşqi llə durmağınla başlayır. Ilk addımı xoş niyyətlə atmısansa, davamı da belə getməlidir axı. Atdığın addımlar sənə pis kəslərdən, pisliklərdən uzaq durmağa aparacaq. Axı sən qarşına məqsəd qoymusan. Məqsədinə doğru davam edəcəyin yolda pisliklərdən və püs adamlardan uzaq durmalısan.
İnsanın başına gələn bir çox mənfiliklərin və problemlərin səbəbi bəzən pis yoldaş, pis ətraf və pis əlaqələr olmuşdur. Həyat bunu dönə-dönə sübut etmişdir.
Bu mövzuda iş şəriklərinizi, iş yoldaşlarınızı və qonşularınızı seçərkən çox ehtiyatlı, diqqətli, sərraf olmalısınız. Elə dostlar seçməlisiniz ki, elə dostları ətrafınıza yığmalısınız ki, özünüz də elə dostların ətrafında olmalısınız ki,onlar xaraktercə möhkəm, bütöv, dürüst; dostluğa, münasibətlərə hər zaman faydalı ola biləcək, ona daim yeni məzmun və keyfiyyətlər gətirəcək insanlar olsun.
Yaxşı yoldaş insanın sağ əlidir, dərd ortağı, sevinc şərikidir.
İnsan nə qədər ciddi, adamayovuşmaz olsa belə, heç olmasa bir ürək açdığı dostu olmalıdır. İnsan heç də içində nə var, hamısını gizli saxlaya bilməz. Əslində, belə gizlik həm onun özü üçün, həm də ailəsi və yaxınları üçün problemlər yarada bilər.Yaxşı yoldaşlar çevrəsində həm pis işlərə getməz, çətinliklərə düşməzsiniz, eləcə də dar, çətin günlərdə yaxşı dostlar sayəsində çox daha asan bir şəkildə onları geridə qoya bilərsiniz.

Pisliklərdən və pis adamlardan uzaq durun


Dostlar, həyat yaşandıqca müxtəlif zamanlarda və müxtəlif yerlərdə seçəcəksiniz: məktəb yoldaşı, tələbə yoldaşı, əsgər dostu, iş yoldaşı, yol yoldaşı və s. Yəni, bu mərhələlərin hər biri kifayət qədər fürsət verəcək ki, yaşandıqca, ünsiyyət qurduqca ətrafınızdakıları seçim edə biləsiniz, yaxçı-pis xüsusiyyətlərini görüb qərar verə biləsiniz. İlk təəssüratlar çox əhəmiyyətlidir, insana ən dəqiq və qısa fikri çoxu dəfə ilk təəssüratlar verə bilər. İlk tanış olduğunuzdan heç nəyə laqeyd qalmayın. ətrafınızdaçı insanları xatirənizə yaxşı qeyd edin. Söhbət zahiri görüntülərdən getmir.Çünki insanların fiziki görünüşləri və davranışları çox vaxt şəxsiyyətlərini və əhvali –ruhiyyələrini heç də tamamlamır. Bəzən qəşəng geymiş, pəhləvan cüssəli , qalstukly bir gənc elə pis hərəkət edər ki, az qala onun yerinə sən utanasan. Amma elə ola bilər ki, çox sadə geyinmiş , çəlimsiz bir oğlan və ya qız əxlaqı, davranış və ünsiyyəti ilə gözlərində ucala.
İnsanın qəlbi işıqlı fikirlərlə dolu olmalıdır. Nəinki üstü oarıldayan libasla. İnsan zəngin də geyinə bilər, hər mövsümün öz dəbini geyinə bilər, fəqət, geyindikləri onun daxili mənini zərbədə qoymamalıdır: sadə geyinibsə, zəngin bir insan bundan sıxılmamalı, amma bahalı libasada biri ictimai yerdə özünü apara bilmirsə, insanlarla davranışlarında qabalıq edirsən, o libas ona yaraşmır, ikrah doğurur.
Insane həyatda səhv edə bilər, yanıla, aldana bilər. Belə adamlara hər hansı bir səhvini, pis, çirkin bir istiqamətini, "bəlkə bir daha belə şeylər etməz düşüncəsindən” güzəştə də getmək olar, baxır etdiyi hərəkətin xarakterinə. Dostunuz bu etmdı doğruldacaqsa, yenə birlikdə davam edə biləcəksiniz. Yox, əvvəlki qaydada davam edirsə, ona bir şey əmanət etməniz və ya onunla bir yola çıxmanız sizi sonda mütləq bir ziyana uğradacaq. Belə hallar həyatda dəfələrlə yaşanaraq əldə edilmiş gerçəkdir. Əvvəldə dediimiz kimi ki, siz dostunuza etimad göstərdiyinizdə dostunuz pis vərdişlərindən və xasiyyətlərindən tamamilə xilas olar və hörmətli bir şəxsiyyətə çevrilə bilər də.
"Qurani-Kərim"də də bu xüsusa diqqət çəkilmiş, müsəlmanların iman və sözlərində doğru olanlarla birlikdə olması, onlarla yoldaşlıq və dostluq etməsi, pis insanlardan uzaq dayanması, cahillərdən üz çevirməsi və dinimizin buyurduğu qayda-qanunlara riayət etməsi tövsiyə edilmişdir.

Pisliklərdən və pis adamlardan uzaq durun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz