» » ... Doğrudanmı "dünya bir nəğmə"dir?

... Doğrudanmı "dünya bir nəğmə"dir?

... Doğrudanmı "dünya bir nəğmə"dir?

1994-cü Sudanda qıtlıq dövrü. Bu uşaq hər tərəfdən məşumluq yağan çölün-biyabanın ortasında ata-anasız nə gəzir? Çəlimsiz, ürəklər parçalayan fəqərə sümükləri yeriməyə, dik durmağa imkan vermir. Arxasında – cəmi 3- 5 addımlığında dayanan yırtıcı kərkəsi belə hiss etmək halında deyil. Sən demə, 1 km aralıda yardım düşərgəsi yerləşir. Bu zavallı çocuq sürünərək bu yardım düşərgəsinə getməyə çalışır.
Arxasındakı kərkəs isə uşağın ölməsini gözləyir. Gözləyir ki,  vitaminsiz, acı və iniltilərlə dolu bədənini didib-parçalasın. Allah onu xilas etmək üçün bu yerə Kevin Karteri tuş gətirmişdi. Kevin Karter aclıqdan qırılan bütün uşaqları xilas edəcək imkanlara malik deyildi, fəqət, bu tifili xilas edə bilərdi. Amma paparazzi maraqları   bu biçarəni xilas etmək hissinə üstün gəldi: axı o. mükafatı alacaqdı, məşhurlaşacaqdı.
Kevin də bunu seçdi: anbaan izləyərək, nəhayət, bu dəhşətli mənzərənin çəkilməsini təmin edən düyməni basmıdı. Çəkdiyi "Kərkəs və Uşaq” ("The Vulture and The Child”) adlı  fotoşəkil, doğrudan da,  tezliklə bütün dünyada  onu məşhurlaşdırdı. Amma uşağı xilas etməyib,  mediaya ötürülməsinə tələsdiyi üçün Kevin vicdan əzabı  çəkməyə başlayır Çox keçmir ki,   Kevin   depressiyaya düşür: tez-tez bayılır, " o uşağa nə oldu” deyir.
... Və 27 İyul 1994-cü ildə - 20 il bundan əvvəl Kevin Karter Cənubi Afrikada - Johannesburgun bir şəhərətrafı parkında naməlum şəraitdə intihar edir.
İntihardan sonra onun çoxlu məktubları üzə çıxmışdı və bu məktubların birində Karter yazıbmış ki, artıq özümü insanlara yadlaşmış hesab edirəm. Mənə elə gəlir ki, hər yerdə kameramın obyektivində qapaqlar bağlanır və dəhşətli qan görüntüləri olan qaranlıq yerlərdə addımlayıram.
Geç də olsa, dilə-dişə düşən bu jurnalist səhvini başa düşmüşdü: həm kərkəsin pusqu anında fiziki halıyla kömək etmədiyinə görə, həm də jurnalistlik fəaliyyətinin son nəhayətdə insanlığa, gözəlliyə xidmət etdiyni unutduğuna görə.
Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Bu əlamətdar gün 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub və 1958-ci ilin mayından qeyd edilir. Təbii ki, sözün həqiqi mənasında, qəlminin, sözünün müdriklik haqqına sahib çıxan bütün jurnalistləri bu gün münasibəti illlə təbrik edir və onlara cansağlığı, çox məsuliyyətli fəaliyyətlərində tükənməz enerji arzulayıram. Bununla belə dünyanın bütün jurnalistlərinə, yazıçılara, sənət və elm adamlarına çoxlu ürək sözlərim var.
Azərbaycanda erməni təcavüzü  nəticəsində   minlərlə  uşaq həlak olub, şikəst edilib  və ya yetim qalıb... Məktəblər, uşaq bağçaları dağıdılıb, uşaqlar oyun yerlərindən belə məhrum edilib.

... Doğrudanmı "dünya bir nəğmə"dir?

 

... Doğrudanmı "dünya bir nəğmə"dir?


 Dünyada nə qədər belə  münaqişə ocaqları, səfalət hkm sürən  ölkələr var. Afrikada hər 6 dəqiqədə bir çocuq dünyasını dəyişir. Əfqanıstanda hər 2 dəqiqədə bir uşaq öldürülür, müharibənin qurbanına çevrilir. Qəzzada, Suriyada uşaq qırğınlarının sayı-hesabı yoxdur. 
Hər gün televiziya kanallarında, internetdə İSİD tərəfindən insanların qoyun kimi kəsilməsini əks etdirin səhnələr nümayiş etdirirlər.
Elə bil biz hamımız da Kevin Carter kimiyik, hadisələri izləyirik, yanıb-yaxılırıq, bir gün sonra da yadımızdan çıxır.

... Doğrudanmı "dünya bir nəğmə"dir?


... Doğrudanmı "dünya bir nəğmə"dir?


Mən Cek Londonun "Həyat eşqi” hekayəsini oxuyanda bu tifildən çox-çox böyük olsam da, hələ uşaq idim. Sovet dövrünün "tayı olmayan bəxtəvər uşaqlarından” biri idim. Gek Londonun bu əsəri yazandan sonra intihar etməsini də o vaxt bilmirdim. Bütün bunları yaşa dolandan sonra biləcəkdim. Biləcəkdim və ədəbiyyatın, sözün, sənət nümunəsinin , bütün bunları formalaşdıran sənətkarın şəxsiyyətinə, varlığna, qələminə səcdə edəcəkdim.
Bəs bu dünyanın Sülh uğrunda Nobel mükafatı laureatları, dünya şöhrətli yazıçıları, bəstəkarları, rəssamlar, alimləi, jurnalistləri hanı?
Əgər dünyanın bütün yazıçıları, bəstəkarları, rəssamlar, alimləi, jurnalistləri Sülh uğrunda bir araya gələ bilsələr, dünyaya hərb oxuyan liderlərə təsir edə bilsələr, Yer kürəsinin möhtac olduğu əbədi sülhü bərqərar edə bilərlər. Onda uşaqların, ümumlikdə insanlığın taleyi üçün güvənli bir dünya yaranar və ”dünya həqiqətdə bir nəğmə olar”

... Doğrudanmı "dünya bir nəğmə"dir?

 

... Doğrudanmı "dünya bir nəğmə"dir?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz