» » Günə xoşbəxt başlamaq üçün

Günə xoşbəxt başlamaq üçün

Günə xoşbəxt başlamaq üçün
1) Yağlı qarqara. Dişinizi fırçalamadan, ya da hər hansı bir şey yemədən əvvəl günə yağlı qarqara ilə başlayın. Daha əvvəl eşitməmiş ola bilərsiniz, ancaq bu metod sizin diş ətlərindəki toksinləri ortadan qaldırar. Ənənəvi olaraq küncüt yağı istifadə edilir, ancaq rəfinə edilməmiş saf kokos yağı da seçim edilə bilər.
Qarqara kimi düşünün, bir şorba qaşığı yağı ağzınızda çevirərək dolaşdırın, dişlərinizin arasında, dilinizin üzərində, diş ətlərinizdə. Sonra ağızınızı su ilə yaxalayın.

Günə xoşbəxt başlamaq üçün

2) Maska. Həyat stili mütəxəssisi Martha Stewart, sabah ritualları arasında üz maskasının olduğunu söylədiyindən bəri, qadınların çoxu bu mövzunu ciddi qəbul etdi. Yəni "ona bir baxın, dərisi olduqca yaxşı görünür" deyilməsi çox xoş təsir bağışlayır. Yalnız istifadə etdiyiniz maskanın, alfa hidroksil turşuları ya da yüksək dozada C vitamini kimi günəşdə dərini həssas hala gətirməyəcək maddələr ehtiva etmədiyindən diqqət etməlisiniz.

Günə xoşbəxt başlamaq üçün


3) Meditasiya. Günə meditasiya ilə başlamaq və sadəcə içə dönüş etmək, gün üçün özünüzü nizamlamağa kömək edər; həyatınızda daha çox görmək istədiyiniz nə olursa-olsun, yaxşılıq, səbr, sevgi və sağlamlıq təmin edir.

Günə xoşbəxt başlamaq üçün

4) Limonlu su. Yarım limon suyuna əlavə olunan bir stəkan suyun bir çox faydaları var. Oyandıqdan dərhal sonra içmək, maddələr mübadiləsini sürətli bir şəkildə işə başlamsını, həzmə kömək etməni, tərləmək və tənəffüs yolu ilə itirilən suyu kompensasiya etməni təmin edər. Zamanla, nizamla alınan C vitamini dəri və gözlərin parlaqlığına da yarayacaq.

Günə xoşbəxt başlamaq üçün

5) At tükü fırçası. Bunu vərdiş halına gətirmək üçün bir neçə gün tələb oluna bilər. Amma bədəninizi ayaqlarınızdan ürəyinizə doğru yavaşca fırçalamaq qan dövranını sürətləndirər və limfatik drenajı təşviq edər. Selülitlərinizdə gözlə görünür bir azalma yaranacaq. Sonra duşa girib, bir nəmləndirici krem istifadə edə bilərsiniz.

Günə xoşbəxt başlamaq üçün

6) Vizual gündəlik. Gördüyünüz mənalı sözlər ya da xoşunuza gələn şəkilləri yığaraq bir kollaj yarada, ümid və xəyallarınızı saxlaya bilərsiniz. Bunlar sizə qısa və uzun müddətdə müəyyən məqsədlərə yönəlmənizə dəstək olacaq, vizual bir mərasimə çevriləcək, mənəvi və motivasiya qaynağı olacaqdır.

Günə xoşbəxt başlamaq üçün

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz