» » Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin

Son zamanların moda qalereyasında dar paltarlar diqqət çəkməkdədir. Amma tibb elmi dar paltarların sağlamlıq baxımından zərərli olduğu qənaətindədir də. Mütəxəssislər dar paltar geyən kəslərdə sonsuzluq, genital bölgədə infeksiya, sellülit və s. xəstəliklərin bir çox narahatlıq yaratdığına diqqət çəkirlər.

Sonsuzluğa səbəb ola bilir.


Adətən, dar şalvarlara gənc qızlar daha çox meyil edirlər. Onlar yaraşır deyə, "zahiri görkəmə” can atır, amma unudurlar ki, geydikləri dar paltarların bədənə yapışması səbəbindən soyuq hava hərəkətinin birbaşa orqanizmlərinə təsir eməsinə yol açmış olurlar. Amma yazıda qeyd edildii kimi, əgər paltar dəridən 1-2 sm aralı olarsa, gen-bol hava boşluğu yaranar və çöldəki soyuq hava da birbaşa bədənə təsir etməz. Tez-tez sidiyə gedən, qarın boşluğundakı sancılardan çox narahat olan qadınların cinsi orqanlarından maye axması məhz dar geyimin yaratdığı problemlərdəndir .
Kişilərdə sonsuzluğa yol aça bilir.

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin
Son zamanlarda estetik görüntü fantaziyasında gənc oğlanlar bədəni qucaqlayan dar paltarları daha çox seçim edirlər. Amma bunun ümumi bədən sağlamlığı ilə əlaqədar həm də mənfi təsirləri də vardır. Sonsuzluq üzrə mütəxəssislər belə hesab edirlər ki, dar şalvar geyinən kişilərin xayalarında olan nəsilartıma hüceyrələrinin keyfiyyəti, hərəkəti, forma pozğunluğu və sayca azalması problemlərin mərkəzində dayanır. Başqa cürə desək, bu geyimlər kişilər üçün də qadınlarda olduğu kimi eyni dərəcədə zərərlidir. Belə ki, dar şalvarlar kişi əzalarını (yumurtalıq) sıxır, nəticədə bu sıxlıqdan yaranan istilik sperma hüceyrələrinin hərəkətinə, eləcə də sayına mənfi təsir göstərir. Yəni, dar şalvarlar son olaarq kişilərin cinsi aktivliyinə, intim həyatına mənfi təsir göstərir. Buna görə də valideyn olmaq istəyən cütlüklərdə yalnız qadının sağlamlığına diqqət yetirilməməli, eyni dərəcədə hər iki tərəf valideyn olmaq haqqına əks təsir göstərən həyat tərzinə - qidalanma, geyim, bir sözlə, sağlam həyat tərzinin bütün prinsiplərinə əməl etməlidir.
Gənclrimiz paltar geyməyə təkcə gözəllik baxımından deyil, həm də gələcək xoşbəxtlikləri baxımından həssaslıq göstərməlidirlər.

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyinslıq 
Sellülit meydana gəlməsinə səbəb ola bilir.

Qadın xəstəlikləri üzrə tanınmış bir çox mütəxəssislərə görə bədənə kip paltar geyilməsi nəticəsində "qadınlarda damarların təzyiq altında qalması damar divarını sıxır, genital bölgədəki havalanma azalması, bununla bağlı olaraq qoxulu vaginal infeksiyalar, bir sıra sistit (sidik kisəsi iltihabı) kimi infeksiyaların əmələ gəlməsinə yol açılmış olur. Bu, eyni zamanda qastrit, reflü kimi xəstəliklərə, eləcə bağırsaq, qəbizlik problemlərinə səbəb ola bilir. Ani bayğınlıqlar ortaya çıxa bilir, yanlış nəfəs alma, diaframdan nəfəs ala bilməmə kimi problemlərə səbəb ola bilir. Selülit meydana gəlməsinə səbəb ola bilir. Bir sözlə, əslində gözəlliklərinin pozulmasına səbəb ola bilir. "
Hamilələr ilk 3 aydan sonra rahat libaslar geyməlidir.

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin
Hamilələr üçün də dar geyinmək mənfi hallara səbəb ola bilər. Mütəxəssislərin qeyd etdikləri kimi, dar geyinmək hamiləlik zamanı körpənin inkişaf pozuqluqlarına, körpənin hərəkətlərinin məhdudlaşdırılmasına, ana namizədinin qeyri-kafi oksigen qəbuluna səbəb ola bilir. Ona görə də hamiləliliyin ilk 3 aya qədərki dövründə əvvəlki paltarlar geyilsə də, 3 aydan sonra körpənin inkişafına, hərəkətinə sərbəst imkan yaradacaq geniş paltarların geyilməsini tövsiyə edilir.

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin

Geyimlər dəridən 1-2 santimetr aralı olmalıdır.

Ümumiyyətlə, mütəxəssislərin fikrincə, qan dövranının təmin edilməsi, sinir funksiyalarının normal şəkildə davam edə bilməsi üçün paltarlar dəriyə yapışmamalı, aralarında 1-2 santimetr məsafə olmalıdır. Çünki libas çox dar olduğu zaman qan dövranı da sinirlərin normal çalışması da əngənlənir: qan dövranının axını çətinləşir, xüsusilə aşağıdan yuxarıya doğru. Nəticədə, naviqasiya pozuqluqları, ən ciddisi isə sonsuzluq problemlərinə yol açılmış olur. Burada, beldəki kəmərlərin də mənfintəsiri nəzərdən qaçırılmamalıdır. Hətta, əgər əvvəllər kəmər belin ort hissəsinə bağlanardısa, indi bir qədər də həssas bölgələrə doğru sallanmış olur.
Ayaqlarından dövran pozuqluğu olanların, qıçlarında uyğunlaşma yaşayanların, hərəkətdə olarkən qısa məsafələrdə belə yorulan və dincəlməyə ehtiyac hiss edənlər özləri də geyimlərinin bu problemlərlə bağlılığına diqqət ayırmalıdırlar.

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyməyin! Dar paltar sonsuzluğa səbəb olur!

Ana-ata olmaq istəyirsinizsə, dar paltarlar geyinməyin

Tərcümə materialı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz