» » Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

 
 
 

Vaxtında qabağı görə bilmədik...(yumorvari)  

  

Arzulara adlayardı,

 Qönçə kimi çatlayardı,

 Gözəlləri odlayardı,

 Qaynar, isti cavanlığım.

 Cabir Novruz


 Amma biz  gənclik illərimizdə bunun fərqində deyildik.   O dövrün indikindən qat-qat  üstün olan mühafizəkarlığı, dəyərləri, ən əsası da  tələbəlik dünyasının özünün  hədəfi  sevib-sevilmək deyildi ki.  Azərbaycanın hər tərəfindən  baş şəhərə axışıb gələn həmyaşıdlarımız  sevib-sevilməyə gəlməmişdilər ki. Oxumaq lazım idi.  Bu məsuliyyətlə sevməyi, sevilməyi   hər zaman təxirə (1-2 nəfəri ustisna etməklə) saldıq.

...Sanki  basaratımız bağlandı. Konservatoriyanın yanından gündə ən azı- azı Fazıl Salayev "Mozalan” satirik kinojurnalında deyir ha : "Metroda qatarlar o yana gedir, bu yana gedir....”, bax,  elə. Gündə ən azından  iki dəfə o yana keçrdik, sonra qayıdıb bu yana keçirdik. Buradakı tələbə yoldaşlarım təsdiq edərlər ki, dilimə yalan söz gətirmərəm. Bizim filfakın korpusu Sarayın lap yaxınlığında idi. Konservatoriyanın qızlarını əziyyətsiz-filansız seçmək olurdu: ifa etdikləri musiqi alətlərini gəzdirdikləri futlyardan.

Başımız kitablara qarışdı, ya da kənddə nənəmiz, Allah bilir, çoxdan dua-cadu etmişdilər ki, məleykələr huşumuzu aparıb şəhər qızlarına, skripka çalan, piano çalan, "Qayınana”dakı Afət kimi ariya, romans oxuyan qızlara urcah olmayax. Kimə yazdırmışdılar, neçəyə yazdırmışdılar, iş onda deyil. İş ondadır ki,  yazdıqları müstəcəb oldu... və biz konservatoriyanın yanından keçəndə sanki gözümüz bağlandı və beləcə,  əbədilik musiqidən məhrum olduq.


Vaxtında qabağı görə bilmədik...(yumorvari)

 

Bir təhər dözüb, tələbəliyi başa vurub çatdırdıq özümüzü kəndə: oxumuşuq, əsgərlikdə olmuşuq, di buyurun, alın bizi bu təkliyin cəngindən. Hərdən o vaxt dəbdə olan bir mahnını da içimizdə, eynimizdə səsləndirərdik:

 

Mən bir sadə kənd müəllimi, 

Sən də bir kolxozçu qız,

Çiçək açsın arzumuz…

 

Mahnı,  səhv etmirəmsə,  bu misralarla başlayırdı…

Sən arzulamağında, fələk də saymağında. Böyüklər getdi ətraf kəndlərdə guya yaxş yemək bişirməyinə, palaz yumağına görə dərin rəğbət qazanmış bir Allah bəndəsini alıb gətirdilər. O vaxtdan da bizim "kitabımız bağlandı”, nə musiqi, nə skripka, piano, violençel...evə gəldiyimizdə mətbəxdən eşitdiyimiz ancaq qazan və qaşıq taqqıltısı-tuqqultusu oldu.

 Lap deyək ki, arfada, royalda ifa edə bilmirlər. Bəs Allahın zümzüməsini niyə bacarmırlar? Proletarların suçu nə? Niyə bunları proletarın qapısına göndərəndə ancaq elə yemək bişirmək, paltar yumaq öyrətdilər. Bilmədilərmi ki ha, bu biçarə, məzlum proletarın musiqi dinləmək haqqı və tələbatı da var...Bəs bu necə olsun...?

Olsun ki, adam var evində 4-5 sazı olsun. Mən bununla təskinlik tapa bilmərəm. Kişi bəndəsinin ifa etdiyi hara, "mehriban düşmən” ifa etdiyi hara? Biz ədalətliyik, doğrunu, haqqı deyirik. Nə olsun ki, doğrunu, haqqı yaşaya bilmirik...

Vaxt-vədə də gəlib yetişib. Barı, bizdən sonra gələcək nəsillər sevəndə məsələyə kompleks yanaşsınlar....))))) 


Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Vaxtında qabağı görə bilmədik...(yumorvari)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz