» » Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

Müəllif: Fidan от 11-11-2016, 00:50

Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

 

Ayrı-ayrı ölkələrdə evlilik müddətləri ilə bağlı xəbərimiz üzərində işləyərkən maraqlı məlumatlarla rastlaşdım. Bunlardan biri vikipediyada dünya üzrə
80 il və daha uzun müddət davam edənevliliklrin siyhısı, digəri isə belə ailələrlə internet vasitəsilə tanışlıq imkanı oldu. Doğrudur, bizim ailə uzunömürlülyü dünya üçün daha nümunə göstərilə bilər. Amma fərqi yoxdur: 80 və daha çox müddətdə ailə həyatını yaşayan bir ailənin uzunömürlülük sirləri hansı millətə mənsub olmasından asılı olmayaraq, maraqlıdır və bu ömürlərdən nəsə əxz etmək olar.

Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

 

Siyahıda 118 ailə cütlüyü yer alır və həmin cütlüklərin 43-də evlililiyin davam etdiyi müddət 80 ildən yuxarıdır, 75 ailə isə 80 ildir ki, ilk sevdiklərində bir-birlərinə verdikləri anda/əhdə sədaqətli qalmışlar. Uzunömürlü ailə cütlüklərinin 90 -nı
ABŞ -da, qalanları isə müvafiq olaraq İngiltərədə, Fransada, Çində, Tayvanda, İtaliyada, Cənubi Koreyada, İspaniyada, Hollandiya və Kanadada yaşayırlar. Çənubi Asiya ölkələrindən 1-2 nümunə istisna olunarsa, belə çıxır ki, uzunömürlülük elə yalnız ABŞ üçün qəbul olunub. Maraqlı burasıdır ki, ABŞ-də orta ömür müddəti də Azərbaycandan uzundur. Amerikada bu müddət 77,9, Azərbaycanda isə 62,9 (ermənistanda 66, 4 il) ildir. Ən üzun orta ömür müddəti Yaponiyada 81, Andorrada isə 83,5 ildir. Yəni bu nisbətdə Amerika ailələrinin üzünömürlülüyü, təbii ki, kəskin surətdə fərqlənməlidir. Digər tərəfdən ABŞ-da firavanlıq, sağlam həyat tərzi/sağlam ekologiya ailələrdə yaşanan biləcək stress və qarşıdurmalarını minimuma endirir. Amma fikrimcə, Azərbaycan ailələri dünya üzrə keyfiyyət xarakteristikasına görə ön cərgələrdən birində dayanmağa haqlıdır və heç bir əcnəbi ölkənin xanımı Azərbaycan ailəsinin, mühafizəkarlığının əhatəsində bu nəticəyə gəlib çata bilməzdi. Dünyanın ən xəlitəli ailəsi Azərbaycan ailəsidir.

Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

 

Zelmyra və Herbert artıq həyata vida ediblər. 2010-cu ildə jurnalistlər ailə ömürlərinin yaşı 80-ni aşmış bu eşq cütlüyünün sevgi hekayələrini yaddaşlara köçürmüşlər. 2011-ci ildə 105 yaşındakı Herbertin vəfatı ilə 87 illik evlilik sona çatmış oldu. Zelmyra da Herbertin ölümündən sonra 2 ilə qədər daha yaşamış və həyat üçün, gənclik üçün, gənc ailələr üçün eşq və sevdiyinə sədaqət/vəfa mirası buraxaraq gözlərini yumdu.
13 May 1924-cü ildə evlənən bu sədaqətli cütlük 2008-ci ildə 84 illik evliliklə Guinness Rekordlar kitabına ən uzun müddətdir evli cüt olaraq adlarını yazdırmışlar.
Həmin müsahibənin maraqlı və əhəmiyyətli olacağını yəqin edib sizə də təqdim edirik:


Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

Sual: sizə hayatınızın geri qalan illərini birlikdə yaşatmaq istətən nə idi? Heç Qorxmadım mı?

Cavab: Hər keçən gün əlaqəmiz daha sağlam və etibarlı olurdu. Boşanmaq, heç vaxt yeganə variant ola bilməz,, ya da düşüncə.

Sual: Yoldaşınızın sizin üçün doğru yoldaş olduğunu haradan bildiniz?

Cavab: Birlikdə böyüdük və evlənmədən əvvəl də biz ən yaxın adostlar idik.Dostluq dediyimiz özü bir ömürlükdür, evliliyimiz də daha bir ömür sürdü.

Sual: 80 illik evliliyin bu vədəsinə kimi heç elə an oldumu ki, onu "bu, yenidən olsa, fərqli edərəm" deyəsiniz?

Cavab: Heç bir şeyi dəyişdirməzdik.Bir-birimizin və ailələrimizin ehtiyacı olan şeyləri etməyi, fəqət, gizlidə tutmamağı öyrəndik.

Sual: Ağatlı şahzadəni gözləyənlər üçün bir tövsiyəniz varmı?

Zelmyra: Mənim ağatlı şahzadəm küçənin başındaydı, əsla, çox uzaqda deyildi, qismət özü elə bizi gətirib eyni küçədə yaxın etmişdi. İnanmaqda davam edin, inamınız böyüdükcə anlaşacaqsınız.
Bir-birinizə hörmət edin, dəstəkləyin, ünsiyyət qurun. Sadiq, doğru və dürüst olun. Bütün ürəyinizlə bir-birinizi sevin.

Sual: Bəs yaxşı bir yoldaşın ən vacib xüsusiyyətləri nədir?

Zelmyra
: Çox çalışqan olması və evinə baxa bilməsi. 1920-ci illər çətin illər idi, amma Herbert bizim üçün hər zaman ən yaxşısını təmin etdi. Yaxşı bir adamla evləndim!

Sual: Çox gənc yaşda evlənmisiniz, çox mehriban olmusunuz, həyat davam etdikcə bəs bir-birinizdən ayrılmamağı necə bacardınız?

Cavab: Birlikdə bir toxum əkən, əkinini birlikdə biçər. Biz birlikdə daha başarıqlı idik.

Sual: 85 illik evliliyin ardından ən gözəl anınız nədir?

Cavab: Bizim mirasımız: 5 uşaq, 10 nəvə, 9 nəticə, 1 kötükcə.
 
Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

Sual: Ünsiyyət qurmaq zamanla asanlaşırmı? Necə səbirli qala bilirsiniz?

Cavab: Uşaqlarımız yetkin, artıq daha çox özümüzəün ünsiyyət qurmağna vaxt olur. Zamanımızı bağ evimizdə, yelləncək kreslolarda birlikdə keçiririk.

Sual: Fiziki olaraq bir-birinizdən uzaq qalmaq məcburiyyətində olduğunuz zamanlarda necə öhdəsindən gəldiniz?

Herbert: Zelmyra 5-ci çocuğumuzla xəstəxanadaykən, 2 ay ərzində ayrı qaldıq. Həyatımın ən çətin günləri onda oldu. Zelmyranın anası ev işləri və digər uşaqlarda köməkçi oldu. Yoxsa ağılımı itirəcəkdim.

Sual
: Səhv bir günün sonunda özünüzə hatırlattığınız şey nə olur?

Cavab: Unutmayın, evlilik bir yarışma deyil. Buna görə, əsla, hesab tutmayın. Allah sizi eyni komandaya birlikdə qoydu ki, birlikdə qalib olun.

Sual
: Mübahisələr, qarşı-qarşıya dayanmaq əhəmiyyətlimi?

Cavab: Fiziki olaraq təbii ki, əsla. Uzlaşmamağımızda problem yox, amma həqiqətən əhəmiyyətli olan şeylər üçün müzakirə vacibdir. Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin.

Qırmaq, sındırmaq yerinə təzim etməyi öyrənin

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Есть в интеренете русский кинофильм Крым. суперский, искренний, советую поглядеть всей семьёй, здесь источник посмотреть фильмец КРЫМ ТУТ

--------------------
  • Нравится
  • 0