» » Kişilərlə liftə minməyən qadınlar

Kişilərlə liftə minməyən qadınlar

Kişilərlə liftə minməyən qadınlar

Haqqında indi bəhs edəcəyim məzələ adi davranış  etiketi olsa da, diqqəti  kifayət qədər  məşğul edən həyat tərzi, yeni bir keyfiyyətdir.  Kişilərlə liftə minməK  qadınlardan bəhs edəcəyik.  Bu məsələdə  fikirlər birmənalı deyil və ya heç də hamı  bu münasibəti eyni cürə qəbul etmir. Əlbəttə, hamının  bu və ya digər həyati məsələni eyni cürə düşünməsi, eyni cürə qəbul etməsi  mümkün deyil. Əksliklərin vəhdəti və  mübarizəsi bir həyat həqiqətidir. Belə mübarizə  nəticəolaraq  da  insanların  arzularına yönəli olur. İnsanlar  daim   bu   əksliklərin mübarizəsində öz arzularına  can atırlar. İstəyirlər   ki, həyat  gözəl və mənalı olsun, hər kəsin  niyyəti  xeyirhaqlıq üstündə köklənsin, can deyib-can eşitsinlər, rəftarlarında, danışıqlarında  diqqətli və həssas olsunlar. Kimsə kimsənin xətrinə dəyməsin, kimsəyə qarşı qabalıq etməsin. Fərdiyyətçilik, eqoizm, laqeydlik kimi mənfi təzahürlərinsan həyatına tamam  yad  osun.  Amma  nə edəsən ki,  hər gün ətrafımızda  belə hadisələrlə rastlaşırıq.

 

Söylənilənlər:


1. "Adi günlərdə olduğu kimi,  məktəbdən çıxıb avtobusla evə gəlirdim.  10- 15 metr arxamdan birinin gəldiyini də hiss etmişdim. Eyni blokda yaşayırıq. Blokumuzun qapısından içəri girdim.  Liftin düyməsini basdım  və arxamca indi gələn qonşuqadının də gəlməsi üçün qapını tutdum ki, içəri rahat və təhlükəsiz  daxil ola bilsin. Amma o, imtina etdi və dedi ki, "sən" get , liftdən çıxanda kabinəni  aşağı istiqamətləndir. Çox pis təsir etdi, o qədər ki, izah da edə bilmirəm.  Qadınlar nə üçün kişi olan liftə minməkdən qorxurlar?  ”


2. "Mən bizdən bir mərəbə yuxarıdakı qonşu qadınla liftin ağzında qarşılaşdım . O, artıq  liftin düyməsini basmışdı və  bir azdan da  qapı açılacaqdı. Elə mənim liftin qarşısında
çatmağımı görmüşdü: "qonşu, sən get, mən pilləkənlə cıxaram " deyib, mənim nə deyəcəyimi gözləmədən pilləkənlərə doğru addımladı”. 
Nəzakətin özü də nəzakətli və məntiqli olmalıdır.  Biz qadınlarımızın  
ədəb-ərkanlı olduğuna  şübhə etmirik. Bəs əks tərəf?   Təbii ki, belə  halla rastlaşanda kişi    nəzakət göstərib qonşı qadının və ya digər  kimsənin  tək, asudə qalxması üçün 1-2 dəqiqə gözləyib, özü sonra da qalxa bilər. Amma  bu 1- 2 dəqiqədə bir başqa qonşu da gələ bilər axı , onda  yenə də gözləməlidirmi?  Çoxmərtəbəli binalarda  lift  elə xidmət sahəsidir ki, hər gün dəfələrlə belə  hallar  təkrar olunur.

Kişilərlə liftə minməyən qadınlar

Və yaxud  yeni tikilən binalar   daha çoxmərtəbəlidir və lift aşağı-yuxarı enib –qalxdıqca hansısa mərtəbədə düyməni basan kimsə olsa, qapılar o mərtəbədədə açılır. İndi ola bilsin ki, bir xanım yuxarı mərtəbəyə qalxır, təkdir, 3-cü məttəbədə, 5-ci mərtəbədə, tutaq ki, kimlərsə də yuxarı mərtəbələrə qalxmaq istəyir. 3-cü, 5-ci mərtəbədə qapı aşılanda bu Xanım özü lifti tərk edəcəkmi, yoxsa liftə minmək istəyənlərə deyəcək ki, qoy mən çıxım, siz sonra çıxarsınız?
İndi azdan-çoxdan hamımız müəyyən bir təhsil sahibiyik, həyat təcrübəmiz var, xalqımızın əxlaq ölçülərini bilirik və bu dəyərlərlə çox qürurluyuq. Məqsəd bu dəyərərə qarşı yönəlməyib. Məqsəd qadınların bu davranış jestinəmi deyim, etiketnəmi deyim, fərqli münasibətləri bilməkdir. Kimin necə düşünməsi, necə əsaslandırması öz haqqıdır. Kimsə düşündüyündən artıq nəsə deyə bilməz ki. 

Kişilərlə liftə minməyən qadınlar

Mənə gəlincə, qadınların narahatçılığını başa düşsəm də, belə münasibəti doğru qəbul etmirəm. İnsanların, konkret olaraq azərbaycanlıların lift xidmətindən istifadəsi 1970-ci illərdən başlayır. Elə binalarda liftlərin quraşdırılması 1970-ci illərdə  doqquz mərtəbəli panel evlərin gur tikildiyi vaxtlardan hesablanır. Mən Bakıya  həmin illərdə gəlmişəm. 1980-1990-cı illərə kimi insanların münasibətlərində belə yanaşmaları  heç vaxt  müşahidə etmədim: qonşular , insanlar  bir-birlərinə  heç vaxt bu qədər etimadsızlıq göstərməyib.
Əgər sən qonşunu lift qarşısında görüb geri qayıdırsansa, yaxud pilləkənlə düşürsənsə, qonşunun inciməyə haqqı var. Nitşenin bu məqama çox uyğun bir kəlamı var: "Bir insana ediləcək ən pis şey onu utandırmaqdır”.
O illərdə belə
etimadsızlıq, belə yanaşma yox idi. Əksinə, o illərdə çox ilk sevənlər böyük məhəbbətə kiçik lift düyasındakı oğrun baxışlardan başlayıblar. 
Ana deyib ki, ay oğul, bir liftlə qalxıb-düşəndə qonşunun qızına fikir ver, xoşuna gəlirsə, gedək nişanını taxaq. Qız anası da həmçini
n. Qızına deyib ki, qonşunun anası o gün işarə vurdu ki, sizin qızınızdan xoşumuz gəlir, sən də bir belə liftdə qalxıb-düşəndə oğlana göz yetir, bəyənsən, elçi gələndə qabaqlarına şirni qoyaq. Nəyi pisdir ki, bunun? Və yaxud çöldə-bayırda diqqətləri cəm ola bilməyən, bir –birlərini impulslarını qəbul edə bilməyən gənclər bir balaca lift kabinəsində 3-5 mərtəbə qalxmaqla udduqları eyni havanı paylaşıblar, bir-birlərinə doğmalaşıblar.

 

Kişilərlə liftə minməyən qadınlar 

İndi niyə bəs belə oldu, niyə qızlarımız, qadınlarımız bu anlyışda olmalıdır ki, bir blokda  yaşayan iki qonşu bir liftdə evlərinə qalxa bilməzlər?
Mən belə düşünürəm ki, tanış olmayan qadın olarsa (qonaq və ya təsadüfən gələn), kişi qadına üstünlk verməlidir ki, qadın özünü liftdə narahat hiss etməsin. Amma bir-binada yaşayan qonşular bir-birlərinə belə etimadsızlıq göstərməməlidirlər.
Hansı ölçüylə, hansı əxlaqladır bu davranış? Kim müəyyən edib bu normanı? Cəmiyyət qarşısında şərtləşmək deyilmi bu? Guya belə düşünənlər dinimizə əməl edirlər, qarşı tərəf isə əksinə gedir. Dinimizdə davranış normaları o qədər mükəmməldir ki, onu müzakirə etmək özü doğru deyil, sadəcə, necə əməl edilir, nəyi doğru etmirlər, bunu müzakirə etmək olar.
Dinimizə görə qadın naməhrəm kişilərdən qorunmalıdır. Bəs hicab nə üçündür: xanımların sinələri örtülsün , saçları görünməsin, qadınlıq cizgiləri bilinməsin. Bu səbəbdən də hicab dinimizin kamil, mükəmməl örtük ölçüsüdür. Onu geyinən qadın hicabla islami paklığa təslimiyyətini sübut edir. Amma kimsə örtük geyib onun ehtiva etdiyi sərhədləri pozan addım atırsa, əlbəttə ki, doğru olmur. Məsələn, mənə binaların bi
rinin qarşısında rast gəlmişdi: iki hicablı qız voleybol oynayırdı. İnsanlar  onların yanından ötüb keçdikcə bu mənzərəni görürdülər. Onlar hərəkət etdikcə,  qınağa layiq vəziyyətə düşürdülər.

 

Kişilərlə liftə minməyən qadınlar

Bir tanışın qızı Bakıda islam ölkələrinin birindən olan oğlanla eyni qrupda oxuyurdu və onlar sonradan ailə qurdular. Toydan əvvəl qız və valideynləri oğlanın vətəninə getmişdilər: tanışlıq üçün. Oğlan şeyx nəslindəndir və imkanlı imiş və zəngin malikanəsi varmış. Qızın atası söyləir ki, kürəkən (belə deyək də) bizimlə xüdahafizləşib atası evinə getdi. Qaydaya görə, nikahı olmayan kişi naməhrəm sayılır və belə vəziyyətdə həmin qadınla eyni damın altında qala bilməz.
Əgər qadın evdə təkdirsə, evə, ailəyə məhrəm olmayan bir kişi girməməlidir. Dinimizə görə qadınılar üçün məhrəm olanların yanında da geyim qaydaları , davranış tərzi və s. vacibatlar müəyyən edilib.
Qəbul edirik. Amma ifrata varmaq olmaz, improvizə etmək olmaz. 
Mən hesab edirəm ki, insanların
bir-birlrinə qarşı belə bədgüman  olmasının baiskarı liftlər deyil, liftin nə günahı?
Lift əgər bir qadın üçün yanında kişi varsa, kifayət qədər vahimə yaradan bir məkan ola bilər. 
Onun da kişi ilə liftə eyni anda minməməsinin səbəbi liftə daxil olacaq şəxsin kişi olması deyil, beynində kişilərə qarşı olan kompleksdir, həyatda bununla bağlı eşitdiklərindən, gördüklərindən yaranan kompleksdir. Ola da bilərdi ki, 7-ci mərtəbəyə qalxan qonşu qızı, qadını ilə mehribancasına danışmaq da olardı. Fəqət o evdən çıxarkən də, işdən, şəhərdən evə dönərkən beynində digər bir kişi ilə liftə minməycəyini əvvəlcədən beynin yaddaşına qeyd etmişdir
.

İnsanların baxışları dəyişilməlidir. Bu baxışlar isə keçən əsrin sonlarından yad təsirlərə çox məruz qaldılar. Bəzən din pərdəsi altında da yad baxışlar formalaşdırıldı, informasiya bolluğu şaraitində insanın baş vura bilmədiyi künc-bucaq qalmadı.

Biz uşaq olanda hər həftənin 4-cü günü kino gətirirdilər: 10 qəpiyə idi bilet.Ya da 1 yumurtaya baxırdıq "Baden Badenin mavi gecələri"nə. Onda kino da duzlu idi, sevgi də, ailə etibarlılığı da, kolxoz romantikası da. İndi ən ucqar əyalət kəndində peyk antenası vasitəsi ilə 100-dən çox kanalda istədikləri filmləri izləyirlər. Bunlar gənclərin şüurlarında yanlış düşüncələr formalaşdırır. Qorxunu, qəddarlığı, əxlaqsızlığı, açıq-saçıqlığı təbliğ edən bu filmlərdən qaynaqlanır. Bu gün cəmiyyətimizi narahat edən məsələlərin çoxusu, elə liftə qarşı fobiyalar da. Bir araşdırma aparsanız, şahid olarsınız ki, liftləri qorxu məkanına, iki qonşunu bir-brindən ehtiatlanmağa vadar edən "dimgə yerinə” çevirən təəssüralar elə Qərb həyatı üçün xarakerikdir. Belə tərbiyəsiz hallar Qərb ölkələrində olur.


Kişilərlə liftə minməyən qadınlar

Və bu gün bizim  bəzi xanımların şüuraltında təcavüz fantaziyalarının bir ucu həmin eybəcər mühitə gedib bağlanır. Bəzi qızlarımıza çox açıq-saçıq geyinmək, kip geyinmək, mini-ətəklilər, hərəkət "sərbəstliyi” və sair onlardan sirayət etdi. 
Azərbaycan kişisi, əslində, qadına qarşı hər vaxt təvazökarlıq , alicənablıq nümayiş etdirib: tanıdı-tanımadı qadına nəqliyyatda yer verib, əlində çanta olubsa,
aparmağa kömək edib, avtobusa minəndə-düşəndə, lift qarşısında rastlaşanda liftin qapısını açıb və sair. Biz bunları belə görmüşük. Ətrafımızda ikrah doğuran hərəkətləri ilə gəzib-dolaşan insanlar olub və indi də var. Bu da təbiidir. Kim hansı əxlaqa malikdirsə, o cür də əxlaq nümayiş etdirməlidir. 
İnsan bioloji varlıqdan ictimai varlğa məhz şüuru, əxlaq və əməllərinə görə çevrildi.
Son olaraq , istərdim ki, insanlar arasında qarşılıqlı etimad, sevgi olsun. Cürəbəcürə "olmazlarla”, yasaqlarla biz yadlaşa bilərik. 
Qızlarımız da, oğlanlarımız da bizimdir, heç kim onları pis olana sövq etməz. Amma həyati münasibətlərdə ətrafdakılara qarşı həssas olmaq, etimad göstərmək lazımdır. Əgər siz tək olaraq nabələd maşına minmirsinizsə eşq olsun, nabələd adamla eyni vaxtda liftə minmirsinizsə, bunu da normal qəbul etmək olar hardasa, amma bir binanın ayrı-ayrı mərtəbələrində yaşayan iki qonşunun bir-birinə belə münasibəti səmimi təəssürat yaratmır.  Söhbət fərdi avtomobildən gedir ha. İctimai nəqliyyatda isə olmaz belə yanaşma. 
Çəmiyyətimizdə, münasibətlərdə çox naqisliklər var, hamısının ziddinə getmək olmur axı, hər münasibətə görə də davranışlarımıza qadağalar qoymaq doğru deyil axı. Liftə kişi xeylağı ilə minməyi doğru hesab etməyən xanım onda gərək işləməsinlər. İctimai nəqliyyatdan istifadə etməsinlər. Bəlkə də deyəcəklər ki, metroda, avtobusda insanlar çox olur. Bizim nəqliyyat vasitələri əksər vaxtlarda basırıq olur.  Onda qaınlar 2 , 3 avtobusu ötürüb seyrək avtobus gəlincəyə qədər gözləməlidirlərmi? Hər gün belə özünü məcburetmələrə nə qədər dözmək olar? Tutaq ki,  bu düşüncədə olan qadın ictimai nəqliyyatda gedir. Onun düşəcəyi  dayanacağa kimi,  sərnişinlər  salonu tərk edirlər.  Son dayanacağa kimi isə hələ 2-3 km də var və salonda da təkcə kişi sürücü qalıb və yaxud 2  nəfər də nabələd kişi. Olsun da, nə olacaq ki? Qadın sərnişin  niyə onlar haqında pis  fikir xəyal etməlidir ki?

Cəmiyyətlə, insanlarla nə qədər təmas artırsa, o qədər də qayğılar artır. Bu, həyatın dialektikasıdır. Sadəcə, hər kəs öz qüruruna hörmət etməli, ətrafındakılara hörmət etməlidir... Qızlarımızın abır-həyalı olmasına yönəlmiş bütün fikirlərinə hörmət edilməlidir. Amma bu o demək deyil ki, qadınlar, qızlar özündın bir mərtəbə yuxarıda yaşayan qonşu əmi, dayı, baba ilə liftə minməsin.


Kişilərlə liftə minməyən qadınlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz