» » İnsanları bağışlamaq olarmı?

İnsanları bağışlamaq olarmı?

Müəllif: Litota от 14-02-2017, 00:50

İnsanları bağışlamaq olarmı?

Bu gün dünyada Sevgililər günü kimi qeyd olunur. Əvvəlcə, sevgi himayədarı kimi təqdim olunan Valentin haqqında mövcud olan məlumatları izləyək. Valentin imperator II Claudiusun hökmdarlığı ilə eyni dövrdə bir məbəddə keşiş olaraq fəaliyyət göstərirdi. Claudius ölkəni qəddarlıqla idarə edirdi. Onun ən böyük problemi ordusuna əsgər cəlb edə bilməməsi ilə bağlı idi. Claudiusa görə, bunun səbəbi romalı kişilərin öz qadınlarını buraxıb, döyüşə, əsgərliyə getmək istəməmələrindən yaranırdı. Ona görə də bu müstəbid ölkəsindəki bütün nişan və evlilikləri ləğv etmişdi. Müqqədəs Valentin isə keşiş dostu Mariusla Claudiusun ziddinə gedərək sevən gənclərin kilsədə görüşməsinə imkan yaradırmış, gizlincə kəbinlərini kəsirmiş. İmperator bundan çox gec xəbər tutaraq onu həbs etdirir və zindana atdırır. Valentin zindanda verilən işgəngəcələrlə də öldürülür, 270-ci ilin 14 fevralında isə xristian qəbristanlığında basdırılır. Valentin bu müqəddəsliyə, təqdir olunmağa layiq idimi? Axı o, ölkə qanunlarına zidd olaraq cütlükləri kilsədə görüşdürürmüş. Hələ onun həbsxanadan öz yoldaşlarına, eləcə də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" yazılmış məktubları olduğu haqqında da fikirlər var. Əlbəttə, bunlar sevgi adına bir ləkə sayılmalıdır, nəinki təqdir olunmalıdır.

İnsanları bağışlamaq olarmı?
Fəqət , həmin vaxtdan hər ilin 14 fevralı Sevgililər Günü kimi qeyd olunmağa başlayır. Bu günün dünyada genişlənməsinə səbəb amerikalı "Sevgililər Gününün anası” adlandırılan Esther Howland (tam adı: Esther Allen Howland ) olmuşdur. Esther Howland 1828-ci ildə Amerikanın Massaçusets Ştatında anadan olub. 19 yaşında ikən Mount Holyoke Kollecindən məzun olub. Esther Howland 1904-ci ildə vəfat edib.
Esther Howland 1847-ci ildə Mount Holyoke kollecində məzun olarkən sevgilisinə bir kart göndərmiş və həmin ənənə o vaxtdan Sevgililər Gününün bütün dünyada daha geniş qeyd olunmasına təkan verilmiş olmuşdur.
Təbrik və hədiyyələrin ən geniş yayılmış forması xanıma, ya da sevgilililərə üzərində sevgi mesajları, məhəbbət şeirləri və s. yazılan kartlar olurdu. Qərb dünyasında bu təbrik forması yenə də davam etməkdədir: yəni, hələ sevdiyi oğlan və ya qız yoxdursa, xoşladıqları oğlan və ya qıza kart göndərir. Kartın içində isə "Sevgilim ola bilərsənmi"? yazılan bir kart olur və o da kartın kimdən gəldiyini tapmağa çalışır.

İnsanları bağışlamaq olarmı?
Daha sonralar bu hədiyyə çeşidləri, dəyərləri artmağa və zənginləşməyə başladı. Hədiyyələrin önünə isə hər vaxt çiçəklər və şokolad keçdi. İstər çiçəklərdə, istərsə də digər hədiyyələrdə ən çox üstünlük verilən rəng - ehtirası simvollaşdıran qırmızı rəng oldu. Və ən başlıcası, Sevgililər Günü çox sayda evlənmə təklifinin də baş verdiyi bir gün olmağa başladı. Və əksər dünya ölkələrində sevənlər sevdiklərinə, həyat yoldaşlarına, dəyər verdikləri bir dostuna sevgi və dəyərlərini şokolad və ya göndərdikləri bir kartla izah etdilər. Bizim əxlaqda isə kart olmadı, bizim gənclərin sevgi işartısı qızılgül oldu, bənövşə oldu, ətir oldu və s.
Doğrudan da, Sevgililər Günü yüzlərlə, yüz minlərlə yeni sevgilərin bənd tutduğu gündür, yüzlərlə, yüz minlərlə sevginin vüsalla nəticələndiyi bir gündür. Iki sevənin/iki sevilənin öz sevgi hekayələrini yazdığı bir gündür...ilk gündür. Məlumdur ki, 14 fevral həm də Beynəlxalq Hekayə Günü kimi də qeyd olunur. 2003-cü ildə Meksikada Beynəlxalq Yazarlar Birliyi keçirdikləri konqresdə bu günün Hekayə Günü kimi qeyd olunmasını qərara almışlar.
Əslində aşiqlərin vüsala çatıb yaşadıqları sevgisinin əbədi hekayəsidir eşq. Bu baxımdam Dünya Hekayə Günü Sevgililər Gününə xüsusi bir ovqat gətirir.
Biz həmişə Sevgililər Gününü 30 iyunda qeyd etdik. Çünki bizim əxlaq üçün,  vəfa və sədaqətin  ideal təcəssümü üçün  ideal olan   Fərizəmiz var, İlhamımız var.

 

İnsanları bağışlamaq olarmı?

Valentin də Qərb dünyasının sevgi simvolu olsun. Biz digər başqa beynəlxalq miqyasda keçirilən tarixi və ya təntənəli günlərə də əks gedə bilmərik.
Əgər hər hansı bir əməlin, ideyanın özülündə əxlaqi-mənəvi gözəlliklər varsa, niyə də laqeyd qalaq?
 30 iyunda isə Sevgililr Gününü özümüzün Milli Sevgi Günümüz kimi ehtiram və həm də ürəkdən qeyd etməliyik. 30 iyun İlham və Fərizə balamızın sevgi hekayələrini təqdim etdikləri gündür (toy günləridir).
Sevgi insana, dünyaya hər zaman lazımdır. Sevgini ölçmək, çəkmək, dəyərləndirmək üçün heç bir cihaz, ölçü, dəyər vahidi yoxdur. İnsanlar bunu olsun da deyə heç vaxt arzu etmirlər. Qoy dünyada sevgi tükənməz olsun, ildən- ilə onun mayasına daha məsum ülviliklər əlavə olunsun. Antaraktida görmürsünüzmü sevgi olmadığından buzlağa çevrilib ????
Sevmək, amma sevilməmək üşüməkdir: sevgilinin yoxluğuna üşüməkdir.Sabah, ya da o biri gün yarancaq iki buz təpəciyi deməkdir.
İnsanları aralanmağa, ayrı düşməyə qoymayan sevgidir, eşqdir. Dünyanı yaşadan qüvvə qarşılıqlı sevgidir. Sevgi varsa, sevgililər də olacaq. Bəlkə də bu günün adı Sevgi Günü kimi daha mükəmməl olardı.
Digər tərəfdən, yetər ki, insanlar sevgiyə qarşı bu qədər qəddar oldular, laqeyd oldular, dilbilməz oldular. Bir ilin – bir ayın cəmi bir gününü Sevgi günü adlandırmaq Beynəlxalaq qanunlara, Çərçivə sajişlərinə zidd olduğu kimi, düşünə bilən hər bir insan üçün də utancdır. İnsanlar, nə olu, gəlin, 12 ayın heç olmasa, 365 gününü sevgiyə ayırın ki, sizi bağışlamaq olsun.

İnsanları bağışlamaq olarmı?

 

P.S: Bu da şirin bir sevgi...

Qabil - Çağırsan gələrəm, çağırmasan yox....

Eşitdim deyirlər:
Solub getmisən,
Başdan ayağacan
Payız olmusan. 

Eşitdim deyirlər: 
Ölüb getmisən,
Min adam içində
Yalqız olmusan.
Özün bil, 
Çağırsan gələrəm,
Çağırmasan yox.

Eşitdim deyirlər:
Pozulub gedib,
Qızılı saçların
sahmanı artıq.

Neynim ki...əlinlə,
Yazılıb gedib,
Yazılıb ayrılıq
fərmanı artıq.
Özün bil, 
Çağırsan gələrəm,
Çağırmasan yox!

Eşitdim deyirlər:
Dönübsən külə.
Özün yandıdığın
hicran odunda.

Xəzan yarpaqların
Çətin ki, gülə - 
Bahar itirmisən
Qabil adında.
Özün bil,
Çağırsan gələrəm,
Çağırmasan yox!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Часы специально разработаны для профессионального использования. Его беспрецедентная функциональность и дизайн делают его популярным среди туристов.реплики часов В дополнение к разным показаниям часовых поясов,часы омега твердые материалы и легкий в использовании внешний вид подходят не только для ношения по всему миру, но и для любого случая.
  • Нравится
  • 0