» » Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır

Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır

 

Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır

adın azadlığı, qadın sərbəstliyi – bunlar fərqli-fərqli anlayışlardır. Sosial şəbəkələrin bəksəriyyətində, elə bizim saytda da bu mövzu aparıcı mövzulardan biridir. Yaxından maraqlandığım saytların birində tez-tez istifdəçilərl müsahibə aparılır və sualların əksəriyyəti də ailə, sevgi, qadın səadəti kimi vacib məsələlərə aid olur. Müxtəlif təbəqələri, cinsləri, yaşları əhatə edən auditoriyadan alınan cavablar çox maraqlı olur, bəzən fərqlilik də olur, bəzən doğru olmayan yanaşmalar da olur, təbiidir və əksinə, belə müxtəliflik,belə əks fikirlər söyləmək doğrunu tapmağa daha keyfiyyətli təsir edir. Fikirlər nə qədər qarşılaşdırlırsa, müxtəliflik nə qədər çoxdursa, doğru cavab da o qədər keyfiyyətli və etibarlı olur.
Həmin saytdan mənə də belə müsahibə təqdim olunub, daha doğrusu, müsahibənin sualları və mən cavablandıraraq özlərin təqim etmişəm də. Amma suallar sayca çox olsa da, bir az canlı qoyulsa da, təsəvvür edin ki, hər sual sanki bir xəbər mövzusudur, məmuniyyətlə cavablandırdım və saytımız üçün hazır 30 xəbər alındı. Həmin suallara verdiyim cavbların üçünü xəbər kimi artı təqdim etmişəm, bu da dördüncüsüdür.
Sual, qeyd etdiyimiz kimi qadın azadlığı ilə bağlıdır. Həmsöhbətim soruşur ki, övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Əslində, bu sualı qadınlara mən bir neçə dəfə ünvanlamışam, amma əks cinsin nümayəndələrinin də fikri mənimçün maraqlı olardı: Sizcə, qadınların azad olmağa can atmalarının səbəbi nədir?
Ana və uşaq.az səhifələrində bu mövzuda fikirlərimiz,söhbətlərimiz olub. Mən heç də qadın əleyhdarı deyiləm. Barəmdə kim nə fikirləşir, özü bilər. Mən, sadəcə, fikirlərimi deyirəm.
Hər bir azərbaycanlının ailəsində qadın var: anadır, bacıdır, yoldaşdır, övladdır, nəvədir. Qadınlar ümümilikdə azad deyillərsə, xoşbəxt deyillərsə, tək kiminsə qadını, anası, bacısı, qız, nəvəsi azad, xoşbəxt ola bilərmi? Yəni, ayrı-ayrı qadınların/insanların yox, bütün qadınların/insanların azad olması, xoşbəxt olması həqiqi və etibarlı xoşbəxtlikdir və mənim əsil-nəcabətimdə olan qadınlarda bu qadınlarla bir yerdədir, onlrın arasındadır.
Qadınları çox gözəl başa düşürəm. Qadın silahlana bilməz, buna onun nə imkanı, nə uyğunlaşmış vücudu/orqanizmi var, nə də qadınların məqsədlərində belə plan yoxdur. Qadınlar dünyamıza çiçək/uşaq bəxş edirlər. Bəs onlar hansı azadlığı istəyirlər, bu azadlığın mahiyyəti nədir? Hələ övladı olan qadın, yəni bu o deməkdir ki, ailəli qadın azad olmaq istəyir. Bir az başqa cürə ifadə etmək olardı.
İzahlı lüğətlərdə "azadlıq” sözü : "hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; ümumiyyətlə bir şeydə, ya hərəkətdə heç bir məhdudiyyət və sıxıntının olmaması; sərbəstlik, hərəkət azadlığı, ticarət azadlığı” kimi mənalandırılır.
Qadınlığın yolu tarixin bütün mərhələlərində mübarizələrdən, mücadilələrdən keçib. Əlbəttə ki, qadlnların bugünkü vəziyyətləri Orta əsrlərdə olan vəziyyətindən qat-qat üstündür, bəşəridir. Qadın cəsarətlə demək olar ki, azaddır.

Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır

"Azadlıq” sözünün izahındakı əksliklərin heç biri bizim qadınların həyatı üçün xarakterik deyil: bunları şərtləndirən şərait, mühit də yoxdur. Bununla belə ciddi narahatçılıqlar da var. Bunu da danmaq olmaz. Qadınlarımızın məişət həyatı düşünülməlidir. Qadının analıq, qadınlıq qayğılarını yüngülləşdirən, qadın əməyini rahat edən, ən üstün səviyyəyə gətirəcək Proqramlar işlənməlidir və işlənir də. Qadına münasibət dəyişilməlidir: istər insanlar tərəfindən, istər cəmiyyət tərəfindən. Mən belə başa düşürəm ki, qadınlar sərbəst olmaq baxımından azadlıq axtarırlar. Qadınlar, deyəsən, sosiallaşmağa qədərindən çox çevrildilər. Qadın prezident ola bilər, baş nazir ola bilər və kişidən də yaxşı olar. Amma bu o dmək deyil ki, bütün qadınlar Allahın ənənəvi nizamını unutsunlar.Kişilər kimi səhər tezdən qalxıb kişi kimi hazırlanıb, yeyib-içib işə getsin, işdən çıxsın, ürəyi istəsə gedib Sahil parkında gəzsin, Tarqovıda oturub bir çay içsin. Axşam saat 21:00-dan sonra evə gəlsin. Və hətta gəlib görsün ki, kişi yemək bişirib, uşaqları bağçadan, məktəbdən gətirib. Paltarları ipdən yığıb və s. Bunları görməyəcəksiniz)))) Bu, azadlıq deyil, asilikdir. Mən tam qəbul edirəm ki, qadın qadınlığın bütün səadətini yaşasın. Hər kişinin öz qadınından gözəli yoxdur, ola bilməz. Onun əvəzinə vücudu xalis qızıldan bir başqaını gətirsən, ilk xanımının bir tükünə dəyməz. Təəssüf ki, kişilər bunu birlikdə olduqlarında anlaya bilmirlər. Qadın-kişi tam anlaşa bilmirlər. Bu anlaşılmazlıq davam edərək soyuqluğa, ayrılıqlara, ihətta yaşaya-yaşaya həyatdan doymağa məcbur edir. Bunları qəbul edirəm. Fəqət, qadın evində, ailəsində, uşaqlarının, ərinin, evinin qayğısında olmalıdır. Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır.

 

Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır

Ara-sıra oxuyuram internetdə. Belə fikirlər var ki, qadınlar gənclik illərində dünyaya uşaq gətirmək istəmirlər, istəyirlər müəyyən müddət macəra həyatı yaşasın, bəlli bir yaşdan sonra uşaq doğsun. Narahatçılıq olmasın deyə isə, uşaq dünyaya gətirəcək hormonları xüsusi olaraq saxlayacaqlar və qərar qəbul etdiklərində qadının bətninə yerləşdirəcəklər. Azadlıq belə olurmu?
Mən bir kitab oxumuşam : "Sevməyin sirri”, müəllifi Mak Dauel, oxumanızı tövsiyə edirəm. Müəllif yazır ki, bir dəfə oxucu bir qadın mənə zəng vurub qısa tanışlıqdan sonra dedi ki, mən son beş gecəni hər gecə bir kişi ilə kecirmişəm.
Görüşümüzün məqsədi bitdikdən sonra gözlərimə yuxu getməyib, uzun zaman fikirləşmişəm ki, doğrudanmı, hər şey elə bununla bitir, doğrudanmı həyat elə budur? "Rica edirəm, siz mənə kömək edin:"Bundan başqa da nə isə var?”
Müəllif də deyir ki, bəli, var: bu, yaxınlıqdır.
Bax, bizim ailələrin tərəfləri arasında yaranan problemlərin mərkəzində bu, durur: tərəflər müəyyən məqamda cismən yaxın ola bilirlər, bitdikdən sonra belə yaxınlığı bir də cismani yaxınlığa kimi gözləmək lazımdır .
Mən, əslində, əksər suallarda belə məqamlara toxundum. İnsanın ömrü çox qısadır. Bu ömrü şən yaşamaq üçün yaxın olmaq lazımdır: hamıyla yox, biriylə.
Qadın azadlıq axtaranda, hərəkətlərində, münasibətlrində, söhbətlərində bunun simptomları hiss ediləndə, kişilərin qəlbində membranlar ehtizaza gəlir. Etməyin belə.
Televizordakı həyata, seriallarda gördüyünüz həyata inanmayın. Qadın olmaq başqa şeydir, bir ər xanımı, ailə xanımı, Ana olmaq başqa. Siz azadsınız ki, buna nail olmusunuz. İndi təmkinlə, ağılla yaşayın da. Kişilərə də aiddir bu söz. Gərək qadının ətrafında cənnət yaradasan ki, cənnətdə də yaşayasan.
Cənnətdə birlikdə yaşamanız diləyi ilə

Azadlığın özü də düşünülmüş və qədərində olmalıdır 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz