» Tədris klinikaları və səhiyyənin humanistliyini, şəfqət güvənliyini heçə endirən pullu xidmət

Tədris klinikaları və səhiyyənin humanistliyini, şəfqət güvənliyini heçə endirən pullu xidmət


Tədris klinikaları və  səhiyyənin humanistliyini,   şəfqət  güvənliyini  heçə endirən pullu xidmət

Tədris klinikalarının ödənişli olması, məncə, doğru deyil. Necə adlandırırsınız-adlandırın, mən desəm, üstümə hücum başlayacaq ki, siz xəstəni hörmətsiz edirsiniz. Xəstə də, xəstə sahibi də müayinə və müalicə üçün kifayət qədər ödənişedirsə, xəstəxananı da, həkimi də özünün seçməsi onun haqqıdır. Və birdən xəstələr tədris klinikaları pullu olduğu üçün ora üz tutmaqdan imtina etsələr nə olacaq? Lap dövlət müəssisəsi olsun, əgər xəstə etiraz etsə ki, mən müayinə və müalicə prosesimdə tələbələrin, intenada olan tələbələrin iştirakına razı deyiləm. Mənə ixtisaslı tibb personalı xidmət etsin. Onda Tibb Universiteti üçün problem yaranmayacaqmı?

Çünki yüksək səviyyəli elm-tədris proqramlarının həyata keçirilməsi, tibbi kadrların hazırlanması səviyyəsinin daim yüksəldilməsi və nəzəri biliklərin praktik təcrübə ilə daha sıx əlaqələndirilməsi üçün gələcək həkimlərin praktik olaraq klinikalarda öyrədilməsi ən effektli yoldur.
Ona görə də tədris klinikalarına üz tutan xəstə sahibləri xəstələrinə görə ödəniş etməməlidirlər. Hələ nə yaxşı ki, belə xəstə sahibləri özləri xəstələrini tədris klinikalarına gətirdikləri üçün pul tələb etmirlər.
Necə olur ki, bir idarə digər idarədən icarəyə götürdüyü otağa, hansısa bir texnikaya, işçi heyətə haqq ödəyir, amma özlərinin fəaliyyət göstərməsi üçün zəruri olan pasiyentin özündən pul alırlar.
Hardasa oxumuşdum ki, söhbət gedən ölkələrdən biri başqa ölkələrdən ölüləri pulla alır ki, tədris prosesində onlardan istifadə etsin. Bizim səhiyyədə isə , dediyim kimi, əksinə, xəstə yiyəsi klinikaya ödəniş etməlidir. Klinikaya xəstəsini verməlidir ki, alın təcrübü dərsləriniz üçün istifadə edin.
Müalicə üşün ödəniş məbləği də çox yüksək. İnsanlar çox vaxt ödənişə görə həkimə gedə bilmirlər. Bu gün-sabah dünyamızı dəyişəcəyik, illərdir eşidirəm ki, tibbi sığorta tətbiq olunacaq. Bəs nə vaxt olacaq? 5-3 işbaz səhiyyəni keçirib əlinə, əsrlərlə formalaşdırılan səhiyyə sistemini sıxışdırıblar dalana.
Bir yaxın tanışım deyir ki, nəvəmi həkimə aparmışdıq: özəl tibb mərkəzinə daxil olanda girişdə 50 manat ödədik: bu, xidmət puludur, sonra 30 manat analizə ödədik. İynə- dərmana da 20 manat. Bu, necə qiymətqoymadır, 20 manat dərman pulu, amma bunun 4 qatını ( 80) özəl klinikanın hesabına.
Mən özüm də bir dəfə tədris terapevtik klinikaya getmişəm, onda da belə oldu: 45 manat girişdə, 80 manat da aparatlara. Fövqəladə bir dəyişiklik də olmadı. Lap bu dəqiqə yıxılıb ölsəm, özəl kilinikaya getməyəcəyəm. Heyf, sovet dövründə olanda səhiyyə sistemimizdən.
Bir az əvvəl də demişdim bunu, çpx böyük dövr üçün formalaşdırılan səhiyyə sistemini indi nə vəziyyətə salıblar. Səhiyyə,təhsil, nəqliyyat gərək özəl olmayaydı, dövlətin nəzarətində qalaydı. İxtisası səhiyyə sahəsinə aid olmayan kimsə indi sahibkar kimi klinika, xəstəxana açır: səhiyyəni canlandırmağamı, xəstəliklərin kökünü kəsməyəmi? Əlbəttə yox, sadəcə,
sahibkarlıq niyyəti üçün. Amma sovet dövründə belə deyildi. Bir xəstəxana açılırdı, dövlətin strateji məqsədi idi ki, vətəndaşlarının sağlamlığını qorusun.Həkimlər ordusu bu missiyanı yerinə yetirirdilər və dövlətdən əmək haqqı alırdılar. Amma indi pul qazanmaq 1-ci məqsəddir, yəni, klinika xəstə qəbul edir, müayinə və müalicə edir ki, hesablarına pul köçürülsün, özü də əvvəlcədən.
Sovet dövründə bizim səhiyyə sistemimiz daha humanist olub, o vaxt indikindən 50 dəfə də üstün tibbi deontologiya vardı. O vaxtlar həkimə, tibb bacısına 5-3 manat "hörmət" edən olsaydı, kitabı bağlanardı.
İndi əksər səhiyyə müəssisələri özəl, xidmət haqları da yüksək. Burada çalışan tibbi personalın əmək haqqı dövlət müəssisəsində çalışan həmkarlarından çox yaxşıdır. Belə olanda dövlət səhiyyəsində çalışan həkim də ruhdan düşür, özəl sahədə işləyənlərə həsəd aparır. Bir vaxt Respublika xəstəxanasının, Semaşko adına xəstəxananın, "Bakı soveti” metrosunun yanındakı Göz xəstəlikləri İnstitutunun, Eksperimental Təbabət İnstitutunun çox hörmətli reputasiyası vardı.
Sovet dövründə Eksperimental Təbabət İnstitutunda, Semaşko adına xəstəxanada müalicə kursu keçmişəm. Bir dəfə Semaşko adına xəstəxanada müalicə alan tanışımı ziyarət etməyə gedəndə dəhşətə gəldim. Ondakı "Semaşko” hara, indiki "Semaşko” hara. Dövlət səhiyyə müəssisələrinin əvvəlki şöhrətini bərpa etmək lazımdır. Necə yəni, özəl klinikada ən müasir tibbi avadanlıqlar var, dövlət xəstəxanasında yox. Məgər dövlət sahibkarlardan bacarıqsızdır, imkansızdır?
Özəl səhiyyə müəssisəsi, sadəcə, müalicə edir, dövlət səhiyyəsi isə sağaldır. Özəl sektora aid səhiyyə müəssüsələrinin dövlət sağlamlıq müəssisələrində olduğu kimi, ərazisi, klubu, kitabxanası yox. 5-10 palata yaradıb biznes səhiyyəsi qurublar. Dövlət səhiyyə müəssisələrinin palatalarında, dəhlizlərində, həyətyanı ərazilərində bir tibbi ovsun vardı. Bunlar müalicənin keyfiyyətinə müsbət təsir edir, xəstədə əminlik, inam formalaşır, xəstə psixoloji cəhətdən daha güvənli olur. Amma özəl səhiyyə müəssisələrinə insanlar malın-qarasın satıb, ondan-bundan borc alıb gəlir, hər dəqiqə də ürəkləri qoppac olur ki, palatada qaldıqca xidmət haqqının üstünə gəlir. Xəstə tam sağalmamış tələm-tələsik klinikanı tərk edir ki, pul ödəməsin. Axı dövlət səhiyyəsi belə olmayıb.
Yolunuz düşübsə, elə klinik mərkəz var ki, dar mühitdı yerləşdirilib, dəhlizdə tərpənmək olmur, balaca-balaca kabinetlər düzəldiblər, adam darıxır içəridə, sıxıntı keçirir, darııxr.Burada yatan necə yüksək keyfiyyətli müalicə alacaq?
Dövlət səhiyyə müəssisələri ilə özəl səhiyyə müəssisələrinin işçi heyətlərinin keyfiyyət tərkibləri də çox fərqlidir: istər rəhbər heyəti, istər ali həkim heyəti, istər orta tibb heyəti, istərsə də kişik tibb heyəti və sairlərini nəzrdə tuturam.
Dövlət səhiyyəsinin kiçik tibb heyəti hər zaman xəstələrin minnətdarlıqla yad etdikləri fədailər olmuşlar.
Bunlar uzun müddət işləmiş, peşəkarlıq və təcrübələri müşahidələr fonunda ildən-ilə təkmilləşmiş şəxslər idi. Tibb müəssisələrində də, fikrimcə, təcrübəli, nisbətən yaşlı nəslin nümayəndələrinə üstünlük vermək lazımdır.
Buir vaxt humanizm daha üstün səviyyədə olan səhiyyəmizin varislik missiyasını ancaq onlar əlaqələndirə bilərlər.
Mən sovet dövrü xəyalı ilə yaşamıram. Amma öz şıxsi fikrimi deyirəm ki, zaman irəli getdikcə böyük zaman və axtarışlar nəticəsində formalaşmış dəyərləri itirib, yeni dəyərlərin yaranmasına can atırıq. İrəli getsək də, keçmişin dəyərlərindən uzaq düşməməli, yeni dəyərləri bu baza üzərində formalaşdırmalıyıq.

 

Tədris klinikaları və  səhiyyənin humanistliyini,   şəfqət  güvənliyini  heçə endirən pullu xidmət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.