» » Dünyada ən çox qar yağan 10 şəhər

Dünyada ən çox qar yağan 10 şəhər

Müəllif: Dəyanət от 8-01-2022, 15:14
Dünyanın ən qarlı şəhərləri haqqında düşünəndə gözlərimiz önünə Sibir və ya Skandinaviya ölkələri gəlir. Amma reallıq çox fərqlidir. Məsələn, 100 mindən çox əhalisi olan və illik ən yüksək qar yağışı ilə dünyanın ilk üç şəhəri də Yaponiyadadır. Yenə dünyanın ən böyük qar yağan 10 şəhərindən dördü Yaponiyada, üçü ABŞ-ın Nyu-York ştatında və üçü Kanadadadır.

"American Bulletin” tərəfindən hazırlanmış bir araşdırmada dünyada ən böyük illik qar yağıntısının müşahidə olunduğu 10 şəhər aşağıdakılardır:

1- Aomori (Yaponiya)

Aomori Honsyu adasının ən şimal ucunda yerləşir. 300.000 əhalisi olan Aomori dünyanın ən çox qar yağan ən böyük şəhəridir. Şəhərə hər il orta hesabla 7,9 metr qar düşür. Yaponiyanın coğrafi mövqeyi, okean mövqeyi, şəhərin yüksək hündürlüyü və Şərqi Asiyadan gələn hava axınlarının marşrutu üzərində yerləşməsi şəhəri tez-tez qar fırtınalarına məruz qoyur.

Dünyada ən çox qar yağan 10 şəhər 

 

2- Sapporo (Yaponiya)

Sapporo Yaponiyanın 2 milyon əhalisi olan dördüncü böyük şəhəridir. Hokkaydo adasının şimalındakı ən böyük şəhəri olan Sapporoya ildə 4,8 metr qar yağır. Hər il dünyaca məşhur Sapporo Qar Festivalının keçirildiyi şəhər 1972-ci ildə Qış Olimpiya Oyunlarına da ev sahibliyi edib.

3- Toyama (Yaponiya)

Yaponiyanın Honsyu adasının mərkəzi hissəsində - Yapon dənizinin sahilində yerləşən və 417 min əhalisi olan bu şəhərə hər il orta hesabla 3,6 metr qar yağır.
Toyama "Yuki no Otani (Buz Divarları)" adlı yarı açıq təbii qar tunelindən ibarət Yaponiyanın dünyaca məşhur yolu olan "Tateyama Kurobe Alp Pass Road” yaxınlığında yerləşir. "Tateyama Kurobe Alp Trail” qış aylarında tez-tez bağlanır.

Dünyada ən çox qar yağan 10 şəhər


4- St Ehn (Kanada)

Kanadanın şərqindəki Nyufaundlend adasındakı 100 min əhalisi olan bu şəhərə ildə orta hesabla 3,3 metr qar yağır.

5- Quebec (Kanada)

Kvebek əyalətinin Monrealdan sonra ikinci ən böyük şəhəri olan Quebecdə də Sirakuza kimi ildə orta hesabla 3,15 metr qar yağır. 490 min əhalisi olan şəhər Şimali Amerika qitəsinin ən qədim şəhərlərindən biridir.

6- Sirakuzı(ABŞ)

Nyu- York əyalətinin qərb hissələrinin mərkəzi şəhəri və 145 min əhalisi olan Sirakuzaya ildə 3,15 metr qar yağır. "Accu Weather” meteorologiya firmasının statistikasına görə, şəhərdə yerləşən Sirakuza Universiteti dünyada ən çox qar yağan ikinci universitet şəhərciyidir.
 

Dünyada ən çox qar yağan 10 şəhər

 

7- Sarenay (Kanada)

Kvebek əyalətinin 145 əhalisi olan bu şəhərə ildə orta hesabla 3,12 metr qar yağır.

8- Akita (Yaponiya)

Yapon dənizinin şərq sahilində və Honsyu adasının şimal-şərqində yerləşən, 320 min əhalisi olan Akitaya hər il orta hesabla 2,7 metr qar yağır.
 
9- Roçester (ABŞ)

Nyu-York əyalətinin digər şimal şəhəri, 260 min əhalisi olan Roçesterə ildə orta hesabla 2,5 metr qar yağır. Ontario gölünün bir az cənubunda yerləşən Roçester 20-ci əsrin birinci rübünə qədərbu arama üzrə ABŞ-ın aparıcı şəhərlərindən biri idi.

10- Buffalo (ABŞ)

Nyu –Yorkda Eri gölünün şərqində yerləşən Kanada sərhədinə yaxın Buffaloya ildə orta hesabla 2,4 metr qar yağır. 259 min əhalisi olan şəhərdə Niaqara şəlaləsi də var.

Dünyada ən çox qar yağan 10 şəhər

 

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.