» » Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

 
 
 Dərslik Mərkəzinin yaradılmasına ehtiyac var

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

 

Sovet təhsilində şagird bir kitab, bir də şagird dəftəri ilə təhsilini başa vururdu, ən yüksək reytinqli ali məktəblərə qəbul olunurdu.
7 və 8-ci siniflər üçün "Azərbaycan dili” dərsliyi vardı. Müəllifləri Azərbaycan dialektologiyasının banisi, Əməkdar elm xadimi, professor, EA-nın həqiqi üzvü Məmmədağa Şirəliyev və məşhur türkoloq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Muxtar Hüseynzadə idi. O kitab necə aydın, anlaşıqlı dildə yazılmışdı.
Dərslik yazmaq elmi əsər yazmaq demək deyil, bunun çox incə pedaqoji, psixoloji və sosial aspektləri var.
Dövlət İmtahan Mərkəzindənsə bir Dərslik Mərkəzinin yaradılması, bu sahə üzrə peşəkarlar yetişdirmək təhsilimizə daha çox fayda verərdi.
Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti Təhsil Nazirliyinin fəaliyyəti ilə paralellik təşkil edir. Orada fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti də Təhsil Nazirliyi sisteminin əməkdaşlarıdır.
Nə üçün şagirdlərin zəhmətini 10 il orta məktəb müəllmləri çəkir, dərs vəsaitləri, test topluları, sınaq və qəbul imtahanlarının əhəmiyyətli hissəsi orta məktəb müəllimlərinin fəaliyyəti ilə başa gəlir, amma qazanc gətirə bilən hissəsi DİM-nə aid olur.

Gəlmək istədiyimiz yol təyinat bölgüsündən işə imtahanla qəbula qədərmiş
 
Ali məktəblərin gözəlliyi məzun buraxılışı, diplom bölgüsü idi. Kimin ağlına gəldi təyinat bölgüsünü ləğv etmək ? Elə həmin vaxtdan da pedaqoji ixtisaslar üzrə kadr hazırlığı sahəsində ekstensiv planlaşma hökm sürməyə başladı və bu, indi də davam edir. Bir tərəfdən universitetlər, kolleclər diplomlu mütəxəssislər hazırlayır, onlara iş tapılmır, o biri tərəfdən isə ehtiyac var deyə qeyri-pedaqoji ixtisaslıları ixtisasartıma və pedaqoji kadrları yenidənhazırlanma kursları vasitəsi ilə müəllim edirlər. Belələri iş tapırlar, amma dövlət ali məktəblərini bitirmiş pedaqoji ali təhsillilər məktəbi bitirən kimi iş tapa bilmir, başqa sahələrə üz tutur, müəllimliyin daşını atırlar.
Baxın, şagird orta məktəbdə fəal oxuyub. Daim tələbə adı qazanmaq arzusu ilə yaşayıb, bunun üçün yuxusuna haram qatıb, çox şeydən özünü məhrum edib. Zəhməti səmərəsiz qalmayıb: yüksək balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olunub və oranı da əla qiymətlərlə başa vurub. Amma təyinat bölgüsü yox, istədiyin uyğun hansısa məktəbə isə kimdir səni işə götürən, deyəcəklər yer yoxdur. Həm də məktəblərə işə imtahanla qəbul edirlər? Fəqət, özlərinin marağı olanda istədikləri şəxslərə istədikləri məktəbə əmr verirlər. Məktəblərin hansında araşdırma aparsalar, bunu aşkar etməyə nə var ki? Qanuna görə, tam stavka olmazsa, əmr verilməməlidir.
Amma bunlar verirlər. Faktiki işləyən müəllimi diaqnostika adı ilə nokauta salırlar, deyirlər ki: imtahanda az bal toplamısan, sənə 18 saat dərs vermək olmaz. 5 müəllimin hərəsindən 5-6 saat kəsəndə, 3-4 nəfərə 0, 5 stavka düzəldib yeni əmr verə bilirlər. Bu yeni müəllimlər də izahat yazırlar ki, biz 0,5 stavka dərs yükü ilə tam razıyıq.
 
65 yaşında nə fiziki, nə də mənəvi cəhətdən qocalmamış müəllimləri bir az da qocaldan 65 xofu

 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

 

65 yaşı olan nə qədər müəllim, məktəb direktoru var ki, işləyir, amma böyük bir qismini zorla işindən ayırırlar. Bu, ikili standart deyilmi? Qanun da, humanizm də hamıya eyni dərəcədə şamil olunmalıdır.
Kimsə çörəyi qulağına yemir, işindən uzaqlaşdırılmış şəxslər də ziyalıdırlar, həm də zəngin həyat təcrübəsi olan ziyalı, onlar ikinci standartın kiminsə, nəyinsə xatirinə edildiyini bilirlər, cəmiyyət də bilir. Nə olsun ki, səs-səmir çıxmır, etiraz etmirlər. Etiraz edib indi də təhdid və təqib olunmayacaqlar ki.

Haşiyə: Gənclik illərimdə bir dostum vardı,yataqxanada dostlaşmışdıq. Bir vaxt ikimiz də hüquq fakültəsinə sənəd vermişdik. O vaxt hüquqa qəbul olunmaq müşkül məsələ idi. Sonra mən başqa ali məktəbə daxil olub rayona getdim. Dostum isə məndən sonra M.F.Axundov adına APDİ-yə. Dostum dünyagörüşlü, sağlam və əqidəli gənc idi. Əsgərliyini Murmanskda Hərbi Dəniz Donanmasında keçirmişdi.Orada 2 illik partiya məktəbi də bitirmişdi. Xidmətdən sonra xidmət etdiyi donanmadan doğulduğu rayonun partiya komitəsinə məktub göndərilibmiş. Həmin zəmanət-məktubda dostumun partiya-komsomol təşkilatlarında irəli çəkilməsi tövsiyə olunurmuş. Dostum bir müddət müəllim işləməklə bərabər, deyəsən, həm də kolxozun partiya təşkilatının katibi işlədi. Sonra məktəb direktoru oldu və uzun müddət də bu vəzifədə işlədi. Bu yaxında Bilik günü münasibəti ilə təbrik etmək istədim, dedi ki, daha müəllim deyiləm, məni azad etdilər, artıq təqaüddəyəm.
Hesab edirəm ki, tamam yanlış münasibətdir. Dostum tam gümrahdır, İxtisas və metodiki bilikləri yüksəkdir. Rəhbər pedaqoji işçilərdə olmalı bütün keyfiyyətlərə malikdir.

Məgər peşəkarlaşmış, ustadlaşmış bir işçini 65 yaşı tamam olan kimi vəzifəsindən azad etməlidirlər? Kadrları bu cür yaş bəhanəsi ilə işdən azad edəndə yerli-yersiz şübhələrə yol açılmış olur .
 
Bir də gözümüzü açıb görəcəyik ki, məktəblərdə nə bir kişi müəllimi, nə də ağsaçlı müəllim qalıb

Siz məktəblərin simasına baxsanız, bu gün məktəblərdə kişi müəllimlər, nisbətən yaşlı müəllimlər azdır. Bir azdan məktəblərdə, belə getsə, müəllimlə şagirdi seçmək mümkün olmayacaq.
Yəqin, Süleyman Rəhimovun "Mehman” povestini oxumusunuz. Aşağıda həmin povestinbaşlanğıcından bir hissəni təqdim edirəm:
 
"Tədris hissə müdiri Məlikə xanım on illik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şevə kimi qara qıvrım saçlarına qarışdı.
- Oğlum, - deyə müəllimənin yaşaran gözləri doldu.
- Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, son buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüya gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, ham də oxumaqda bütün uşaqlara nümunə göstərmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram.
Məlikə xanım çəkilib Mehmanın gözlərininiçinə diqqətlə baxdı:” Mənim sənə bir analıq tövsiyəm vardır”. Məlikə müəllimə göydamarlı əlini qəti bir qərarla qaldırıb: " Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, bu, sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır. Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə, öz ürəyini ləkələmə!
Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi:
- Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..”

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

 

İndiki kimi davam edəcəksə, 5-10 ildən sonra məktəblərimizdə Məlikə xanım, Cəbiş müəllim timsallı ağsaç, nurani bir müəllim də olmayacaq.
İndiki şagird özündən 5-6 yaş böyük olan direktora, tədris hissə müdirinə, lap müəllimə necə "ana” desin?
Məktəb, pedaqoji sahə bütün digər sahələrdən bu özəlliyinə görə seçilir və seçilməldir də.
1980-ci illərə qədər mövcud olmuş təhsil sistemimizi gənc nəsil xatırlaya bilməz, amma biz xatırlayacağıq.
Elə bir məktəb ola bilməzdi ki, həmin məktəbdə 5-10 nəfər yaşlı müəllim olmasın. Gənc müəllimlər üçün də, şagirdlər üçün də bir görk idi bu müəllimlər. Onlar eyni zamanda el-oba üçün də qoca kişi obrazı idi . Məktəbə yaxınlaşan müəllim də, şagird də özünü yığışdırıdı ki, onarın yanında məsuliyyətli olmaq lazımdır.
Bu gedişl evdə anasının , bağçada müəllimələrinin, orta məktəbdə də qadın müəllimələrinin diqqəti, qayğı və nəvazişi ilə böyüyən oğlan uşaqlarımızın xarakterində gələcəkdə mütləq bir fəsad özünü göstərəcək. Axı həyat təkcə rahatlıqlardan, nəvazişlərdən ibarət deyil. Oğlan şagirdlərimizdə cəsarət, sağlam təkəbbür, dözümlülük, cavabdehlik, hamı üçün məsuliyyət daşımaq kimi iradi və əxlaqi keyfiyyətlərin olması vacibdir. Məktəblərdə kişi müəllimlərinin fəaliyyət göstərməsi bu baxımdan çox vacibdir.
Sirr deyil ki, bu gün orta məktəblərdə fəaliyyət göstərən müəllimlərin say nisbətində qadınlar üstünlük təşkil edir : "Azərbaycanda 4 min 447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır.
...bu müəllimlərin 81 faizini qadınlar, 19 faizini kişilər təşkil edir. (Bax:https://tehsil.biz/news/az/5138/Azrbaycanda-kii-mllimlrin-saynn-azlnn-real-sbblri-AIQLAMA)
Belə məsələlər indi heç ağla gəlmir. Məktəbləri sürətlə cavanlaşdırılar.
 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (IV yazı)

 

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.