» » Bu ölkədə heç kim evlənmək istəmir

Bu ölkədə heç kim evlənmək istəmir

 
 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Yaponiya dünyanın ən çox işləyən insanlarının yaşadığı bir yerdir. Metrolarda, ofislərinin istirahət otaqlarında, avtobuslarda, bir sözlə, yatmaq ağlınıza gəlməyən hər yerdə bu qədər zəhmət çəkən insanları görə bilərsiniz. Bu yavaş tempdə onların çox da sosiallaşmaq imkanları olmur. Bu səbəbdən Yaponiyada yaşayan bəzi insanlar evlilikdən çox uzaqdırlar. Amma indi 20 yaşını keçmiş yeni nəsil belə düşünmür. Birlikdə Yaponiyada insanların evlilik haqqında nə düşündüyünə daha yaxından nəzər salaq.

Dünyada subay qalmağa üstünlük verənlərin sayı günü-gündən artır. Bunun bir çox səbəbi var. İnsanlar müəyyən narahatlıqlara görə tək qalmağa üstünlük verə bilərlər.

Əslində, təbii ki, yalnız narahatlıq deyil, həm də özlərinə vaxt ayırmaq və ya məsuliyyət daşımaq istəyi də bu səbəblərdəndir. Ümumilikdə, Yaponiya digər ölkələrlə müqayisədə bu sahədə önə çıxır.

Məlumdur ki, Yaponiya uzun saatlar və yüksək templə işləyən bir ölkədir. Nəzərə alsaq ki, bəzən yatmağa belə vaxt tapa bilməyən insanlardır, onların tək qalmaq istəyi də çox qəribə səslənməyəcək.

Əsas səbəblər iqtisadi narahatlıqlar, həmyaşıdların təzyiqi, azadlığın məhdudlaşdırılması və sair bu kimi səbəblərdir.  İnsanlar bu  qayğılara görə evlənməyə üstünlük vermirlər.

Onlar subay olmağı evli olmaqdan üstün tuturlar.

Xüsusilə kişilərin subay qalmasının səbəbi qazandıqları pulu yalnız özlərinə xərcləmək istəmələridir. Onlar evlənəndə pullarını istədikləri kimi xərcləyə bilməyəcəklərindən narahat olurlar.

Qadınlar isə özlərini kəşf etmək, heç kimdən asılı olmadan azad yaşamaq istəyirlər. Ölkədə gənclər təmkinli olmaq, ailə məsuliyyətini öz üzərlərinə götürmək istəmirlər.

Qadınlar da öz işlərinə diqqət yetirmək və karyera qurmaq istəyirlər. Onlar ev, uşaq və iş arasında bir həyata deyil, yalnız özlərinə diqqət yetirməyi üstün tuturlar.

Əvvəllər tək yaşamağa üstünlük verənlər cəmiyyət tərəfindən qəribə qarşılanırdısa, indi bu vəziyyət tərsinə çevrilib. Bu günlərdə Yaponiyada çoxlu  sayda subay var.

Onlar öz seçimlərinə görə evlənmək istəmirlər. Bəzi insanlar deyirlər ki, onların həyatında yalnız iki şey var. Bunlardan biri onların işi, digəri isə hobbiləridir.

İstədiyi zaman istədiyini yeyib, istədiyi vaxt istədiyi yerə getdiyini deyən gənc nəsil evli dostlarının daha bədbəxt hesab edirlər.

Yaponiyada  hər yerdə görəcəyiniz yemək avtomatları, tənha insanların yemək yeməsi üçün xüsusi restoranlar bu ölkədə görə biləcəyiniz xüsusiyyətlərdən bəziləridir.

Burada evli insanlar uşaq sahibi olmaqdan da çəkinirlər.

Ölkədə insanların 80 faizi naharı tək yeyir. İnsanlar  get-gedə evlilikdən uzaqlaşır və əhalinin sayı ildən-ilə daha da azalır. Nə qıdır qəribə olsa da, ölkə əhalisinin tək yaşamaq qorxusu və narahatlığı yoxdur. Hər kəs həyatından kifayət qədər razıdır. Yalnızlıq qorxusu olan insanlar əsasən boşanmış kişilərdir.

Həyat yoldaşından asılı yaşayan və boşanan kişilər ciddi problemlər yaşaya bilərlər. Bəzi işlərdə qazancın aşağı olması və hər an işdən çıxarılma qorxusu evlilik məsuliyyətini öz üzərinə götürmək istəməməyə səbəb olan amillərdəndir.

Xüsusilə qadınlar evlilikdən sonra ev işlərinin ədalətsiz bölüşdürülməsi səbəbindən evlilikdən uzaqlaşdıqlarını dilə gətirirlər. İşləmək, ev və uşaq baxımı ilə məşğul olmaq istəməyən qadınlar  bununla guya özlərinin azadlıqdan məhrum edilməsinə qarşı çıxırlar.

 

Qadınların  evlənməməsinin başqa bir səbəbi ailədə qocalara, xəstələrə qulluq etmələridir. Əgər onların evdə xəstə və yaşlı bir ağsaqqalı varsa, deməli, onları qoyub evlənə bilməzlər.

Son illər yapon gənclərində  artıq yeni baxış formalaşmaqdadır. Gənc nəsil düşünür ki, evlənmək və ya uşaq dünyaya gətirmək artıq karyeralarına maneə deyil.

20 yaşını tamamlayan yeni nəsil  evlənmək istədiklərini bildirirlər. Onlar iş yerlərini elə qururlar ki, həm karyera, həm də evlilik edə bilsinlər.

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 

Bu ölkədə heç kim evlənmək istəmir

 


Qeyd: Yazı türkcədən  tərcümə ilə təqdim olunur.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.