» » " Müəllimin cəmiyyətdəki xidmətləri bilirsiniz necə böyükdür?... "

" Müəllimin cəmiyyətdəki xidmətləri bilirsiniz necə böyükdür?... "

Müəllif: Anaveusaq.az от 7-11-2021, 10:53

" Müəllimin cəmiyyətdəki xidmətləri bilirsiniz necə böyükdür?... "

 

Böyük ədibimiz Abdulla Şaiq Kürdəmir, Ağsu, Şamaxı, Mərəzə üzrə SSRİ Ali Sovetinə deputatlığa namizəd imiş .
Yazıçı bir dəfə seçicilərlə görüşə gedibmiş. Məşhur ədəbiyyatşünas alim Məmməd Cəfər də yazıçı ilə bu görüşlərdə iştirak edirmiş. Mərəzədə yazıçını bərk mütəəssir edən hadisə ilə qarşılaşır. Kəndlərin birində onlar sovet sədrinin otağına gedirlər. Otaq səliqəsiz imiş. İdarə işçilərindən biri üzünü Abdulla Şaiqlə söhbət edən müəllimə tutub deyir ki, ə, müəllim, götür o süpürgəni tez otağı süpür, hörmətli qonağımız var. Bu, Abdulla Şaiqə çox pis təsir edib və yazıçı həmin məmuru məzəmmət edərək deyib ki, müəllimlə belə rəftar etmək olmaz. Müəllimin cəmiyyətdəki xidmətləri bilirsiniz necə böyükdür?...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.