» » “Mariya Selesta”gəmisinin naməlum taleyi

“Mariya Selesta”gəmisinin naməlum taleyi

“Mariya Selesta”gəmisinin  naməlum taleyi

1872 -ci ildə "Mariya Selesta" adlı tacir Nyu -Yorkdan beiqantinlə ( ikidirəkli silahlı yelkənli gəmi) İtaliyaya yola düşdü. Gəmidə kapitan Bencamin Briqs, həyat yoldaşı və ikiyaşlı qızı, həmçinin yeddi ekipaj üzvü var idi.
Onlar satmaq üçün İtaliyaya 1700 barel spirt daşıyırdılar. Amma gəmi mənzilə gedib çatmadı. Dörd həftə sonra gəmi Atlantik Okeanında Dei-Grazia briqadası tərəfindən tapıldı. İçində nə ölü, nə də diri bir nəfər belə tapılmadı. Kabinədəki əşyalar elə düzülmüşdü ki, sanki insanlar təzəcə oradan ayrılıblar. Zorakılıq və atəş izi yox idi. Gəminin hərəkət jurnalından başqa bütün sənədlər də yoxa çıxmışdı. Tütün və ərzaq təchizatı olan dənizçi boruları adəti üzrə olduğu yerlərdə idi. Sanki gəmidəkilər bilərəkdən gəmini buraxıb çıxıb getmişdilər.
Ancaq belədirsə, niyə özləri ilə heç nə götürmədikləri, niyə qeydlər buraxmadıqları və qeyd dəftərini atmadıqları hələ də sirr olaraq qalır.
Bu hadisə ilə əlaqədar bir çox fərziyyələr mövcuddur. Ekipajın sualtı zəlzələ səbəbi ilə gəmini tərk etməli olması ağlabatandır. Və ya bir növ su qasırğasından qorxduqları və ya nəhəng bir vəhşi su heyvanı tərəfindən hücuma məruz qaldıqları güman edilir. Beləcə, "Mariya Selesta”nın ekipajı itkin düşür və orada nə baş verdiyini indiyədək heç kim bilmir

“Mariya Selesta”gəmisinin  naməlum taleyi


Mənbə: İnformasiya üçün açıq rus saytları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.