» "Bz Allahın ümidinə yol gedirik" - Lətifələr

"Bz Allahın ümidinə yol gedirik" - Lətifələr

 

"Bz Allahın ümidinə yol gedirik" - Lətifələr

 

Ruhi xəstə  baş həkimə palata yoldaşından şikayət edir:
-Doktor, filankəs məni lap bezdirib...canımı bogazıma yigib..gecələr az qalıram dəli olum!!
Doktor xəstənin bu cür agıllı danışıgına  qulaq asdıqdan sonra soruşur:
-Axı o sənə neyniyib ki??
-Nə edəcək ki, butun gecəni öz –özünə deyir ki, "men çıragam"..
Doktor xəstəni sakitləşdirib deyir:
-Sən ona fikir vermə..gözünü yum və yat!
Xəstə daha təəccüblə deyir:
-Necə yəni yat???!! Çıraq işığında yatmaq olar????? 

  wink wink wink

Kişiinin arvadi normalda telefonla 2-3 saatdan az danışmırmış. Bir axşam yenə telefon zəng gəlir. Arvad dəstəyi götürür,  yarim saatdan sonra yerə qoyur. 

 Kişi soruşur: 

- Xeyir ola, dəstəyi nə tez asdın? 

Arvad cavab veri
- Heç, səhv düşmüşdü.

   wink wink wink

Kənddə yaşayan iki əmioğlu Cəfərqulu və Məmmədqulu Turkiyəyə ikimərtəbəli avtobusla yola düşürlər. Cəfərqulu ikinci, Məmmədqulu birinci mərtəbədə oturur. Turkiyə ərazisinə çatanda Cəfərqulu yuxarıdan qışqırır:

-Ay Məmmədqulu?
Məmmədqulu:

-Hə?
Cəfərqulu:

- Aşağıda yer var?
Məmmədqulu:

-Neyniyirsən,  oturmusan yuxarda da?
Cəfərqulu:

Ə qardaş, sizdə sürücü var, biz Allahın ümüdünə gedirik. 

 wink wink wink

 Ana -bala söhbət edirlər. bala anadan soruşur:
- Ana, mələklər uçur?
- Bəli, bala uçur
- Bütün mələklər uçur?
- Bəli,  balam.
- Bəs onda bizim qulluqçu qız niyə uçmur?
- Qulluqçu qız niyə uçmalıdır ki, ay mənim ağıllı qızım?
- Nə bilim, ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
Ana hirsli halda durur ayağa:
- Demək belə, onda  bir azdan  uçacaq 

 wink wink wink

 Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da hara gəldi  qaçır və axırda    gəlir mətbəxə anasının yanına. Anasına sığınır ki,  ona kömək eləsin. Atası mətbəxə daxil olur, əl uzadıb  uşağın yaxasından tutmaq  istəyir. Anası imkan vermir və soruşur:

- Ay kişi, uşağı niyə döyürsən ? 
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi.

Arvadı təccüblə soruşur :

-Keçən həftə deyibsə, bəs indi niyə döyürsən ?

Əri cavab verir :

- Arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ? 


 

"Bz Allahın ümidinə yol gedirik" - Lətifələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.