» » Lətifələr

Lətifələr

Müəllif: Anaveusaq.az от 9-01-2022, 00:25

 

Lətifələr

 

- Ata, gəlmişəm səninlə yatam!
-Tək yatmaqdan qorxursan?
-Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsn.
- Nə yuxuydu o elə?
-Görürdüm mənə velosiped almısan!
winkwinkwink
Ata hirslə:
- Bu nədir, yenə "2" almısan?
- Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
- Savadsızsan da! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar?
winkwinkwink
- Ana, olar çıxım həyətə?
- Çirkli qulaqlarınla?
- Yox, dostlarımla!
 winkwinkwink
 
 - Ata, bu gün anam məni iki dəfə döyüb!
- Nəyə görə?
- Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı.
- Bəs ikinci dəfə nəyə görə döydü?
- Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə.
 winkwinkwink
Müəllim dərs zamanı uşaqlara deyir:
-Pulu boş yerə xərcləməyin. Atanız onu alın təri ilə qazanır.
Bir uşaq deyir:
-Mənim atam alın təri ilə qazanmır.
-Bəs o pulu haradan alır?
-Buzxanada işləyir.
 winkwinkwink
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
-Niyə gecikdin?
-Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
-Nə?
-Yazılmışdı ki qabaqda məktəb var yavaş gedin.
winkwinkwink
İdman dərsində müəllim Əlidən soruşur:
-100 metri neçə saniyəyə qaçarsan?
-Müəllim, o baxır nəyin dalınca qaçmağıma.wink
  winkwinkwink
Müəllim:
-Uşaqlar,nə üçün  süz  yığışıb öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
- Düzgün yazmayıb, özü cavabdehdir. Sizə aid deyil axı bu.
-Axı biz hamımız ondan köçürrmüşdük.
 
winkwinkwink
-Ana, fil balaları haradan əmələ gəlir?
-Bilirsən, qızım, ...
-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.
winkwinkwink
Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır. Sinif rəhbəri ondan soruşur:
-Niyə ağlayırsan?
-Müəlliməmiz pilləkəndən yıxılıb.
-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.
-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O yıxılanda mən bufetdə olmuşam.

Lətifələr

 Mənbə: İnternet

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.