Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Müəllif: Anaveusaq.az от 3-04-2021, 20:00

Kəlağayı konsepsiyasının müəllifləri müəyyən etmişlər ki, "ornamentlərin və onların kompozisiyalarının mənası qəliblərin adlarında öz əksini tapmışdır. Onlar hamısı müxtəlif şəkildə – bəzən sərt qanunlar əsasında, bəzən də ustanın ("tavakeş”) ruhi və emosional vəziyyətindən asılı olaraq kəlağayının ornamental üslubuna daxil olmuşdur; məsələn, ustalar konsentrik qrupa aid olan naxışlı "Basqal” kəlağayısının kompozisiyasını kainatın mərkəzinin təsviri kimi izah edirlər. Bəşərin varlığı haqqında bütün universal təsəvvürlər burada öz əksini tapmışdır. Burada insanın ən yaxşı müdafəsinin ("şah”, "şah-buta”) dağlar ("dik haşiyə”) olmasına əminlik ifadə edilir, bu dünyada fziki şəkildə sona çatan həyatın digər yüksək bir dünyada daha dolğun, rəngarəng və məzmunlu şəkildə davam etdiyi bildirilir. Bəlkə elə buna görə də bu kəlağayılar zəngin rəng çalarlarına malikdir və onların hazırlanmasında müxtəlif qəliblərdən istifadə olunur.

Bu günə qədər yerli əhalidən 130-dan artıq alınmış qəlib ədəbi mənbələr və şifahi təsvirlər əsasında bərpa edilərək Basqaldakı interaktiv "Kəlağayı” muzeyində saxlanılır. İlk dəfə onların təsnifatı aparılmış və kataloq şəklində nəşr edilmişdir. Hər bir qəlibin öz adı var: "şah”, "şah-buta” və s. Bəzi qəliblər, məsələn, yuxarıda təsvir olunmuş "göbək”, "şah-həyat ağacı”, "şah-güllü”, buta motivləri – "bala buta”, "küsülü buta”, "güllü buta”, "hirsli buta”, "cüt buta”, "hamilə buta”, "sevgili buta”, "badam buta” və digərləri yalnız ağacdan hazırlanır. Bu siyahı kəlağayının ornament sisteminin nə qədər mürəkkəb və məzmunlu olduğunu göstərir. Bütün işarələr və rəmzlər barədə məlumatı olan adam üçün bu, əsl "həyat kitabı”dır. Təsadüfi deyil ki, burada hər bir motiv özündə müəyyən informasiya daşıyır, dünyanın sirrini açır. Çox vaxt bu gözəl yaylıqlar Cənnət təsvirlərini əks etdirir. Burada bitkilərin, çiçəklərin, ağacların, quşların və heyvanların konkret növünü asanlıqla müəyyən etmək olar. Belə ki, haşiyələr üçün nəzərdə tutulmuş qəliblər arasında "nar gülü”, "cır nar”, "günəş” təsvirlərinə rast gəlmək olur. "Ağ zəmin” kəlağayılarının bəzədilməsi üçün "xarıbülbül”, "aypara”, "meynə” qəliblərindən istifadə olunurmuş. Haşiyələr isə "aldan çıxartma”, "gülabzən”, "pullu qəlib”, "şiş papaq”, "ceyrangöz haşiyə”, "heyvagülü”, "pişik ayağı”, "yarpaq” qəlibləri vasitəsilə xırda naxışlarla zənginləşdirilirmiş.
Ən çox sevilən bitki motivləri isə qızılgül, nərgiz, qərənfl, lalə, zanbaq, süsən gülləri, nar, heyva, alça ağaclarının çiçəkləri, sünbül və müxtəlif biçimli yarpaqlar olub. yarpaq və çiçək rəsmləri mürəkkəb həndəsi naxışlarla uzlaşdırılırdı. Həndəsi naxış düz və sınan xətlərdən, ziqzaqlardan, üçbucaq, dördbucaq, altı və səkkizbucaqlı fqurlar, romb və ulduzlardan ibarət idi.
2014-cü ilin noyabrında YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi” daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi və fəal təbliğatçısı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfri Mehriban xanım Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır – onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır. Mehriban xanım çıxışlarının birində demişdir: "Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”. Diqqətinizə təqdim olunan kitab məhz bu məqsədlərə xidmət edir.
Mənbə:https://kelaghayiart.az/az/page_06.html
Oxşar postlar:
- Oxunub: 102
- Şərhlər: 1
- Bölmə: Humanitar / Mədəniyyət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar