Çimərlik geyimlərinin təkamülü - I yazı
Yaranışında insanlar dünyaya çılpaq gəlir. Elə ilk günlərdən , bəlkə də hələ heç dünyaya gəlməmişdən onlara, hətta bir neçə paltar alınır. Amma qədimdə belə olmayıb, insanlar elə uzun müddət çılpaq gəzib dolaşıb.
Dünya 30.000 il əvvəl kəskin iqlim dəyişmələri baş verdi. Bu, insanların beynində, təfəkkürlərində soyuğa həssas olan bədənlərini qorumaq üçün bir təbəddülat yaratdı. İlk insanlar o dövr üçün ibtidai şəkildə də olsa, texnoloji yeniliklər haqqında düşünməyə başladılar : xüsusi kəsici alətlər, iynələr meydana gəldi, daha sonra sümük alətlər. Bu vasitələrlə insan özünü artıq fərqli geyimlə təmin edərək, təhlükələrə, fiziki təsirlərə müqavimət göstərə bilirdi. Bədənini, üzünü basmış tükü təraş edə bilirdi.
İlk insanların bədənlərini heyvan dəriləri, iri yarpaqlarla örtdükləri məlumdur. Həyat irəliyə doğru inkişaf etdikcə, insan ailəri artıb çoxaldıqca, bu insanlar arasında əlaqə və davranış ehtiyacları onların düşünmə qabiliyyətlərini , yaradıcı qabiliyyətlərini daha da fəallaşdırdı. İnsanlar ərzaq istehsal etmək, onları saxlamaq texnologiyalarını mənimsədilər. Daha əlverişli sığınacaqlar qurmaq texnologiyaları kəşf etdilər, bütün bədənlərini örtən paltar geyinmə texnologiyasına sahib olmaq fikrinə düşdülər . Bir qədər də üzü bəri gəldikcə, onlar geyimlərinin çeşidində fərqlilik yarada bildilər. Həyatlarına ev paltarı, ov paltarı, qış paltarı, yay paltarı fərqliliklərini gətirə bildilər. Daha sonra geyimin sosial məzmununda inqilab baş verdi, geyim etik ehtiyaclarla bərabər daha bir yeni məna kəsb etməyə başladı.İnsanların ayıb yerlərini örtdü.
Həyat bütün sahələrdə daim inkişafda idi. Yeni istehsal və fəaliyyət sahələri yaranırdı, insanların idarə olunması üçün yeni birliklərə, yeni əlaqə formalarına zərurət yaranırdı.Bu, həm də insanların şüur vı əxlaqca irəliləməsi ilə müşayiət olunurdu. Yaşayış səviyyəsinin artması isə mədəni səviyyənin artmasını şərtləndiridi. İnsanlar artıq zövqlə geyinməyi düşünürdülər, dəblə, stillə geyinmək istəyirdilər. İnsanlar indi əhvali-ruhiyyələrini, bu və ya digər xarakterik keyfiyyətlərini libasları ilə də tamamlamaq istəyirdilər.
Amma geyim vasitələrindəki təkamül heç də həmişə adi istehsalat axarında getməyib, onun məzmunundan turmuş, modelinə qədər bütün təfərrüatlarına cəmiyyətin də bir baxışı olmuşdur.
Geyim vasitələri bütün dövrlərdə müəyyəyyən qınaq və qadağalarla qarşılaşmışdır. Elə yazımızın mövzusu ola çimərlik geyimlərinin təkamülü də bu
məsələlərə həsr edilib.
Bu gün "Bikini" adlandırdığımız iki parçalı geyim Romalılara, qədim Yunanlara və onlardan da daha əvvəl - Daş dövründə Türkiyənin Çatalhöyük yaşayış məskənində də məlum imiş, olanlara aiddir. Əlbəttə , bu geyimlərə o illərdə indiki kimi "bikini" deyilmirdi.
Çimərlik geyimi( türkcə "mayo”; rusca "kупальник”) üzgüçülük zamanı geyilən və bu məqsəd üçün xüsusi hazırlanmış paltardır və bu paltar çimərkən onun sahibinə rahatlıq gətirir. İnternet məlumatlarına əsaslansaq, ilk dəfə cimərlik geyimi dəniz geyimi kimi yox, idman geyimi olaraq meydana çıxıb. Amma bu geyim vasitəsinin rahatlıqla yanaşı, mənfi tərəfləri də var. Birincisi, insan bədəninin əksər hissəsi , xüsusən də qadınların, çılpaq qaldığı üçün ətrafda narahatlıq doğurur. İkincisi isə çimərlik dəsti geyinən qadı da özünü sıxıntı içərisində hiss edir.
Yazılanlara görə, ümumiyyətlə, 1750- 1900-cu illərdə dünyada dəniz insan həyatına çox yaxın imiş, çox populyar imiş. Nə qədər maraqlı olsa da, Avropa ölkələrində belə geyimlərə münasibət birmənalı olmamışdır. Amma bu axının qarşısını da durdurmaq olmurdu. Bu populyarlığın əxlaqi ölçüsü nəzərə alınaraq, " təkərli daxmalar/hamamlar" icad edilmişdi. Bu "təkərli daxmalar " dəniz sahilinə gətirilir, heç kimin olmadığı bir yerdə qadınların istifadəsinə verilirdi və qadınlar by daxmalarda gizli şəkildə çimə bilirdilər.
Təbii ki, dəniz insanlara təkcə əyləncə və idman məqsədləri üçün deyil, həm də sağlamlıq vasitəsi olaraq da zəruri idi. Çimərlik geyimləri deyilən anlayış olmadığı üçün insanlar əyinlərindəki geyimdə üzməyə məcbur idilər. O vaxt geyimlər bədənin görünməməsi üçün, adətən, qalın parçadan hazırlanırdı. Bu, həm narahatçılıq , həm də fiziki ağırlıq yaradırdı: suyun içinə girəndə su çəkən paltarları üzgüçülük hərəkətlərini məhdudlaşdırırdı.
1. 1890-cı illərdə artıq dəniz geyimləri təşəbbüsləri görünməyə başladı. Artıq çimərlik geyimləri üçün xüsusi parça/ neylon istehsal olunmağa başladı. Ancaq bu geyimlər də o illər üçün xarakterik olan geyim xəttlərindən kənara çıxa bilmədi. Rahatlıq baxımından müəyyən yeniliklər olsa da, neylon parçalar bədənin cizgilərini açıqlayırdılar.
1890-1910 -ci illərdə İlk dəfə qolsuz forma mayoları görünməyə başladı. Gövdənin yan hissələri qapalı olsa da, bədən xətləri görünməyə başladı.
2. 1910-1920 illərdə qapalı ayaqları olan qolsuz forma mayoları görünməyə başladı. Viktoriya dövründəki (Böyük Britaniya kraliçası I Viktoriyanın hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb)bu illərdə dəniz kənarında çimmək populyarlığı davam etdi.
Mayo üslublarında çimməklə üzmək arasında bir boşluq var idi. Və eyni illərdə üzgüçülük olimpiya idman növünə çevrildi. 1907-ci ildə Avstraliyalı üzgüçü Annette Kellerman, Amerikadakı bir nümayişdə çimərlik kostyumu səbəbiylə həbs olundu və buna cavab olaraq öz mayo modelini istehsal etdi. Bu, müasir mayoların ilk nümunələrindən biridir. Sonrakı illərdə bir çox kino ulduzu qadın bu mayolara üstünlük verməyə başladı. 1915-ci illərə doğru gəldikcə, görünüş daha çox çimərlik geyimlərinə bənzəyirdi. Bir diqqəti çəkən cəhət də, geyimlərin eyni parçadan ibarət olması idi.
Qadınların olimpiada yarışlarında iştirakına icazə verildikdən 13 il sonra, 1913-cü ildə, (sonradan Jantzen çimərlik geyiminin sahibi olan) Amerikalı Carl Jantzen dünyanı üzmə performansını artıran ikihissəli çimərlik geyimi ilə tanış etdi. Bu kostyum, sadəcə bir şortik və köynəkdən ibarət idi. Ancaq o zaman üçün skandal sayıla biləcək xüsusiyyəti, vucuda tamamən yapışan şəkildə olmasına görə idi.
3. 1930-1940-cı illərdə çimərlik geyimləri artıq iki hissədən ibarət idi və mini ətəkləri var idi. "Vogue "kimi tanınan jurnallar çimərlik geyimlərinin qadınlara xas olmasını müdafiə etdi. Bu illərdə çimərlik geyimləri detallarına yeniliklər də əlavə olunmağa başlandı. II Dünya müharibəsi davam etdiyi illərdə korset çimərlik geyikləri və qapaqları görünməyə başladı. Qadınlar başlarını suya salmamaq üçün diqqətli idilər. 1947-ci ildə Fransız dizayner Louis Reard tərəfindən hazırlanan ilk müasir bikini tarixə yazıldı.
Mini ətəkli modellər daha çox qadın xətləri qazandı. Ester Uilyams və Doroti Lamour kimi Hollivud ulduzları bədən ayaqlarını yüksək ayaq kəsikləri ilə aça bildilər. Çimərlik geyimlərinə korset texnologiyası tətbiq olunmağa başladı. Başlarını suya vurmaq istəməyən xanımlar zərif papaqlar taxmağa başladılar.
4. 1950-ci illərdə bədən xətləri daha aydın görünür.
İkinci Dünya müharibəsi dövründə Avropada qadınlar belində dəri bantlı çimərlik geyimi, Amerikalı qadınlar isə daha kiçik çimərlik geyimi geyinməyə başladılar. Ümumiyyətlə, uzunluğu qısaldılmış və ətəkləri aradan qaldırılmış ikiyə bölünən çimərlik geyimlərinə keçid edildi.
1946-cı ildə, müharibə bitdikdən sonra ümumiyyətlə xəz və səhnə geyimləri hazırlayan Parisli dizayner Jak Heim, dünyanın ən kiçik çimərlik geyimini hazırladı.
1947-ci ildə Fransız mühəndis Louis Réard dünyaya 76 sm parçadan hazırlanmış ən kiçik iki parça üzgüçülük dəsti ilə tanış oldu.
1946-cı ildə ilk atom bombası sınağının keçirildiyi Bikini adası, bu kostyumun "bikini" adlandırılmasına motivasiya oldu. Beləcə, bu çimərlik dəstinin adı "bikini" olaraq qaldı, çünki bu ikihissəli çimərlik geyimi adaya atılmış bombanın təsiri ilə müqayisə edildi. Reard bikiniyə reaksiyanın atom bombası kimi partlayacağına inanırdı.
Rəqqasə Mişlin Bernardini ilk dəfə bikinisini Parisin mərkəzindəki məşhur bir hovuzda nümayiş etdirdi.
5. 1960-cı illərdə çimərlik geyimləri neylon və likra parçalardan istehsal olunmağa başladı. Həm də alt paltarları kimi, bədənə kip oturan modellər istehsal olunmağa başladı.
Alt paltar üslubunda istehsal olunan belə modellərin bədəni bükdüyü müşahidə edildi. Bu illərdən sonra isə üzgüçülük modası hər 10 ildən bir dəyişməyə başladı. Bu libaslara əlavə xətlər daxil edilsə də, bu ana xəttlərə hələ də əməl olunur ...
1951-ci ildə ilk dəfə olaraq "Bikini Festifalı" keçirildi, lakin cəmiyyətin bikiniyə münasibəti hələ heç də xoş olmadığı üçün onun adı "Dünya Gözəllik Yarışması" ilə əvəz edildı.
1951-ci ildə Londonda keçirilən bu yrəşmadan sonra bir çox ölkədə bikini qadağan edildi. Vatikan isə bikinini dinə zidd olaraq elan etdi. 1946-cı idə Roma Papası onu "günahkar”adlandırmışdı.
Ancaq bikininin yaradıcısı Réard ilk dəfə 50 mindən çox fanat məktubu almaqla cəsarətlə rezonans doğuran bir reklam ilə işə başladı.
1957-ci ildə Brigitte Bardott, Cannes festivalı zamanı Fransanın cənub sahillərində bikinidə poz verərək böyük bir sensasiyaya doğurdu.
1960-cı ildə Bryan Hyland, olduqca məşhur mahnısı "Itsy Bitsy Teenie Weenie Yellow Polka Dot Bikini" ilə diqqət mərkəzinə düşdü, iki il sonra Ursula Andressin ilk James Bond filmi "Dr. Xeyr filmində canlandırdığı Honey Ryder obrazı ağ kəmərli bikinidə göründü. Andress bu bikini 2001-ci ildə Londonda 61.500 dollara auksion etdi.
"Playboy” jurnalı 1960-cı ildə ilk dəfə bikini ilə tirajlandı.
6.70-80-ci illərdə bikinilər daha kiçik oldu və tək parça mayo yenidən məşhurlaşmağa başladı.
1963-cü ildə "Beach Party" filminin ulduzu Amerikalı aktrisa Annette Funicello çəhrayı bikinidə göründü. 60-cı illərin ən yaxşı vokal qruplarından biri sayılan "Beach Boys”, mahnılarında "bikinili qızlar" dan istifadə etməyə başladılar və bikinilər çox keçmədi ki, daha populyar oldu.
7. 1988-ci ildə bikininin yaradıcısı Réard şirkəti fəaliyyətini dayandırdı, lakin bikini populyarlığını itirmədi. Artıq qadınlar 90-cı illərdə daha rahat çimərlik geyimləri tapa bilirdilər.
8. Tədricən seksual olan bikini film ekranından izləyicilərini təəccübləndirməkdə davam etdi. 2003-cü ildə Demi Murun "Çarlinin mələkləri" filmindəki bikini gəzintisi dövrün ən çox danışılan mövzularından biri oldu. Bu səhnə "Mur karyerasında canlanma qapısını açdı”,- deyə dillərdə söyləndi.
2010-cu ildə dünyaca məşhur model Eva Herzigova retro görünüşlü dəri bikini ilə Adriana Degreasın moda nümayişində görünəndə, ilk dəfə bikininin çimərlik kostyumu kimi deyil, həm də paltar kimi geyilə biləcəyi müzakirə edildi.
20-ci əsrin sonları, 21-ci əsrdə müxtəlif çimərlik geyimləri modellərində dəyişikliklər xarakterikdir, bir qədər kreativ baxışlar da var bu modellərdə. Amma onun alt mənası da var idi və bu, çimərlik geyimi istehsalçılarının maraqlarına tam uyğun idi. Bu gün belə müxtəliflikdə asanlıqla retro, yüksək bikini və digər bir çox üslub tapa bilərsiniz :hər çimərlik mövsümü bikini və çimərlik geyimləri modelləri ilə şıx birləşmələr yaradılır.
Davamı var...
Oxşar postlar:
- Oxunub: 220
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar