» » Qarabağda cərəyan edən proseslərə sadə vətəndaş baxışı

Qarabağda cərəyan edən proseslərə sadə vətəndaş baxışı

Qarabağda   cərəyan edən   proseslərə   sadə vətəndaş baxışı

Rusiya dünyanın ən qüdrətli ölkələrindən biridir. Qədim tarixə, zəngin mədəniyyətə malikdir. Uzun illər İttifaq dövlətinin tərkibində bir yerdə yaşamışıq. Ölkələrimiz həmsərhəddir: 327,6 km-lik bir sərhəd xətti boyunca bu böyük məmləkətlə bizim balaca ölkəmiz həm də dost, mehriban qonşu kimi yaşayıb. Amma birdən " Fitneyi-iblisi-məl’un oldu nagəh aşikar...”. 15 qardaş ölkə bir ailə tərkibində yaşamaqdan usandırdılar. İttifaq dövlətinin iqtisadi,siyası, mədəni mövcudluğunda sanballı payı, yeri və xidmətləri olan Azırbaycan, Orta Asiya ölkələrinə ikili standartlardan yanaşılmağa başlanıldı. Bir ermıni müstəntiqi vardı, SSRİ prokurorluğunda – adı da Qdlyan. Keçən əsrin 90-cı illərinin əvvəllərində Özbəkistanda koorrupsiyaya mübarizə adı ilə başlanan divantutma işinin istintaqını aparmışdı. Qan uddurmuşdu Özbəkistana. Sonralar Qdlyan və digər bir istintanqçıya qarşı Özbəkistanda apardığları istintaq zamanı qanun pozuntuları haqqında cinayət işi açıldı. Qdlyan özü bəlaya düşdü: 1990-cı ildə Prokurorluqdaki işindən və Sov. İKP sıralarından xaric olundu. Şahidlər bildirirlərmiş ki, onlardan ifadələr amansız şəkildə "döyülərək" alınırmış.
Özbəkistan Prezidenti İslam Kərimov hakimiyyətə gələn kimi, respublika ərazisində pambıq işinə görə türm bütün məhbusları əfv etdi.
Bütün bunlar həm də siyası mahiyyət daşıyırdı.
Telman Qdlyan ilə Nikolay İvanovun istintaq avantürası Orta Asiyada yaşayan türk xalqlarını, onların bir nümayəndəsi kimi özbəkləri İttifaq miqyasında hörmətdən salmağa, oğru və rüşvətxor kimi tanıtmağa xidmət edirdi. Məqsəd özbəklərin, ümumilikdə türk millətlərinin milli kimliyinə ittifaq miqyasında, dünyada etimadsız yaratmaq idi.
Bütün bunlar Brejnevin vəfatından sonra baş verirdi. Cəmi 15 ay Baş Katib olmuş Andropovun dövründən başlayaraq, ermənilər artıq böyük İttifaq dövlətinin urvarına yaltaqlıq, xəyanət, paxıllıq, satqınlıq,qisasçılıq, bir sözlə, nə yaramaz eybəcər hallar vardı , yoluxdurmağa başladılar. Ali dövlət eşalonunda özlərinə yer edə bilmiş Aqanbekyan, Sitaryan kimi erməni mafozlar artıq İttifaq dövlətinin qüdrətini sarsıtmağa başlamışdılar. Hələ o vaxt 1989-cu ildə qanlı Fərqanə hadisələrində Özbəkistanda fəaliyyət göstərən erməni təşkilatlarının da izi müəyyən edilib.
Artıq irtica dərinə işləyirdi. Ümummilli lider Heydər Əliyev onların qarşısında keçilməz sədd idi, onlar bu səbəbdən Əliyevin Kremldən uzaqlaşdırılmasına nail oldular və ardınca da 20 Yanvar faciəsi, Qarabağ müharibəsi baş verdi.
SSRİ kimi CAHANŞÜMUL bir ölkə Brejnevdən sonra yarımcan vəziyyətə gətirildi və artıq çökməsi labüd oldu.
Bizim nəsillər gözlərini açandan, az-çox danışmağa başlayandan, ilk məktəb günlərindən eşitdiyi ən aktiv sözlər "Lenin”,"Moskva”,"Kreml”,"Qızıl Meydan”," partiya”, oldu. İbtidai siniflərdən, ta tam yetkin şəxs olana kimi partiyanın, onun rəhbərinin ideallarını döşümüzdə, boynumuzda, sol cibimizdə ürəyimizin başında, beynimizdə yaşatdıq: oktyabryat, pioner, komsomol nişanları, qızmızı pioner qalstuku kimi, partiya bileti kimi. Rayonda elə bir mötəbər tədbir ola bilməzdi ki, bədii hissəsində məktəblilər partiya, komsomol, Lenin, Moskva haqqında şeir söyləməsin, mahnı oxumasın. Şagird inşalarının mövzusu partiyaya, Moskvaya, Leninə sonsuz sədaqət ifadəsinə xidmət edirdi.

Qarabağda   cərəyan edən   proseslərə   sadə vətəndaş baxışı

 Bütün nümayişləri təntənə ilə keçirərdik. Azadlıq meydanı bayraq izdihamı yaşayırdı. Leninin, digər dövlət rəhbərlərinin portretləri də başımız üstdə.

Sovet xalqlarının necə mehriban, qaynar dostluq əlaqələri vardı. Böyük Vətən müharibəsinin 1 əsas səbəbi də SSRİ xalqlarının dostluğu idi.
Bizim Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov öz bədəni ilə düşmən pulemyotunun qarşısını kəsərək komandiri Sinetskinin həyatını xilas etmişdi. Hüseynbala Əliyev Leninqrad göylərini qoruyanda 23 yaşı vardı. Qəhrəmancasına həlak omuş və "Lenin” ordeninə layiq görülmüşdü. Ölümündən sonra Sovet İttifaqı Qıhrəmanı adına layiq görülmüş Gəray Əsədov 21 yaşında şəhid olub... Son döyüşdə bir neçə atəş nöqtəsini susdurmuş, sonuncusunu isə öz sinəsi ilə qapayaraq susdurmuşdur. Bu, Aleksandr Matrosovun qəhrəmanlığını təkrarı idi.
Tarixə II Dünya müharibəsi kimi düşmüş bu müharibəyə Azərbaycan 600 mindən çox oğul və qız yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Faşizm üzərində qazanılan qələbənin tən yarısı texnikanı hərəkətə gətirən Bakı nefti ilə bağlı idi. Azərbaycan təkcə nefti, canlı qüvvəsi ilə deyil, bütün ehtiyatları ilə Sovetlər İttifaqının bütün nailiyyətlərində canballı yeri ilə seçilib, istər müharibə dövründə, istərsə də sakit günlərdə. Amma bu xalqın sinəsində Xocalı soyqırımını keçmiş 366-cı polkun sovet əsgərləri törətmişdilər. Azərbaycanın 20 faiz ərazisi 30 il işğal altında qaldı. Rusiya seyrçi mövqedə dayandı. Haqqı, ədaləti müdafiə etmədi. İkili standartlarla çıxış edən dünya nəhənglərinin sırasında qaldı. Biz bunu Rus xalqının mövqeyi kimi qəbul etmirik. Ayrı-ayrı adamlar pozula bilər, amma xalq heç vaxt pozulmur. Rus xalqı bu gün də müharibə istəmir. Müharibə istəyən qüvvələr
rus xalqının sadə yox, özlərini xalqın fövqündə hiss edən
tərəfinin hissəsidir.
Dünyanın , insanlığın bir nicat yolu var: doğruluq, düzlük, ədalət, halallıq, Allahlıq. Bunlara tapınan adamlar hansısa ambisiyalarına görə tərəfə çevrilə bilməzlər.Qarabağda   cərəyan edən   proseslərə   sadə vətəndaş baxışı
Mənim bu müraciətim Rusiyada kiməsə yetməyəcək. Amma 5-ci kalonun nümayəndələrinin gözünə sataşmaq ehtimalı ki var. Yazmasam, deməsəm, hirsdən partlayaram ki. Rusiya həmsədr ölkə olduğu üçün onun statusu imkan verirdi ki, işğaldan sonra Qarabağın faktiki vəziyyətini gəlib öz gözləri ilə görsün. Görsün ki,
Ermənistan Qarabağı şumlayıb. Sərvətlərini talayıb aparıb, çıxanda da olan-qalan tikililərini uçurub, yandırıb, hələ ürəyi soyumayıb, gedəndə də ərazliləri minalayıb gedib.İndi siz nə barışıq(o da guya ha) yaratmaq istəyirsiniz? Düşmənlə yanaşı yaşamaq olarmı? Onların Ermənistanda yaşadıqları torpaqlar da bizimdir. Zəngəzur, Göyçə, Qafan, Mehri, İrəvan mahalı......... bunlar bizim torpaqlardır.
Keçən əsrin sonlarında bir azərbaycanlı qalmadı bu torpaqlarda, hamısını didərgin saldılar. Dünya susdu, Rusiya susdu. Bu gün o torpaqlardan didərgin salınan 240 min insanın hüququ hüquq deyil, amma təcavüzkar, xəyanətkar erməninin hüququ dünyanı belə məşğul edir. O torpaqlardan bir kəlmə danışmırsınız, amma burda onlara gün ağlayırsınız? Bilirik, dünya da erməniləri sevmir, sadəcə, erməniliyi sevir. Çünki niyyətləri yaxşı olmayan ölkələr bu erməniliyin üstündə məkrli planlarını qura bilirlər.
Ermənilər təkcə düşmən deyil, xəyanətkardır. Ermənistan kapitulyasiya olunub. Dünya Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Onda Araik kimdir ki, bizim ərazimizdə başqa ölkənin dilinə status versin? O, cinayət əməllərinə görə mühakimə olunmalıdır. Hüquqi olmayan bir qurumla, onun cinayətkar rəhbəri ilə həmsədr ölkə, hal-hazırda sülhməramlılıq funksiyası yerinə yetirən ölkə kimi Rusiyanın danışıqlar aparması, bu istiqamətdə digər addımları hansı niyyətlədir?
Araik deyəndə ki, Xankəndində rus dilini 2-ci ana dili elan edirik, sülhməramlılar vurub Araikin burnunu sındırmalı idilər ki, özünüz boğaza kimi batağa batmısınız, bizi də ora sürükləyirsiniz. Xankəndində nə rus var ki, rus dilinə belə status verilsin? Rus görmür ki, bu, ağbədiyə özbaşınalıqdır. Sonra rus pasportu və sair məkrli niyyətlər uzana-uzana gedəcək. Rusiya bunu rədd etsəydi, böyük etimad qazanardı. Həm də özlərinin bura həqiqətən sülhməramlı kimi gəldiklərinə yaranmış şübhələri alt-üst edərdi. Deməli, məqsəd , sadəcə, uzaq konturları sezilən başqa niyyətlərdir. Tutaq ki, ortada həll edilməli 20 şərt var. Sülhməramlılar guya bütün bunların ciddi proses olduğunu göstərmək üçün bir gündə deyil, müəyyən ara verilməklə bu 20 şərtin 19-nun gerçəkləşməsinə o qədər də mane olmayacaq, özlərini bizə dəstəkçi kimi göstərəcəklər, amma 1 şərt var ki, ruslar bura onun üçün gəliblər, bütün bu vaxtı da həmin şərti ortaya qoyacaqları gün üçün keçirirlər.
Bu şərt bizim üçün məqbul deyil. 30 ildən artıq bu xalqın başına gələn fəlakətlərin, maddi itkilərin 1-ci səbəbi Rusiyanın ədalətsizliyi olmuşdur. Rusiya razı olarmı ki, ABŞ gəlib Rusiyanın ərazisində general Rüstəm Muradovun etdiklərini etsin? Bu general və onun guya sülhməramlıları ilk gündən Azərbaycan ərazisinə gələn kimi xain əlləri kəsməyə başlasaydılar, özlərini hökm-fərma kimi aparmasaydılar, kimnarahat olacaqdı ki. Ruslar istəyirdi ki, ermənilər dirəniş göstərib Azərbaycan torpaqlarından çıxmayaydılar Amma bu, özünü doğrultmadı. Onda qollarıbda , tankləarının, bayraqlarının üstündə "Sülhməramlı qüvvələr” yazılmış statusla özləri meydana çıxdılar.
"Afərin”...
Biz sadə adamlar belə, artıq nələr baş verdiyini, niyə baş verdiyini çox gözəl bilirik. Bir Allahımız tapınırıq, bir də Ulu Türkə. Allah Türkə yar olsun. Türk bizdən yaxşı bilir və Azərbaycanın mənafeyinə zidd olan heç bir plana imkan verməyəcək... Bunu hər kəsin anlaması gərək.
.... Amma istəyirəm bir az keçmişə - keçən əsrin 1965-1985 -ci illərinə qayıdım,
bizi bu qədər sadəlövhlüyə sürükləyə nostalji hisslərimizə ekskursiv səyahət edim. Bədbəxt taleyimizə baxın, sən demə, hələ çox-çox əvvəllərdən bu torpağa ayaq basanların ayaqları , əlləri kimi, ürəkləri də kirli olub, məkrli olub. Keçən əsrin əvvəllərində bu torpaqla heç bir ilişkisi olmayan yadellilər gəlib söz sahibi olubvlar. Hətta Komissar olublar.... 26-lar kimi.
Fikir verin, XIX əsrin əvvəllərində irandan Azərbaycana köçürülən ermənilər nə deyirmişlər : "İran çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır.”
Üstündən 2 əsrdən artıq vaxt keçir, indi erməni deputat nə deyir: "Rusun əlaltısı olmaqdansa, türkün köpəyi olmaq yaxşıdır". Bu murdar məxluqlar heç vaxt, heç bir yerdə xalqlarla bir səmanın altında adam balası kimi yaşamağı bacarmırlar.
İndiki nəsil o qədər bilməz:onlar oktyabryat, pioner, komsomol, partiyayaçı olmayıblar. Görün, həmin şanlı dövrlərdə biz nə çəkmişik...İndi göycək-göyçək danışan çox tarixçi məşhurlar, yazıçılar o vaxt bu qatili sevdirməkdən, xatirəsinə yaş tökdürməkdən ötrü qeyri peşəkarlığın ən mərhəm hisslərinə belə baş vururdular. Və biz də oktyabryat, pioner, komsomol, partiyaçı olaraq bizə öyrədilənləri sidq-ürəklə etdik. Amma bir kimsə əsl tarixi bizə öyrətmədi, Şaumyana qatil demədik... Şaumyan adına rayon, kənd, mədəniyyət sarayı, küçə, heykəllərlə, əksinə, bu sevgini dərinləşdirirdilər...
26-lar haqqında bir balaca artıq-əskik danısa idin,
adamın atasına od vurardılar ki, sən vətən xainisən. Sibirə göndərərdilər və yaxud Ermənistana etap edərdilər ki, ermənilər də nə qədər istəyirlər alsınlar bizdən heyiflərini.
Şeir deyəndə, 26-ların, əsasən də quldurbaşı Şaumyanın adını xüsusi bir ahənglə çəkirdik...qan ağlaya-ağlaya.
Dünyasını dəyişmiş baba-nənələrimizi yadımıza salmırdıq, amma deyirdik kaş 1917 -18-ci illərdə doğulmuş olaydıq. Balaca olsaq da, onları Həştərxana aparan gəmini üzüb Xəzərdə qarşısını kəsərdik, 26-ları xilas edərdik..O vaxt müəllimlər şagirdlərinə patriotluğu təlqin edə bilirdilər... Bütün tələbəlik illərimdə (o zaman ki, Azərbaycan Pedaqoji İnstitutu) 26-lar bağından ən azı gündə 2-3 dəfə keçirdik...Özü də digər küçədən keçdiyimiz kimi keçməzdik. Elə bilərdik bizə hər tərəfdən göz qoyurlar, saymazyana keçsək, instituta xəbər verərlər. Keçmiş V.İ.Lenin adına Saray tərəfdən gələndə Bülbülün yaşadığı binanın qarşısında dayanırdıq - "Nizami” küçəsi ilə "Xəqani” küçəsinin kəsişməsində. İndi bağ tərəfə addımlamalıyıq, ani olaraq dəyişilib keçəcəkdik bağa, hüznlü addımlarla ta "Ü.Hacıbəyov”la "R.Behbudov”un kəsişməsinə çatana qədər.
Utanırdıq ki, onlar bizim yolumuzda güllələniblər Ağcaqumda, "sorğusuz, sualsız və məhkıməsiz...” Əbədi məşəlin önündə dayanıb susardıq, içimizdə səssiz pıçıldayardıq:
— Biz sizdən öyrəndik qəhrəmanlığı...
Amma indi məlum olub ki, əslində, biz o vaxt manqurtluğa sürüklənmiş yeni nəsil imişik. Bu canilər və onların dəstəsi bizim ata-babalarımızı, qardaş-bacılarımızı, köməksiz və müdafiəsiz körpələri qanına qəltan ediblər, bu qədər qətliamalar törədiblər, bizsə hər gün onlara təzim etmişik.Günahı bizə partiya tarixindən, Azərbaycan tarixindən dərs deyən müəllimlərin boynuna. Onlar deməyəndən sonra biz hardan biləcəkdik ki, Şaumyan, Avakyan, Əmiryan, Osepyan, daha hansı "yan”lar Azərbaycanın düşməni olub. Qəfil ağzımızdan "erməni” sözü çıxmış olsaydı, ən yaxşı halda, tələbəliklə vidalaşmalı olacaqdıq.
Artıq o zaman deyil. Tarixçilər bilməyiblər deməyiblər, ya biliblər, sadəcə, onları buna məcbur ediblər. İndi həqiqət faş olub. Dünya "nəhrə kimi çalxalanıb, yağ yağ üstünə çıxıb, ayran da ayranlıq olub”. İndi bu torpaqda yaşayanlar keçmişdəki sadəlövh insanlar deyil, müstəqil Azərbaycanın azad, müstəqil düşünən vətəndaşlarıdır.
Bizim haqqımıza kimsə girməsin.Yad əllər, yad nəfislilər bizim torpaqlardan gözlərini çəksinlər.
Artıq müasir Azərbaycanın öz Sərkərdəsi var , öz yolu var. 3 min hünərvər oğunun düşünmədən uğrunda canını qurban verdiyi Azərbaycanın öz Milli ordusu var. Bu ordunun Polad Həşimov, Hikmət Mirzəyev, Mayis Bərxudarov , Zaur Məmmədov, Kənan Seyidov, Ağamir Sultanov kimi sərkərdələri — döyüş generalları var. Tehran Mənsimov, 5 yüksəkliyə bayraq sancan Cavid Mahmudov, Babək Səmidli, Təbriz Musazadə, Ürfan Vəlizadə, Bəhruz Abuşov, Həmid Abbasbəyli, Səfər Həsənov, Cəbrayıl Dövlətzadə kimi zabit və əsgərləri var.

Qarabağda   cərəyan edən   proseslərə   sadə vətəndaş baxışı

Bu sərkərdələrin də, zabit və əsgərlərin də, Xalqın da artıq bir böyüyü var — cənab İlham Əliyev.
İki əsrdən artıq idi ki, bu xalq böyük sözünə baxdı. Böyük qabağına keçmək bu xalqın qanında heç vaxt olmayıb. Amma indi görürük bu böyüklük ədalətli, hüquqi böyüklük deyil, fiziki böyüklük iddiasıdır.
Dünya belə idarə oluna bilməz, adi bir qrup belə idarə oluna bilməz. Həll yolu ədalətli olmalıdır, Allahlı olmalıdır, hüquqi olmalıdır, insanların ləyaqəti və haqqları nəzərə alınmaqla həll olunmalıdır.
Bunu etməyəcəklərsə, nəinki rusiya, lap Amerikada dialektik məntiqə əsaslanan mütləq qələbə, nailiyyət qazana bilməz.
İndinin insanları Novruzəli deyil, Məmmədhəsən əmi deyil, Usta Zeynal deyil, Qurban deyil, Qasım əmi deyil, "marallar” deyil, "şəngülümlər” deyil.
Sadəcə, düzü düz, əyrini əyrini yazan qələm adamlarına ehtiyacımız var.

"Vaiz bizə söylər şəri – Mustafa,
Harama mürtəkib olmayın, əsla.
Özü lum - lum udur batində, amma.
Zahirdə dediyi mənaya bir bax! -yazan Zakirə ehtiyacımız var.

Çəmi 12 misrada cəmiyyətin canı naturasını çəkən Sabirə ehtiyacımız var:

Vəkil:
-Həqsizə həqli deyi, bir çox günahlara batmışam.
Həkim
Dərdi təxşis etməyib, qövm-əqraba ağlatmışam.
Tacir:
-Mən həlal ilə həramə bir birinə qatmışam.
Rövzəxan:
-Ümmətin pulun alıb, mən gözləri islatmışam.
Dərviş:
-Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.
Sofi:
-Ruzü şəb həq-həq deyib, mən kəsi oynatmışam.
Molla-

-Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
Elm:
-Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
Cəhl:
-Ortada kef eyləyib, mən həm məramə çatmışam.
Şair:

-Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
Əvam:
-Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
Qəzetçi:
-Mən çəridəm dolmaq üçün mətləbi uzatmışam.

Allah bizə hər cürə sərvət bəxş edib: yeraltı və yerüstü. Təbii və mənəvi. Gözəl Xalq və yaşı müdrikliyini qabaqlamış Lider. Bu Lider Azərbaycanın yeni tarixini yazdı. Şərəflə yazdı.Ümummilli lider Heydər Əliyev çox-çox illər əvvəl demişdi ki, Azərbaycan dünyaya Günə. Kimi doğacaq. Doğdu da...
İndi Ədəbiyyat, Sənət, mətbuat və televiziya bu cəmiyyətin övladlarını sağlam ruhda, milli qüur və təəsskeşlikdə üçrəngli bayrağımız altında cəm etməli, dövlətçiliyimiz və Prezidentimiz ətrafında daha sıx birləşdirməyə xidmət etməlidir. Bizə televiziyada dərs deyib, özləri rayonlarımızda , az qala hər rayonumuzda özünə xaniman yaradanların iç üzü açılmalı, maskaları üzlərindən götürülməlidir. Sadə insanlar belə sadə yaşamağı bacararlar, amma təpədən dırnağacan saxta olan titulluların düz millətin gözünə baxa-baxa yazdıqları, söylədikləri hər nə var, bunların yaratdığı əsəblərə dözə bilmirik.

Qarabağda   cərəyan edən   proseslərə   sadə vətəndaş baxışı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz