» Milli brendlərimizə verilmiş adlar necə olmalıdır?

Milli brendlərimizə verilmiş adlar necə olmalıdır?

Müəllif: Anaveusaq.az от 1-12-2020, 20:51

Milli brendlərimizə  verilmiş adlar  necə olmalıdır?


Bir məhsulun müştəri ilə/istehlakşı ilə ən vacib rabitə əlaqəsi onun adı ilə başlayır. Məhsul və ya xidmət haqqında istər alıcı üçün, istər hələ aktiv alıcı olmayan şəxs üçün ilk assosiasiyanı həmin məhsulun adı doğurur.
Amma fikir vermək lazımdır ki, seçilmiş ad sadədirmi, aydın başa düşülürmü, qavrayışa kömək edirmi?
Seçilmiş markanın məqsədi nədir, bu marka gələcək üçün davamlılığını saxlaya biləcəkmi, digər şirkətlərin eyni kateqoriyalı məhsul adlarına oxşayıb, xatırlanması çətin olmayacaq ki?
Məntiqli, ideyalı bir ad öz müştərisində yaxşı məhsula bir qədər də artıq məmnuniyyət yaradır, özünə bir qədər də artıq müştəri cəlb edir.
Odur ki, istehsal müəssisəsi də , sahibkar da öz fəaliyyətlərinin müvəffəqiyyətini, iqtisadi səmərəsini, davamlılığını təmin etmək üçün digər tədbirlərlə yanaşı, ad/marka seçiminə ciddi yanaşırlar. Axtarışlar edir, kreativliyə çox yer ayırırlar. Cəmiyyət də, islehlakçı da sahibkarlığın hədəfini doğru qəbul etməlidir.
Amma məhsula verilən ad auditoriyada hansı təəssürat yaradır, insanları nələrə istiqamətləndirir, markanın qrafik təsviri cəmiyyət tərəfindən necə qarşılanır, məhsulun özü qavrayışa inam yarada bilirmi və s. bu kimi məqamlar diqqətdən qaçmamalıdır. Ad, milli-mənəvi dəyərlərinin ziddinə getməməlidir.
Bunları həm də markanın davamlılığını, müştəri məmnuniyyəti qazanmasını təmin edən ənənəyə çevirmək lazımdır.
Bu əhatədə son günlər sosial şəbəkəldə ciddi söhbətə çevrilmiş "Topçu” arağı ilə bağlı mən də fikir bildirmək istəyirəm.

İnternetdə bu yazıya rast gələndən sonra bizim ətrafda bir neçə firma mağazasına baş çəkdim. Bu arağın olmadığını, yaxınlarda ola biləcəyini dedilər.
Amma internetdə yazılar səngimək bilmir. Hər kəsin fikir bildirmək, irad söyləmək, narahatçılığını ifadə etmək haqqı var. Amma bunlar özü səmimi olmalıdır, müəssisənin, sahibkarın fəaliyyətinə zərər toxundurmamalıdır.

Yadınızdadırsa, keçən əsrin sonlarında ABŞ-ın sabiq Prezidenti Bill Klinton və Ağ evdə çalışan Monika Levinski ilə yaxın münasibətlər baş vermişdi, hətta ona qarşı impiçment prosedurunun başlandı, amma son anda ABŞ Senatı impiçment tələbini rədd etmişdi.
O vaxt Monika Levinskinin "ləkəli əlbisə”si məşhurlaşdı. Monika həmin əlbisəni "dəyərli eksponat” kimi soyuducunun buzlamasında qoruyub saxlayıbmış. Las Veqasdakı bir seks muzeyi , hətta onu almaq üçün Monikadaya 1 milyon dollar təklif ediblər...
 

Milli brendlərimizə  verilmiş adlar  necə olmalıdır?

 

Bu məşhur əlbisə o vaxt ticarət markası üçün diqqəti cəlb eduirdi. Mən şəxsən o vaxt metroda kiminsə əlində şokolad karobkasına rast gəlmişdim: Şokolad qutusunun adı elə "Monika ” idi və "ləkəli əlbisə” də element kimi üstündə. İnternetdə aradım. Monikanın adı ilə daha bir neçə marka üzə çıxdı.
Amerika, Avropa kimi məşhur ölkələr bu qədər ciddi skandala səbəb olmuş şəxsin adının reklam vasitəsi olmasına reaksiya vermədi. Amma bizim fikrimizcə, belə qadınların adlarının markalaşması daha ciddi aşınmadır.
"Topçu ” arağı son günlər bütün Azərbaycanda tanınılan, sevilən qəhrəman Vüsal Şahkərimovun adınadır. Niyyət, əlbəttə ki, yaxşıdır. Biz əmələ görə dəyərləndirdiyimiz kimi, niyyətə görə də bunu etməliyik. Amma kimsə 750 ml "Topçu” arağını içib sükan arxasına keçəcəksə, qəza törədəcəksə, əməlin baş verməsini şərtləndirən alkoqol olacaqsa, bu əhatədə səbəb Vüsal Şahkərimovun cəmiyyətdəki ehtiramına ziddirsə, deməli, ad bizim mühüt üçün doğru seçilməyib. Məəslən, Vüsalın şəkli olmazdı, ad, sadəcə, "Topçu” kimi qalardı. Bu, o qədər də qıcıq doğurmazdı.
44 günlük Vətən müharibəsindəki qələbəmizin çox ciddi bir uğuru "PUA” - Türkiyənin -taktiki operativ, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş aparatının adı ilə bağlıdır. Adı onu icad edən Səlcuq Bayraqdarın adı ilə bağlı olsa da, həm də bu taktiki operativ pilotsuz döyüş aparatı Türkiyənin ilk hücum pilorsuz uçuş aparatı, yəni "bayraqdar ”ı kimu tarixə düşmüşdür. Hansı tərəfdən yanaşsaq, məzmun-məntiq uyğunluğu vardır.
Əlbəttə, sahibkarın , sahibkarlıq müəssisənin öz mallarının və ya xidmətlərinin dairəsini stimullaşdırmaq məqsədi var. Qanun da müəyyən iistisnalarla buna qadağa qoymur. Amma spirtli içki və digər bu qəbuldan olan markalar üçün ad seçərkən mənsub olduğu xalqın dəyərlərinə həssas yanaşmaq daha yaxşı olar. Ruslar da Böyük şəxsiyyətlərin adına araqlar var, məsələn: "Rasputin”, "Smirnof”, ”Putinka”... Amma bizim dəyərlərlə bu, olmaz.
 

Milli brendlərimizə  verilmiş adlar  necə olmalıdır?

 
Dünya təcrübəsində belə nümunələr var. Sadəcə, bizim mühit üçün belə marka adlarına leksik mühit hələ yetişməyib. Ümid edirəm ki, müəssisə gələcək fəaliyyətində istehsal etdiyi məhsullara, xüsusən, spirtli içkilərə ad seçərkən cəmiyyətin baxışlarına həssaslıqla yanaşacaq. Bizim qəhrəmanların adı küçələrdə, parklarda abidələşsin. Mahnılarda, rəngakarlıq və memarlıq nümunələrində , dərsliklərdə, ekran yaradıcılığında əbədiləşsin. Müasirlərimiz canlı həyatda bunları görüb onların yolunu özləri üçün örnək seçsin.
Hesab edirəm ki, Az-Granata MMC də elə milli dəyərlərimizə bu fəlsəfə ilə dəyər verir.
Az-Granata MMC sənaye xəritəsində yeni müəssisə olsa da, bu qısa vaxt da öz brendini yarada bilib.
Fəaiyyət göstərdiyi 9 il müddətində yerləşdiyi rayonun, eləcə də respublikamızın həyatında bir çox sosial fəaliyyətləri ilə hörmət qazanıb. Yenicə başa vurduğumuz müharibədə Milli Ordumuzun hesabına 100 000 manat vəsait köçürüb.
Özü də Az-Granata MMC təkcə spirtli içki istehsalı ilə məşğul olmur. Müəssisə meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Bu məhsullar təbii memətlərimizdən hazırlanan məhsullardır. Müəssisə niyə fəaliyyətini yalnız meyvə şirəsi, kompot ixrac etməklə məhdudlaşdırsın ki?. Digər ölkələr bizim ölkədən almayacaqları məhsulları gedib Ermənistandan alacaqdır və s.
1893-cü ilin may ayında ABŞ-ın Çikaqo şəhərində Beynəlxalq sərgi keçirilib. Sərgidə Azərbaycandan neft məhsulları nümunələri ilə yanaşı, şərab və konyak məhsulları da göndərilmişdir. Bu nümunələr sərginin bürünc medalına və fəxri fərmanlara layiq görülmüşdür.
Hələ bu, texnologiyaların olmadığı və yaxud Azərbaycanda ən aşağı səviyyədə olduğu 127 il bundan
əvvəl olmuşdur. Amma indi Az-Granata MMC ən müasir texnologiyalarla müxtəlif adda və çeşiddə ekoloji cəhətdən saf, təhlükəsiz meyvə şirəsi, konsentrat və kompot , həmçinin şərab və araq məhsulları istehsal edir. Bu məhsullar milli brendlərə çevrilərək dünyaya paylaşılırsa, Azərbaycana ərzaq və qida mübadiləsi üçün etibarlı əməkdaş və tərəfdaş imici qazandırırsa, buna hər birimiz sevinməliyik.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.