» » Teatr rəssamlığımızda zərif imza- - İzzət Seyidova

Teatr rəssamlığımızda zərif imza- - İzzət Seyidova


Bu gün oxucularımıza ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar İncəsənət xadimi İzzət Əli qızı Teatr rəssamlığımızda zərif imza- -   İzzət SeyidovaSeyidova haqqənda məlumat verəcəyik..
İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.

İzzət Seyidova karyerasına 1938-ci ildə M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrında başlamışdır. Onun ilk işi Rossinin "Sevilya bərbəri" operasının səhnə dizaynı idi. Orta əsr İspan şəhərini göstərən dekorlar operanın şən əhval-ruhiyyəsini daha da qaldırırdı. Onun hazırladığı dekorlar II Dünya müharibəsi zamanı operanın ikinci dəfə səhnələnməsində istefadə edilmiş və yeni layihələrə yol açmışdır.[2]1941-ci ildə Çaykovskinin "Qaratoxmaq qadın" operasının həm kostyum həm dekorlarını hazırlayan İzzət xanım bu dəfə özünü üçüncü bir sahədə - qrim sənətçisi kimi də sınadı. Onun hazırladığı rəngarəng dekorlar musiqi və səhnə arasında xoş tendendsiya yaratmışdı. Müharibə illərində də faəliyyətini davam etdirən sənətçi "İnsanların qəzəbi", "Nadejda Svetlova" və "Vətən" (1941) operalarında çalışmışdır.

Müharibədən sonra İzzət xanım operadakı işinə davam edərək, Fedor Qusak, Ənvər Almaszadə və Əyyub Fətəliyevlə birlikdə işlədi. Onun Əyyub Fətəliyevlə birgə çalşması olan Ü.Hacıbəylinin "Koroğlu" operasının dizaynı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti günlərində nümayiş olunmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İzzət Seyidova sadəcə Müslüm Maqomayevin "Şah İsmayıl" operası kimi yerli bəstəkar və müğənnilərin səhnələrində deyil həm də bir sıra Rus və Avropa operalarında da işləmişdir. Buna misal olaraq A.Rubinşteynin "Şeytan", B.Smetananın "Satılmış gəlin", L.Delibsin "Lakme" operalarını göstərmək olar. İzzət Seyidovanın dizayn etdiyi digər opera və baletlər

"Maskarad" (1945, B.Zeydman)

"Sevil" (1953, F.Əmirov)

"Leyli və Məcnun" (1958, Ü.Hacıbəyli) və s.

İzzət Seyidova sadəcə səhnə tərtibatı deyil bir çox petret və rəsmlərin də müəllifidir. "Bir qadının portreti", "Şair Mirvarid Dilbazi" və "Sidqi Ruhullanın porteti" də buna örnəkdir. Bundan başqa sənəntçi Bakı İncəsənət Texnikomunda dekorasiya kompozisyası üzrə uzun illər dərs demişdir.

1943-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülən sənətçinin əsərləri günümüzdə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi kimi bir çox muzeylərdə sərginlənir.

İzzət Seyidova 30 noyabr 1973-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz