» » Dünyanın ən qədim kitabxanası

Dünyanın ən qədim kitabxanası

Dünyanın ən qədim kitabxanası

Ginnesin Rekordlar kitabına görə,  dünyanın ən qədim  kitabxanası 859-cu ildə Fatimə əl-Fihri adlı bir qadın tərəfindən qurulmuşdur. 
Kitabxana erkən İslam əsərlərinin qorunub saxlanıldığı bir yer kimi tanınır.
Kitabxanada elmi və tibbi kitablar, 800-cü illərdən bəri olan Quran, Məhəmməd Peyğəmbərin həyatı haqqında məlumatlar var.
Son illər kitabxanada  köklü bir bərpa işləri aparılmışdır.
Mədəniyyət və dil professoru Moha Ennaji mətbuata açıqlamasında kitabxanadakı  əsərlərin bərpası və rəqəmsal platformaya köçürülməsi üçün yüksək texnoloji laboratoriyanın qurulacağını söyləmişdir. O bildirmişdir ki, çalışdığı universitetin rəhbərliyi  buradakı əsərləri skanerləşdirərək rəqəmsallaşdırmaq barədə qərar vermişdir.
 
Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz