» » Bunlar virusla mübarizədə vacibdir!

Bunlar virusla mübarizədə vacibdir!


Bunlar virusla mübarizədə vacibdir!

Ümumdünya Səhiyyə Federasiyası yeni korona virusuna (Kovid-19) qarşı mübarizədə əl gigiyenasına maksimum diqqət yetirilməli olduğunu bildirdi.

Federasiya prezidenti Raşit Dinç  bunu Kovid-19 virusunun dünya ölkələrində  fəallaşmasından narahatçılığını   ifadə edərkən  tövsiyə etmişdir.

60 yaşdan yuxarı və zəif immuniteti olan insanların yüksək risk qrupuna düşdüyünü xatırladan Dinç   son rəqəmlərə görə, yeni növ korona virusu səbəbiylə xəstələnənlərin sayının 98 mini keçdiyini və 3 min 383 adamın öldüyünü qeyd etmişdir.

Dinç insanların sadə üsullarla  xəstəlikdən qorunmasının mümkün olduğunu vurğulayaraq aşağıdakıları  demişdir:

"Əl gigiyenasına maksimum diqqət yetirilməlidir. Əllər su və sabunla ən azı 20 saniyə  davam etməklə yuyulmalıdır. Yumaq mümkün deyilsə, spirt əsaslı antiseptik və ya spirt əsaslı odekolonla əlləri  silmək lazımdır. Göz və buruna xüsusilə çirkli əllərlə təmas edilməməlidir. 

 Öskürərkən  birdəfəlik salfetlərdən, bunlar olmadıqda,  əlinizin arxası  ilə ağzınızı qapayın.     

Xəstə insanların toxunduğu səthlər dezinfeksiya edilməlidir.

 Bu tədbirlərə əməl etməklə bərabər uzun müddət qapalı yerdə qalmamağı da  yaddan çıxartmayın. Ona görə də yaşadığınız otaq tez-tez havalandırılmalı və birbaşa günəş işığı təmin edilməlidir.

Ət və yumurta kimi  ərzaqlardan yemək hazırlanarkən onlar yaxşıca bişirilməlidir. "

 İnsanların  cəm olduğu yerlərə  yaxınlaşmağa maraqlı olmayın.

Dinç insanlara belə yerlərə getməmələrini, əgər gedərlərsə,   tibbi maskadan ​​istifadə etmələrini təklif etdi:

"Ticarət mərkəzləri, ictimai nəqliyyat kimi izdihamlı mühitdən mümkün qədər çəkinmək lazımdır.

 Yaxşı yemək, yetərincə yatmaq immunitet sistemini möhkəm saxlamaq üçün   əsas amillərdən biridir. Ağarı  məhsullarından bol-bol istifadə edin. Duzlu ilıq su ilə   boğazınız qarqara etmək virusun fəallığına  mane ola bilər.Yüksək hərarət , quru öskürək, əzələ və oynaq ağrıları, tənəffüs problemləri  varsa,  maskadan istifadə edilməklə   ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir.


Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz